12 in 23:04aktual

Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb”

Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb”
Ötən sayımızda Azərbaycan – Macarıstan oyunu ilə bağlı iki xoşagəlməz məqamı diqqətinizə çatdırmışdıq. Söhbət yığmanın meydanda sərgilədiyi bərbad oyundan və məğlubiyyətdən getmir. Belə ki, qarşılaşmadan öncə “qara bazar” yenə öz işində idi. Özü də alverçilər dəvətnamələri hərraca çıxarmışdı. Halbuki dəvətnamələr bilet kimi kassalarda satılmır. Bu üzdən onların “qara bazar”ın əlinə necə keçdiyi maraq doğurur. İstər-istəməz dəvətnamələrin alverçilərə AFFA-dan kimlərsə tərəfindən ötürüldüyü haqda şübhələr yaranır. Əks halda bir qalaq dəvətnamənin “qara bazar”da nə işi var?
İkinci neqativ məqam isə oyunun proqramı ilə bağlı idi. Belə ki, orda Azərbaycan futbolunun tarixi ilə bağlı səhvə yol verilmişdi. Proqramda yığmanın ilk oyununda Gürcüstanı 6:3 hesabı ilə məğlub etdiyi qeyd edilmişdi. Halbuki həmin matçda millimiz eyni hesabla uduzub. Bu cür səhv dərhal diqqəti çəkir. Maraqlıdı, AFFA-da bir nəfər tapılmır ki, proqramı redaktə etsin?
Hər iki məsələ ilə bağlı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Qurum sözcüsü öncə dəvətnamələrin “qara bazar”ın əlinə necə keçməsi ilə bağlı sualımızı cavabladı: “Dəvətnamələr fanklublara, klubların uşaq komandalarına, həmçinin müstəqil fəaliyyət göstərən uşaq komandalarına, sponsorlara, tərəfdaşlara, veteran futbolçulara verilib. Bildiyiniz kimi, kassada dəvətnamə olmur. Biletlər "iTicket"in kassalarında satılır və orda dəvətnamə çap etmək mümkün deyil. Orda mütləq yer və qiymət göstərilməlidi. Bir sözlə, sizə kimlərə dəvətnamə verildiyini sadaladım. Artıq dəvətnaməni kimsə satışa çıxarıbsa, onların arasından biridi. Ancaq konkret kimin olduğunu deyə bilmərəm. Çünki qeyd edilmir ki, filan nömrəli dəvətnamələr bu kluba və ya quruma verilib".
Firuz bəy proqramda buraxılan səhvlə bağlı isə bunları dedi: “Proqramın dizaynında texniki səhvə yol verilib. Biz onu elektron formada yoxlayıb, göndəririk. Elektron variantında o səhv yoxdu”.
Yeri gəlmişkən, Firuz bəylə söhbət zamanı ölkəmizdə keçirilən Avroliqanın finalı ilə bağlı da bir məqama aydınlıq gətirdik. Məlum olduğu kimi, sözügedən tədbirə bir sıra tanınmışlar təşrif buyurmuşdu. Gözləyirdik ki, yığmanın sabiq məşqçiləri, Avropada da yetərincə tanınan mütəxəssislər - Berti Foqtsla Robert Prosineçki də finalda iştirak edər. Çünki onların tədbirə qatılması ölkəmiz üçün əlavə reklam olardı. Ən azı uzun illər ölkəmizdə pul qazanan adı çəkilən məşqçilər belə bir addımı özlərinə mənəvi borc bilməliydi. Təəssüf ki, nə Foqts, nə də Prosineçki Avroliqanın finalında iştirak etdi. Firuz bəydən AFFA olaraq onları Bakıya dəvət edib-etmədiklərini soruşduq: “Təbii, ikisini də dəvət etmişdik. Prosineçkinin gəlməməsinin səbəbini dəqiq bilmirəm. Ancaq Foqtsun finalda eştirak etmək planı var idi. İki gün öncə də müsahibə vermişdi ki, Bakıya gəlirəm. Oyun günü zəng etdi ki, daxili reys gecikib və mən növbəti təyyarəyə minsəm, oyunun yarısında Bakıda olacam. Ona görə də gələ bilmədi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar