05 apr 21:13aktual, manset

“Tofiq Bəhramov” mərkəzi oyunu da qəbul etməyə hazırdı

“Tofiq Bəhramov” mərkəzi oyunu da qəbul etməyə hazırdı
Şarples: “Yüklənməyə görə narahat olmağa dəyməz”

Hesabat turunda “Zirə” ilə qarşılaşmada 2 xal itirməsi “Qəbələ”nin çempionluq hədəfini böyük sual altına saldı. Eyni gündə “Qarabağ”ın “Kəpəz”i udması iki iddialı arasında xal fərqinin 4-ə yüksəlməsi demək idi. Odu ki, aprelin 9-da keçiriləcək qarşılaşmanı ölüm-qalım savaşı adlandırmaq olar. Ağdamlılar qələbə qazanacağı, hətta heç-heçə edəcəyi təqdirdə belə, böyük ölçüdə “qızıl” məqsədinin öhdəsindən gəlmiş olacaq. Yox, 3 xalı qəbələlilər qazansa, hər ikisinin son 3 tura təsadüf edən oyunları yetərincə maraqlı alınacaq. Belə deyək, intriqa son tura qədər davam edəcək.
Belə vəziyyətdə futbol ictimaiyyətinin aprelin 9-da keçiriləcək matçı səbirsizliklə gözlədiyi şübhə doğurmur. Ehtimallara görə, azarkeş sayı kifayət qədər çox olmalıdı. “Azərsun Arena”nın 4900 yerlik olduğunu nəzərə alsaq, “Qarabağ” tərəfi azarkeşləri yerləşdirmək baxımından çətinliklə üzləşə bilər. Bir məqam da var ki, Suraxanı şəhərin mərkəzindən yetərincə uzaqdı. Yəni qarşılaşmanı canlı izləmək istəyən hər adam Suraxanıya getməyə həvəs göstərmir. Bunun üçün əsas çıxış yolu görüşün mərkəzi arenada keçirilməsidi. Respublika stadionunun azarkeş tutumu və “Gənclik” metrosunun 100-200 metrliyində yerləşməsi diqqətləri “Tofiq Bəhramov”a yönəldir. Bunun üçün həm “Qarabağ” rəhbərliyi həvəs göstərməli, həm də meydançanın durumu ideal olmalıdı. Yığmanın martın 26-da Almaniyanı məhz həmin arenada qəbul etməsinin ardından son turun “Qarabağ” – “Kəpəz” qarşılaşması da orda baş tutdu. Sabah da kubokun yarımfinalının “Qarabağ” – “Neftçi” matçının Respublika stadionunda keçiriləcəyi dəqiqləşib. Bu isə 10 günə 3 oyun deməkdi. “Qarabağ” – “Qəbələ” qarşılaşmasını da nəzərə alsaq,14 günə 4 oyun alınır.
Maraqlıdı, “Tofiq Bəhramov”un ot örtüyü bu dərəcədə yüklənməyə hazırdı? Avrokubok mövsümündən öncə qazonun sıradan çıxmaq ehtimalı var? Aktual mövzu ilə bağlı suallara meydana birbaşa nəzarət edən ingilis mütəxəssis Fil Şarpleslə söhbətlə aydınlıq gətirmək istədik: “Hazırda Respublika stadionundayam. Yığmanın Almaniya ilə oyununda qazonun durumunu gördüz. Ümid edirəm ki, “Qarabağ” – “Kəpəz” qarşılaşmasını da canlı izləmisiz. Örtüyün vəziyyəti çox yaxşıdı, “əla” deməyim, gözümüz dəyər (gülür). Odu ki, “Qarabağ” – “Neftçi” matçı da burda keçiriləcək. Hansısa problem olsaydı, icazə verməzdim. O ki qaldı sualınıza, məsələ ilə bağlı son söz klub rəhbərliyinin və baş məşqçinindi. Sırf qazonun durumu ilə bağlı soruşursuzsa, heç bir problem yoxdu. Məsləhət bilinsə, “Qarabağ” – “Qəbələ” qarşılaşması da mərkəzi arenada baş tuta bilər. Mən özüm də belə olmasını istərdim. Yüklənməyə görə narahat olmağa dəyməz. Görək klub rəhbərliyinin qərarı necə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar