08 in 05:15aktual

“Fikrim Avropada qalmaqdı, Azərbaycana qayıtmaq istəmirəm”

“Fikrim Avropada qalmaqdı, Azərbaycana qayıtmaq istəmirəm”
Rizvanov yeni təkliflərlə bağlı “Bohemians” rəhbərliyi ilə görüşəcək
U-21-in üzvü Arziman Rizvanov tək-tük azərbaycanlı gənclərdəndi ki, artıq 3 ildi ölkə xaricində top qovur. İki il Ostrava “Banik”inin şərəfini qoruyan yarımmüdafiəçi bu ilin yanvarında klubunu dəyişməklə yadda qaldı. U-21-in Lixtenşteyenlə oyunu ilə bağlı Bakıya gələn Rizvanovla söhbətdə Çexiyadakı həyatı və bizi maraqlandıran başqa məsələlər ətrafında söhbətləşdik.
- Qış fasiləsində “Banik”i “Bohemians”a dəyişdin. Yeni klubunda özünü necə hiss edirsən?
- “Banik”də əsas heyətə düşmək yönündə rəqabət çox böyükdü. Ostrava təmsilçisi daha çox təcrübəli oyunçulara güvənir. Komanda mükafatlar uğrunda mübarizə apardığından gənclərə, demək olar ki, şans verilmir. Əsas məqsədləri hər il avrokuboklarda iştirak etməkdi. “Bohemians” isə daha çox öz yetirmələrinə, kənardan gələn gənclərə özünü göstərmək imkanı yaradır. Bu klubun əsas məqsədi gəncləri bir qədər də püxtələşdirib başqalarına satmaqdı. Buna görə də “Bohemians”da əsas heyətə düşmək daha asandı, nəinki “Banik”də. Qışda klubumu dəyişməyin əsas səbəbi də bu oldu. O ki qaldı “Bohemians”da özümü necə hiss etməyimə, uyğunlaşma ilə bağlı, demək olar ki, çətinliyim olmadı. Çünki artıq neçə ildi Çexiyadayam və yerli mentallığa yaxından bələdəm. Çex dilini də bilirəm. Kollektivlə yaxından tanış olmaq, uşaqlarla yaxınlaşmaq üçün mənə cəmi iki oyun bəs etdi.
- “Bohemians”da səndən başqa legioner var?
- Hazırda komandanın düşərgəsində Nigeriyadan, Slovakiyadan, Macarıstandan olan gənclər var. Böyük ehtimalla yay fasiləsində kollektivdə müəyyən dəyişikliklər olacaq. Ola bilsin, kimlərləsə yolları ayırdılar.
- Əsas komanda ilə məşqlərə çıxırsan?
- Çexiyada sistem bir qədər fərqlidi. Gənclər komandasında çıxış edən hər hansı futbolçunun əsas komandaya qoşulması bir nəfərin istəyi ilə reallaşmır. Gənclərin baş məşqçisi rəy verir, sonra əsas komandanın məşqçisi sənə diqqət yetirib, fikrini bildirməlidi. Bundan sonra klub prezidenti səviyyəsində bu məsələ müzakirəyə çıxarılır. Yəni zəncirvari bir prosesdi. Mən artıq əsas komandanın məşqçilər korpusunun diqqətindəyəm. Bütün məşqlərimizi izləyirlər. U-21-in üzvü olmağım da mənim üçün əlavə üstünlükdü. Özünüz də bilirsiz ki, istənilən klubda yığma üzvünə xüsusi yanaşırlar.
- Məndə olan məlumata görə, “Bohemians” rəhbərliyi sənin transferin üçün müqavilədə yüksək məbləğ qeyd edib.
- Əslində məbləğin yüksək olması “Banik”dən qaynaqlandı. Ostrava klubu məni buraxmaq istəmirdi. Onlarla müqaviləmin müddəti 2020-ci ilə qədər idi. Sonda “Bohemians”dan hansısa kluba satılacağım halda, transfer haqqının 10 faizinin sabiq klubumun büdcəsinə ödənməsi şərti ilə buraxdılar. Bir də 3-cü kluba satılacağım halda “Banik”dən razılıq alınmalıdı. Klublar arasında belə razılıq əldə olundu.
- Bizim futbolçular legioner həyatı yaşamaqda maraqlı deyillər. Müxtəlif səbəblər deyib ölkədən kənara çıxmaq istəmirlər. Ancaq sən artıq üç ildi Çexiyadasan. Bəzi futbolçularımız kimi ailə, vətən səni özünə çəkmir?
- Açığı, bu haqda heç düşünməmişəm. Çexiyada çətinliyim də yoxdu. Fikrimi ancaq məşqlərimə, oyunlarıma yönəltmişəm. Qarşıma konkret məqsəd qoymuşam. Karyeramı ancaq Avropada davam etdirmək, Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Vətənimi də, ailəmi də çox sevirəm. Bəzən hədəfə çatmaq üçün hansısa mərhumiyyətlərə dözməlisən.
- Məişət problemlərini necə həll edirsən?
- Hamı necə, mən də elə. Ümumiyyətlə, hansısa ölkədə legionersənsə, mütləq həmin ölkənin qanunlarına riayət etməli, yerli adət-ənənlərə hörmət qoymalısan. Və ən vacibi, “mən bunlardan deyiləm” deyib özünü kənara çəkməməlisən. Mentallığı bilib, ona uyğun addım atmalısan. Yerli dili öyrənmək də vacib şərtdi. Bunların hamısını gözləsən, sənin üçün asan olacaq. Çexlər adi həyatda əcnəbiyə normal münasibət göstərirlər. O ki qaldı iş məsələsinə, bu yöndə bir qədər qısqancdılar. Məsələn, mən futbolçuyam. Onlar “niyə azərbaycanlı gənc gəlib burda hansısa çex həmyaşıdının yerini tutmalıdı?” düşüncəsi ilə mənə baxırlar. Bunu da hardasa başa düşmək olar. Ümumilikdə isə durum normaldı.
- Artıq bir neçə gündü ki, U-21-in düşərgəsindəsən. Lixtenşteynlə oyun ərəfəsində düşərgədə ab-hava necədi?
- Əla. Uşaqların hamısı yüksək əhval-ruhiyyə ilə seçmə mərhələnin ilk oyununa hazırlaşır. İnşallah, səfərdən 3 xalla qayıdarıq. Əsas komanda ilə oyun da göstərdi ki, böyük qardaşlarımızdan heç də geri qalmırıq. Baş məşqçimiz Milan Obradoviç və köməkçiləri qələbə qazanmağımız üçün var qüvvələri ilə çalışırlar. Gündəlik məşqlərlə yanaşı, taktiki-texniki yöndə də hazırlıq keçirik. Bir sözlə, hamımız 3 xala köklənmişik.
- Deyəsən, Lixtenşteynlə oyundan sonra komanda ilə birgə Bakıya yox, Çexiyaya yollanacaqsan? Çempionat hələ başa çatmayıb?
- Çempionat yekunlaşıb. Bizim komanda mövsümü 4-cü pillədə başa vurdu. Çexiyaya getməyimin səbəbi klub rəhbərliyi ilə görüşmək və gələcək karyeramla bağlı müzakirələr aparmaqdı.
- Müqavilənin müddəti nə vaxt başa çatır?
- Bu ilin dekabrına qədər anlaşmam var. Sadəcə, bəzi klublardan təklif almışam. Ona görə də klub rəsmiləri ilə görüşüb, müəyyən məsələlərə aydınlıq gətirməyim vacibdi.
- Səni rənglərinə bağlamaq istəyən yerli, yoxsa əcnəbi klublardı?
- Yenə deyirəm, fikrim Avropada qalmaqdı, Azərbaycana qayıtmaq istəmirəm. Əcnəbi klublardan təklif almışam. Açığı, bu işlərlə agentim məşğul olur. Ona görə də ətraflı məlumat verə bilməyəcəm.
RƏŞAD
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту
Используйте тор браузер он обходит все возможные блокировки провайдеров.
https://tor-browser-vpn.ru/

Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете
Используйте tor браузер для windows он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность.


скачать браузер tor на русском языке

https://tor-browser-vpn.ru/

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar