07 in 21:52aktual

Adil dayının dəfnində “Kəpəz” rəhbərliyi iştirak etməyib

Adil dayının dəfnində “Kəpəz” rəhbərliyi iştirak etməyib
Mərhum üçün Bakıda yas mərasimi təşkil olunacaq
“Kəpəz”in sadiq azarkeşi, “Xəmsə”nin yaradıcısı və rəhbəri Adil Məmmədov, hamının bildiyi dildə desək, Adil dayı 60 yaşında dünyasını dəyişdi. Uzun müddət “xərçəng”lə mübarizə aparan, yaşamaq üçün çalışan Adil dayı iyunun 1-dən 2-nə keçən gecə gözlərini əbədi yumdu.
Gəncədəki dəfndə xeyli sayda azarkeşin iştirak edəcəyi gözlənilən idi ki, belə də oldu. Adil dayının cənazəsi öncə ona doğma olan stadionda yerə qoyuldu, daha sonra geniş kütlənin müşayiəti ilə qəbiristanlığa aparılıb torpağa tapşırıldı. Həmin anlarda bir dəqiqə də dayanmayan şəxs vardısa, o da rəhmətliyin dostu, daim əlaqədə olduğu Elmar Əliyev idi. Odu ki, dəfnlə bağlı yeni məlumatları Əliyevdən aldıq: “Bilənlər bilir ki, Adil dayı ilə tez-tez əlaqə saxlayır, hal-əhval tuturdum. Bakıda yaşayırdı deyə, hər imkanda görüşə bilmirdik. Son günlər zəng edəndə danışığını başa düşmürdüm, mesaj yazmağını məsləhət görürdüm. Gileylənirdi, xəstəliyin onu incitdiyini, işinin Allaha qaldığını deyirdi. Sanki dünyadan köçəcəyini özü də hiss etmişdi. Dünən (srağagün) səhər oğlu zəng vurub Adil dayının rəhmətə getdiyini dedi. Günorta saatlarında cənazəsini Gəncəyə gətirdilər. Öncə evinə aparıldı, daha sonra stadiona, ordan da qəbiristanlığa”.
Məsələnin bu tərəfi maraq doğurmaya bilməz. Cənazənin stadiona aparılması... Dünya futbolunda belə hallarla rastlaşsaq da, açığı, Azərbaycan futbolunda görünməmiş hadisə idi. Ələkbər Məmmədovla Anatoli Banişevski kimi dahilər son mənzilə eyni cür yola salınmadığı üçün Adil dayıya göstərilən münasibət sözün yaxşı mənasında gözlənilməz oldu. Bəlkə belə olması özünün vəsiyyəti idi? Yoxsa kimlərsə düşündükdən sonra bu qərara gəlib? Əliyevi dinləyək: “Azad Mustafayevlə mənim ideyam idi. Gəncə futbolunun pis və yaxşı günlərində daim sinəsini irəli verən insan idi. “Kəpəz”i öz ailəsi qədər sevirdi, doğma bilirdi. Həm də tribunalar da ona doğma idi. İstədik ki, insanlar kimi, stadion da Adil dayının dünyadan köçdüyünü bilsin. Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin rəhbəri Müşfiq Cəfərovla əlaqə saxlayıb, belə ideyamızın olduğunu dedik. O da sağ olsun, təklifimizi dəstəklədi, lazım olan kömək göstərildi. Belədə stadionun qapıları üzümüzə açıldı, lazım olan şərait yaradıldı. Azarkeşlər sağ olsunlar, ürəyi yanan hər kəs həm stadiona gəldi, həm də dəfndə iştirak etdi. İri həcmli bayraqlarımız vardı, stadionda tabutun üstünə sərdik, torpağa tapşırandan sonra isə qəbrin üstünə. Adil dayıya Allahdan rəhmət diləyirəm. Ölsə belə, daim qəlbimizdə yaşayacaq. Onun yeri tam başqa idi”.
Söhbət gəncəli fanatdan gedirsə, dəfn mərasimində “Kəpəz” rəsmilərinin və rəhbərliyinin iştirak etməməsi absurd olardı. Amma yox. Elmar bəyin dediyinə görə, Məmmədov rəhmətə gedən gün klub rəhbərliyindən heç kim dəfndə olmayıb: “Xeyli adam var idi. 500-ə yaxın azarkeşdən başqa, Müşfiq Cəfərovun, “Kəpəz”in baş məşqçisi Etibar İbrahimovun, köməkçisi Orxan Verdiyevin, keçmiş gəncəli futbolçu Zaur Əsədovun adlarını çəkə bilərəm. Dəfndən sonra Mehman və Füzuli Allahverdiyevlər, Vidadi Rzayev, Tahir Mirzəyev, Ruslan Nağıyev də gəlmişdi. Kim gəlmişdi, Allah canlarını sağ eləsin. Ölüm-itim dünyasıdı. Klub rəhbərliyindən isə heç kim yox idi. Çünki hazırda rəhbər postlar boş qalıb, yeni təyinatlar yoxdu. Yaxın günlərdə Bakıda yaşayanlar üçün paytaxtda yas mərasimi təşkil olunacaq. Bu barədə futbol ictimaiyyətinə xəbər veriləcək”.
Əliyevdən dəfn xərclərinin kim tərəfindən çəkildiyini də öyrəndik: “Kim çəkəcək? Ailəsi, qardaşı, oğlu. Kənardan heç bir dəstək olmadı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar