02 in 16:53aktual

İctimaiyyət finalın qüsursuz təşkilini önə çəkdi

İctimaiyyət finalın qüsursuz təşkilini önə çəkdi
Ancaq narahatlıq doğuran məqamı da gizlətmədilər
Mayın 29-da hər kəsin diqqəti ölkəmizdə idi. Söhbət təkcə BOS-a toplaşan 50 mindən çox tamaşaçıdan getmir. Avroliqanın finalı dünyanın 204 ölkəsində canlı yayınlandı. Bu da təxminən 1 milyard adama yaxın auditroiya deməkdi. Bəs görəsən, futbol ictimaiyyəti finalın təşkilatçılığı, ölkəmizə faydası haqda nə düşünür?
Tahir Süleymanov (sabiq FİFA referisi və klub funskioneri): “Avroliqa finalı sıradan bir oyun deyil. UEFA Çempionlar Liqası və Avroliqa finallarını keçirəcək şəhərləri öncədən müəyyənləşdirir. Bu, təsadüfi deyil, tələblər çox yüksəkdi. Tək müasir, tutumlu stadion kifayət etmir. Təhlükəsizlik, ümumi infrastruktur, nəqliyyat, otel, futbola maraq və s. vacib tələblər var. Ona görə təşkilatçı ölkəyə, şəhərə, federasiyaya öncədən daha yaxşı hazırlaşmaq üçün vaxt verilir, bu müddət ərzində davamlı nəzarət, yoxlamalar aparılır. Oyunun keçirilməsi yerli federasiya səviyyəsində deyil, birbaşa dövlətin təminatı, zəmanəti mütləqdi. Əks halda, heç bir federasiya bu yükü daşıya bilməz. Dövlətin müvafiq strukturları cəlb edilmədən finalın yüksək səviyyədə keçirilməsi, sadəcə, mümkünsüzdü. Ona görə görə də finalın keçirilməsi üzrə xüsusi komissiya formalaşdırılır və təşkilatçılığa tam məsuliyyət daşıyırlar. Ölkəyə gələn onminlərlə fanat, azarkeş, rəsmi şəxslər, məşhur simalarla yanaşı, final matçı bütün dünyaya, 200 ölkəyə canlı yayınlanır. UEFA ilə yanaşı, təşkilatçı ölkənin imici üçün mühüm amildi. Bakı finalına hazırlıq dövlət səviyyəsində yüksək səviyyədə aparılırdı. Dövlətlə UEFA arasında əlaqələndirici rolu AFFA yerinə yetirirdi. Finalçılar müəyyənləşəndən sonra ölkəmizi, xalqımızı sevməyənlər, düşmən kimi yanaşanlar tərəfindən kampaniya başladı. Ən əcaibi o idi ki, Londonun iki böyük klubundan biri"Çelsi" sakit oyuna hazırlaşdığı zaman, digəri "Arsenal" düşmən virusunun təsiri altına düşərək narazılıq edir, bəyanatlar verirdi. Uzaq yolçuluq bəhanə idisə, bu eyni məsafəni qət edəcək "Çelsi"yə də aid idi. Futbol böyük qüvvəyə malikdi və ictimai təsir qüvvəsi ilə heç bir idman növü ayaqlaşa bilməz. Düşmənlərin baş qaldırması dərhal bütün Avropa, dünyaya yayıldı. AFFA rəsmiləri kommersiya açıqlamaları ilə məsələnin mahiyyətini, genişliyini, daxildə ictimaiyyətin narazılığını tam dərk etmədi. Nə qədər düşmən virusundan yayınmaq istəsələr də, alınmadı. Gündən-günə problem daha da dərinləşir, narazılıq artırdı. Final psixoloji, faktiki olaraq təhlükə altında idi. Məsələnin gərginliyini təhlil edən dövlətin müvafiq strukturları problemi zərgər dəqiqliyi ilə həll etdilər. Xırda bir səhv, açıqlama böyük fəsadlar yarada bilərdi. Diplomatlarımızın davamlı və qəti addımları, fikirləri bunun təsdiqi idi. Təhlükəsizlik tələblərini tam yerinə yetirən ölkə kimi əks tərəf hərtərəfli susduruldu. UEFA-nın da mövqeyi, qətiyyəti yerində idi. Bunu görən qorxaq erməni xisləti geri çəkildi, Bakıya gəlmədi. Avropa, dünya kimin haqlı olub-olmadığını əyani olaraq gördü. "Arsenal"ın Bakıya 3 gün öncə gəlməsi isə məntiqsizliyin zirvə nöqtəsi idi. Paytaxtımıza finalın verilməsinə etiraz edən klub rəqibdən fərqli, vaxtından tez niyə gəlməli idi ki?! Bu, sırf futbol, saat qurşağı, iqlim baxımından da doğru deyildi və finalda da 4 topla bunun acısını yaşadılar. Bütün təzyiqlərə baxmayaraq, təşkilatçı ölkə kimi Avroliqa finalı yüksək səviyyədə təşkil edildi, keçirildi... Ölkə ictimaiyyətində futbolun tənəzzülü, bölgə futbolunun məhvi, klubların dağılması, dağıdılması çox mənfi reaksiya doğurur. Avroliqa finalını ölkə olaraq keçirməyimiz möhtəşəmdi, futbolun inkişafı da təmin edilsə, daha fantastik olar. Qarşıdan daha mötəbər yarış, AŞ-2020 gəlir. Təcrübə qazanaraq təşkilatçılığın yerində olması ilə yanaşı, öz futbolumuzun da inkişafı mütləqdi. Azərbaycan futbolu, azarkeşlərimiz tək əcnəbilərin deyil, ilk olaraq millimizin, klublarımızın uğurlarına sevinməyə layiqdilər, bunu haqq edirlər”.
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Avroliqa Çempionlar Liqasından sonra nüfuzuna görə ikinci klub turniridi. İstənilən Avropa ölkəsi bu cür prestijli turnirin final matçına evsahibliyi etmək istər. Bu baxımdan, final oyunu Azərbaycan üçün də yaxşı seçim idi. Xüsusilə də Azərbaycan - Ermənistan münaqişəsinin fonunda istənilən dəyərli yarışın ölkəmizdə keçirilməsi müsbət məqamdı. Amma könül istərdi ki, Azərbaycan Avropa Liqasının final oyununa həqiqi futbol ölkəsi kimi evsahibliyi edəydi. Məni narahat edən əsas məqam da elə bu məsələdi. Bakıdakı final görüşündən sonra hansısa dairələrdə Azərbaycan futbolunda çox şeyin yerində, qaydasında olduğuna dair fikir formalaşa bilər. Amma bilirik ki, elə deyil. Bilirik ki, çempionatımız hansı gündədi, bilirik ki, ölkədə "dişə dəyəcək" futbolçu yetişmir. Milli komandalarımızın biabırçı durumda olduğunu da bilirik. Avropa Liqasının final oyunu bütün bunlara cavadeh olan, məsuliyyət daşıyan şəxslərin futboldakı ömrünü uzada bilər, məncə, uzadacaq da. Hətta gözləyirəm ki, onlardan hansılarasa fəxri adlar da verilsin. Bax, bu rüsvayçılıq olacaq. Heç kim də deməyəcək ki, qardaş, bütün bu illər ərzində sənin futbolundan hər dəfə bizə problem yaradan Mxitaryan səviyyəsində niyə futbolçu çıxmayıb, çıxmır? Yəni düşüncəm budu ki, Avropa Liqasının final oyunu bizim üçün nə qədər yaxşı seçim olsa da, bu oyun ölkə futbolunun problemlərinin üzərinə yüngülcə suvaq olacaq. Görərsiz, uzun müddət bu final matçından danışılacaq, problemləri yada salan, ya da yada salmaq istəyən olmayacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar