04 in 17:19aktual

Adil dayı illərini havaya sovurmadığını deyirdi...

Adil dayı illərini havaya sovurmadığını deyirdi...
“Xəmsə” yaşayacaq, mən olsam da, olmasam da”
Dünən dünyasını dəyişən “Xəmsə”nin rəhbrəi Adil Məmmədovu “Futbol+”in oxucuları da yaxşı tanıyır. Çünki qəzetimizdə onun müsahibələri, açıqlamaları tez-tez dərc olunurdu. Ötən il sentyarbın 20-də Adil dayı 60 yaşını qeyd etmişdi. Həmin vaxt da yubliyarla danışmışdım. Məmmədov ötən illərə boylanmış, xatirələri vərəqləmiş, “Kəpəz”in dünəni və bu günü ilə bağlı suallarımı cavablamışdı. Bundan başqa, ötən ilin aprelində də ondan müsahibə götürmüşdüm. Özü də həmin ərəfədə halı pisləşmişdi. Bununla belə, danışmağa razılıq vermişdi. Gəlin, Adil dayının qeyd etdiyimiz hər iki müsahibədə səsləndirdiyi bəzi fikirləri yada salaq.
* Yubileyimi ailəmlə birgə qeyd edəcəm. Sabah da əməliyyata girməliyəm. Əslində əməliyyat bu günə təyin olunmuşdu. Ancaq həkimdən xahiş etdik və bir gün sonraya saxladılar. Bu gün ailə-uşaq yığışacaq, qeyd edəcəyik. Yeri gəlmişkən, sentyabrın 25-də evliliyimin də 35 ili tamam olur. Odu ki, iki yubileyi bir yerdə keçiririk. Artıq gecədən etibarən uşaqlar “feysbuk” səhifəmdə təbrik ediblər. Təxminən 50-60 belə mesaj almışam. Zəng edənlər də çoxdu. “Kəpəz” də mənə sürpriz hazırlayıb. Dedilər, “gələ bilirsənsə, Zaqatalaya gəl”. Ancaq səhhətimdəki problemlə bağlı gedə bilmədim. Nə hazırladıqlarını bilmirəm. Yəqin ki, sabah-birisigün göndərərlər. Hələ ki futbolçulardan heç kim zəng etməyib. Etibar İbrahimov “vatsap”da yazıb, Elmar Əliyev də mesaj göndərib. Əslində futbolçular tez-tez mənimlə əlaqə saxlayırlar.Ola bilər, başları qarışıqdı. Yəqin zəng edib təbriklərini çatdıracaqlar.
* Fanklub rəhbəri kimi 9 ildi stadionlardayam. Ancaq 10 yaşımda Moskva “Dinamo”su ilə Gəncə “Dinamo”su üz-üzə gəlirdi, ilk dəfə qardaşım məni ora apardı. Tribunadan izlədiyim ilk oyunum həmin qarşılaşma oldu. Ondan sonra imkan daxilində stadiona gedirdim. Uşaqlarla yığışıb bir yerdə gedib oyunlara baxırdıq. Fanklub yox idi, sadəcə, tanış uşaqlarla bir yerdə komandamıza dəstək olurduq. Özümüzün də komandamız var idi. O vaxt “Sevinc kuboku” keçirilirdi, həmin yarışa qatılırdıq. Özüm də futbol oynamışam. Amma böyük futbol qismət olmayıb. Elə uşaq vaxtı oynamaqla vidalaşdım. Zavodda işlədiyim müddətdə isə yığışıb oyunlara baxmağa gedirdik. 2009-cu ildən etibarən “Xəmsə” fanklubunu yaratdıq və artıq fəal olaraq, tribunalardan dəstək nümayiş etdirdik. 80-90 faiz matçları buraxmamağa çalışırdım. Hətta komandamız birinci divizionda oynayanda da onun yanında idik. Elə vaxt olurdu ki, tək gedirdim. Oyuna baxmaq üçün Bakıdan Gəncəyə maşın sürürdüm. Oğlum futbolla məşğul olandan sonra daha da həvəsə gəlmişdim. Sanki gənclik vaxtlarında etmək istədiklərim üzə çıxdı. Elnurun oyunlarına getdikcə tribunaya daha çox alışdım. Daha sonra “Kəpəz” qayıtdı. Biz də söz verdiyimiz kimi, “Xəmsə”ni yaratdıq.
* Mən heç vaxt Gəncə, “Kəpəz” uğrunda etdiklərimə görə peşman olmamışam və olmayacam. Çox şadam ki, dostlar, tanışlar, Gəncə sakinləri əməyimizə qiymət verirlər. Məni Nizami yurdunda görəndə yaxınlaşırlar, hal-əhval tuturlar. Onların hamısından razıyam. Buna görə də peşman deyiləm. İlk addımı atanda hər şeyi fikirləşməlisən. Mən də bütün bunları düşünmüşəm. Heç vaxt peşman olmamışam. Nə etmişəmsə, Gəncə, “Kəpəz” üçün eləmişəm. Keçirdiyim 8-9 ili havaya sovurmamışam. Biz olmasaydıq, “Kəpəz” də olmazdı. Yadınızdadısa, birinci divizonda da bayraqla daim komandanın yanında idik. Dəstək vermişik, kampaniyalar keçirmişik. Şad xəbər də almışam ki, bu yaxınlarda Gəncədə Futbol Akademiyası da açılacaq. Tənqid etmişik ki, nələrsə yaradılıb. Fəaliyyətimizdən xəbərdar olan hamı bilir ki, “Xəmsə”nin “Kəpəz” üçün etdiyini heç bir fanklub etməyib. Nə qədər ki, canımda can var, komandanın arxasında olacam, dəstəkləyəcəm. Sevinclərinə sevinib, kədərlərinə ortaq olacam. Pis işlərini də açıb üzlərinə deyəcəm.
* Ən çox hansı qələbəyə sevinmişəm? “Neftçi”ni Bakıda 3:2 hesabı ilə udduğumuz qarşılaşma. Ən çox məyus olduğum çox oyun olub. Böyük hesabla uduzduğumuz qarşılaşmalar mənə çox pis təsir edib. Çünki 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində biz başqalarını darmadağın edərdik. Lakin son illərdə üzləşdiyimiz böyükhesablı məğlubiyyətlər mənə böyük zərbələr vurub.
* Mən düzünü deməyi xoşlayıram. Azarkeşlər məndən inciməsin, amma “Kəpəz” öz gücünə Avroliqaya vəsiqə qazanmadı. “Zirə”, “İnter” gedə bilmədi, 5-ci yeri tutan komandamıza yol açıldı. İstərdim ki, 1-3-cü yerlərdən birinin sahibi kimi Avroliqaya yollanaq. Bununla belə, mərhələ adlayanda mən də böyük sevinc hissi yaşadım.
* “Kəpəz”in ən uğurlu baş məşqçisi? Təbii ki, Mehman Allahverdiyev. Tarixi silmək olmaz. Onun haqqına girə bilmərəm. Başqa birinin adını çəksəm, özüm vicdan əzabı çəkərəm. O kişinin zəhməti böyükdü. 4 ölkə kuboku, 3 çempionluq yaşadıb. Hələ 2-ci və 3-cü yerləri tutmağımızı demirəm. Hər şeyi haqqına danışmalıyıq.
* Ürəyimə yol tapan futbolçular... Çoxdu... İmamyar və Yadigar Süleymanov qardaşları, Füzuli Allahverdiyev, Rövşən Əhmədov, Mahmud Qurbanov, Yunis Hüseynov, Vidadi Rayev, Elbrus Abbasovun adını çəkərdim. O qədər çoxdu ki, saymaqla bitmir. Elə Şahin Diniyevin rəhbərliyi altında top qovan oyunçulardan da bir neçəsini fərqləndirə bilərəm. Bir sözlə, belə oyunçular kifayət qədərdi.
* Açığı, hazırda turnir cədvəlinə baxmaqdan çəkinirəm. Çalışıram ki, sıralamaya baxmayım. Təəssüflənirəm, mənim üçün çox ağırdı.
* Mən pis gündə də, yaxşı gündə də komandanın yanında olmuşam. “Kəpəz” hələ premyer-liqada olmayanda da daim futbola gedirdim. “Xəmsə”ni yaratdıq, komandanın arxasında olduq. Mətbuat, xüsusən də “Futbol+” bunu yaxşı bilir. Həmişə komandanı dəstəkləmişəm, yaxşı olmasını istəmişəm. Düzdü, tənqid də etmişəm ki, düzəlsinlər. Yaxşı günündə sevinib, pis günündə kədərlənmişəm. Bir sözlə, daim yanlarında olmuşam.
* Ağrıyıram, amma oyunlara məcburiyyət qarşısında gedirəm. “Sumqayıt”la qarşılaşmada əməkdaşınız gördü ki, hava necə idi. Yağış, külək... Sadəcə, məcbur idim, getdim. Mənim ora getməyim uşaqlarda ruh yüksəkliyi yaradır. Zəng vurub “dayı, gəlirsən” sualını verirlər və mən də “hə, bajoğlu, gələcəm” deyirəm. Axı mən də onları nə vaxt hara çağırmışamsa, gəliblər.
* Heç vaxt “Kəpəz”dən soyumarıq. Həmişə komandanın arxasındayıq və yenə də olacağıq. Lap birinci divizionda oynasa belə, dəstəyimizi əsirgəməyəcəyik. “Xəmsə” yaşayır və yaşayacaq. Mən olsam da, olmasam da...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar