02 in 16:46aktual

Elxan Məmmədov finalın təşkilatçılığından razı qalıb

Elxan Məmmədov finalın təşkilatçılığından razı qalıb
Ramin Musayev avstriyalı baş katiblə görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədov Böyük Britanya mətbuatına açıqlama verib. O, Avroliqanın ölkəmizdə keçirilən finalından, həmçinin başqa məqamlardan danışıb: “Arsenal"la "Çelsi"nin təkcə Londondakı yox, Bakıya səyahət edən başqa ölkələrdəki azarkeşlərinin və xarici turistlərin sayından məmnun qaldıq. Boş oturacaqların əksəriyyəti əvvəldən finala bilet alan, ancaq bura gəlməyən frankfurtlu azarkeşlərdən qaynaqlanır. Hesab edirəm ki, onlar bileti saxlamağa qərar verdilər. Bəlkə də UEFA-ya qaytarmaq istəmədilər. Şəhərimizdə əsl bayram yaşanırdı. Bir növ London küçələrinə bənzəyirdi. "Arsenal" və "Çelsi" azarkeşləri tərəfindən müsbət izdiham yaranmışdı. Stadionun ətrafında matçdan əvvəl əyləncə üçün gözəl proqram təşkil olunmuşdu. Həmçinin açılış mərasimi də çox yaxşı idi. Bundan da yaxşısının edilə biləcəyini söyləyə bilmərəm. Azarkeşləri cəlb etmək üçün tədbirlər keçirildi. Fikrimcə, yaxşı test oldu. Final zamanı nəqliyyatı və bütün təşkilatçılığı sınadıq. Təbii ki, bunun təhlilini aparacağıq. Ancaq mənfi yöndə heç bir xəbər eşitmədik. Avropa çempionatı milli səviyyəsində böyük hadisədi. Avropa Liqasının finalı isə Bakının nələr edə biləcəyinin yaxşı göstəricisi idi”.
Bu arada Avropa Futbol Liqalarının (AFL) baş katibi Georq Panql Bakıda işgüzar səfərdə olub. Mayın 28-də avstriyalı qonaqla görüşdə PFL-in prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və başqa əməkdaşlar iştirak ediblər. Tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. Musayev qonağa milli xalça və dəqiqlik göstəricisi saat, Panql isə AFL-nin atributunu hədiyyə edib. Bakı haqda ilkin təəssüratlarını bölüşən baş katib şəhəri çox bəyəndiyini, buranın Monako və ya Parisdən fərqlənmədiyini dilə gətirib. Musayev isə öz növbəsində 2007-ci ildə “Neftçi”də çalışarkən Avstriyada təlim-məşq toplanışında olduğunu, elə həmin il də avrokuboklarda eyni ölkənin “Rid” komandası ilə qarşılaşdıqlarını və ordan xoş xatirələrlə ayrıldıqlarını qeyd edib. 10 il Avstriya Peşəkar Futbol Liqasının prezidenti olmuş, 5 ildi AFL-də çalışan, ümumilikdə futbol sahəsində 30 illik təcrübəyə malik Panql ölkəsinin Peşəkar Futbol Liqasının keçdiyi yoldan danışıb: “2004-cü ildə, 12-13 nəfərlə hər şeyi sıfırdan başlamışıq. Əvvəllər çox çətin idi, pis təşkilatlanmışdıq, lazımi inventarlar çatışmırdı, ofisimiz belə yox idi. Stadionlardan birində kiçik otaq kirayələmişdik. Lakin, biz pillə-pillə inkişaf etməyə nail olduq. Hal-hazırda APFL-in öz ofisi, 3-3,5 milyon dollarlıq büdcəsi var. Biz komandalara göstərdik ki, onların APFL-ə ödədikləri məbləğlər qurumun böyüməsi ilə yanaşı, maliyyənin sponsorlar vasitəsilə yenidən onlara qayıtmasına və özlərinin də faydalanmasına səbəb olur. APFL çempionatı yayınladığına görə telekanallardan gələn ümumi məbləğin 10 faizi, titul sponsorluğu, ölkənin rəsmi bukmeker kontorunun ayırdığı pul hesabına maliyyələşir”.
Daha sonra avstriyalı slayd təqdimatlar edib. İlk təqdimat AFL haqda ümumi məlumat xarakteri daşıyıb. Əsas məqsədlərdən birinin klublar arasında balansı qorumaq olduğunu bildirən qonaq 990 klubu əhatə edən qurumda 452 klubun büdcəsinin 0-10, 124 klubun 10-50, 47-sinin 50-100, 42 klubda 100-300 milyon avro aralığında, 12 klubda isə 300 milyon avrodan çox olduğunu nəzərə çatdırıb. 2017-ci ildə keçirilən MY – “Ayaks” finalını xatırladan Panql büdcə fərqlərinə görə mütəxəssislərin oyundan əvvəl 85 faiz ehtimalla ingilisləri qalib təxmin etdiklərini və bu kimi faktların komandalar arasındakı ayrı-seçkiliyi hansı səviyyədə qabartdığını göstərib. O, futbolun “təxmin edilə bilməzliyə” ehtiyacı yarandığını diqqətə çatdırıb. İkinci slayd daha çox UEFA-nın yeni qərarları, qarşıdakı illərdə keçiriləcək AL-2, klubların gəlirlərinin təmin edilməsi və artırılması kimi məsələləri əhatə edib. Onun fikrincə, yeni qərarlar ölkə çempionatlarının reytinqində 15-ci pillədən aşağıda olan ölkələrin klublarına maddi cəhətdən mənfi təsir edəcək. AFL-in qarşısında duran əsas prioritetlərdən birinin avrokuboklarda iştirak etməyən və ya az iştirak etmiş komandaların maliyyə gəlirlərinin azalmasının qarşısını almaq olduğunu bildirən baş katib həmrəyliyi təmin etməyin vacibliyini vurğulayıb: “Təşkilat az büdcəli klublara gələn 7 faizlik gəliri 20 faizə qaldırılmağına nail olmağa çalışır. Avrokuboklarda iştirak etməyən klublara 8,5 faizlik gəlirin 7,3 faizə endirilməsi, UEFA-nın turnirlərinin televiziya gəlirlərinin artması fonunda klubların öz çempionatlarının yayınından gələn məbləğlərdə eniş yaşaması qəbuledilməzdi. Yeni yaranan turnir az gəlirli olacaq. Yüksək gəlirlər qazanmaq bütün klubların haqqıdı. Əks halda, komandalar arasındakı büdcə fərqləri uçurum səviyyəsinə çatacaq. Avropa Liqası-2 çempionatı, yüksək maliyyə dayaqları olacağı halda qəbul edilə bilər”.
Sonda Ramin Musayev qonağa gəldiyinə və vacib məlumatları bölüşdüyünə görə minnətdarlıq edib. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Panql bundan sonra da qurumlar arasındakı əlaqələrin inkişaf edəcəyinə inandığını vurğulayıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar