31 may 18:29aktual

“Qəbələ” bayrama bayram qatdı

“Qəbələ” bayrama bayram qatdı
Fariz Nəcəfov tədbirdə iştirak etmədi
Başa çatan mövsüm “Qəbələ” üçün yetərincə təzadlı keçdi. “Qırmızı-qaralar” çempionatda uğursuz oldu, yekunda turnir cədvəlini 4-cü pillədə bitirdi, kubokda isə əksinə. Bölgə təmsilçisi “ikinci cəbhə”nin qalibi olmaqla tarixində ilk tituluna qovuşdu. Ancaq bu uğuru da doya-doya yaşamağa hadisələrin axarı mane oldu. Axı hələ də komandanın gələcək taleyi bilinmir. Əslində Tale Heydərovun prezident postundan getməsi ilə klub üçün həyəcan siqnalı səslənmiş oldu. Onun yerinə keçən Fariz Nəcəfovun “Qəbələ”yə yad biri olmadığı, funksioner kimi təcrübəsinin kifayət qədər olması öz yerində. Söhbət kluba ayrılan maliyyə vəsaitindən gedir. Düzdü, hələ ki gələcəklə bağlı yekun qərar verilməyib. Lakin legionerlərdən imtina olunacağı, komandanın yoluna öz yetirmələri, akademiyanın uşaqları ilə davam edəcəyi, klubda ixtisarların gedəcəyi, demək olar, bəllidi. Sadəcə, hər kəs klubun sahibinin “Qəbələ”nin gələcəyi ilə bağlı son sözünü gözləyir. Hər halda, bütün bunlar “qırmızı-qaralar”a könül verən azarkeşləri, soyuqda-istidə, evdə-səfərdə dəstəkləyən fanatları üzməyə bilməz. Ölkədaxili yarışlarda titul uğrunda mübarizə aparan, avrokuboklarda tarix yazan klubumuzun iddiasını itirməsi futbolumuza da zərbədi. Bütün bu proseslərin fonunda, məhz belə bir dövrdə ilk kubokunu qazanan komanda və onun azarkeşləri ikili hisslərin ağuşundadı...

İkiqat sevinc
Məlum olduğu kimi, “Qəbələ” ölkə kubokunu Naxçıvanda qazandı. Daha öncə Muxtar Respublikada uğursuzluğa düçar olan “qırmızı-qaralar” bu dəfə eyni ssenarinin yaşanmasına imkan vermədi. “Sumqayıt”ı Stiven Jozef-Monrozun yeganə qolu ilə məğlub edən bölgə təmsilçisi finallarla bağlı sindromu da qırdı. Ancaq “Qəbələ”nin azarkeşlərinin hamısının kuboku canlı görmək şansı olmamışdı. Yalnız “Red Black Army” fanklubunun üzvləri Naxçıvana yollanmış, qələbəni qeyd etmişdilər. Həmin azarkeş qrupunun da bütün üzvlərinin Muxtar Respublikaya getmək imkanı olmamışdı. Bütün bunları nəzərə alan klub qəbələli azarkeşləri də sevindirmək qərarına gəlmişdi. Bu üzdən Respublika Günündə kubok Qəbələyə aparıldı. Başqa sözlə, Cümhuriyyətin 101 illiyi şimal şəhərində ikiqat sevinclə qeyd olunurdu. Belə deyək, çərşənbə axşamı Qəbələdə bayram bayrama qarışmışdı.
“Qəbələ” bayrama bayram qatdı
Göylər möhlət verdi, bayramı korlanmadı
Həmişə olduğu kimi, bu dəfə də “Qəbələ” rəhbərliyi jurnalistləri unutmamışdı. Tədbiri işıqlandırmaq istəyən media nümayəndələri üçün nəqliyyat vasitəsi təşkil edilmişdi... Saat 14.00-da yola düşdük, üzü şimala doğru irəlilədikcə havanın soyuduğunu hiss etmək çətin deyildi. Təxminən 3 saatlıq yolçuluqdan sonra Qəbələyə çatdıq. Şəhərin üzərini qara buludlar almışdı. Kubokun təqdimatı və konsert proqramının başlaması 19.00-a nəzərdə tutulmuşdu. Elə təzəcə stadiona çatmışdıq ki, göylər qəzəbini büruzə verdi; bir yağış başladı ki... Bu isə istər-istəməz hər kəsi narahat edirdi. Çünki yağışlı havada tədbirin reallaşması həm çətin, həm də effektsiz olacaqdı. Ancaq sanki göylər də “Qəbələ”nin ilk titulunun sevincini yaşamasına mane olmadı. Tədbirdən əvvəl yağış kəsdi və yalnız mərasim başa çatandan sonra yenidən başladı. Özü də nə başladı...

“Gilan”dan başlayan kortej və ...biganəlik
Tədbirdən öncə kortej təşkil edildi. Futbolçular bir qədər ləng çıxanda, azarkeşlərdən birinin “14 ildi sizi gözləyirik, gəlin çıxın” deməsi uzun müddət sürən titul həsrətinə işarə idi. "Gilan" otelindən start götürən yürüşdə klubun bayraqları ilə bəzədilən 30-a yaxın maşın stadiona yönəldi. Komanda üzvləri isə avtobusda idilər və kapitan Cavid Hüseynov kuboku pəncərədən nümayiş etdirirdi. Caviddən başqa, Rasim Ramaldanov, Elvin Camalov, Ürfan Abbasov, Asif Məmmədov, Rövlan Muradov kimi əsas heyət üzvləri də yürüşdə iştirak edirdilər. Əslində şəhər əhalisinin korteji alqışlarla, sevinclə qarşılayacağını gözləyirdik. Ancaq küçələrdə gördüyümüz mənzərə fərqliydi. Sanki toy karvanı keçirdi və hamı sakitcə izləməklə məşğul idi. Çətin ki, hardasa belə bir yürüşə şəhər əhalisi biganəlik nümayiş etdirə. Bu mənzərə hər nə qədər məyusluq doğursa da, stadiona yaxınlaşdıqda yol kənarında duran azyaşlı oğlanın sevincini və alqışını görmək bir o qədər təsiredici idi.

Fariz Nəcəfov yox idi
Daha sonra Qəbələ şəhər stadionunda qələbə tədbiri başladı. İlkin Fikrətoğlunun aparıcılığı ilə keçən mərasimdə əvvəlcə icra başçısının müavini Abil Ağasəfov çıxış etdi, həm Respublika Gününün tarixindən, həm ölkəmizin hazırkı inkişafından, həm də komandanın qazandığı uğurdan danışdı. Ardınca “Qəbələ”nin digər idman növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev Abil bəyə komandanın formasını hədiyyə etdi. Hansı ki, həmin formanın üzərində bir sıra futbolçuların imzası var idi. Daha sonra Fikrətoğlunun “indi isə qarşılayın, Sənan Qurbanov və onun yenilməz ordusu” elanından sonra baş məşqçi və futbolçular meydana ayaq basıb, səhnəyə istiqamətləndilər. Kubok kapitanın əlində idi. Həm Sənan bəy, həm də kapitan Cavid Hüseynov söz aldı, azarkeşlərə təşəkkürlərini bildirdilər. Qurbanov fikirlərini bitirdikdən sonra azarkeşlər onun adını çəkib, alqışladılar. Cavid “bilirik, gec oldu, amma əsas budu ki, oldu” deməklə sanki üzrxahlıq da etdi. O da fanatlardan alqış payını aldı. Daha sonra komanda "Red Black Army" fanklubunun qərarlaşdığı sektorun önünə gəldi. Qarşılıqlı şüarlar başladı, klubun rənglərinə uyğun bir neçə dəfə azarkeşlər “qırmızı”, komanda isə “qara” deyə hayqırdı. Fişənglər yandırıldı, hər iki tərəf sevinclərini nümayiş etdirdilər. Komanda meydanı tərk edərkən tribunadan azyaşlı bir qız Cavidə gül dəstəsi uzatdı. Kapitan hədiyyəni qəbul edib, qızcığazın üzündən öpdü. Hə, tədbirdə klubun prezidenti iştirak etmirdi. Öyrəndik ki, Fariz Nəcəfov Avropa Liqasının finalıyla bağlı klub prezidentlərinin iştirakı ilə Bakıda keçirilən görüşə qatıldığından Qəbələyə gələ bilməyib.

“Kaş o günlər əlimə bir də düşəydi”
Ardınca konsert proqramı başladı. Təxminən 1500-ə yaxın tamaşaçının izlədiyi tədbir iki saatdan bir qədər artıq davam etdi. Yerli musiqiçilər, muğam ifaçıları ilə yanaşı, tanınmış sənətçilər - Roza Zərgərli, Pərviz Bülbülə də mərasimə dəvətli idi. Fikrətoğlu öncə Roza xanımı səhnəyə dəvət etsə də, məlum oldu ki, xanım müğənni bir qədər ləngiyib. Təcrübəli həmkarımız vəziyyətdən ustalıqla sıyrılıb “Roza xanımın xəbəri gəlib, özü hələ yox” deməklə sözü yerli muğam ifaçılarına ötürdü. Daha sonra isə Zərgərli səhnəyə çıxdı, “Qəbələ”nin “10” nömrəli formasının üzərindən geydiyi gödəkçəsini çıxardı, tribunaların önünə getdi, azarkeşləri coşdurdu... Roza xanım səhnəyə qayıtdıqdan sonra “futbolçulara halaldı, bir “kruq” vurdum, az qala nəfəsim kəsilmişdi” söylədi. Fikrətoğlu “sözü elə söz ustasına verək” deyəndə, bunun Pərviz Bülbülə olduğunu bilmək çətin deyildi. Yetərincə sevəni olan meyxanaçı-müğənni bu dəfə də azarkeşlərin könlünü oxşadı. Mahnılarından biri səslənərkən qısaca texniki problem yarandı və Pərviz “axırda qalanda belə olur da, bunların mənimlə qəsdi-qərəzi var” zarafatı ilə vəziyyətdən çıxdı. Mahnılarının arasında kiçik fasilə yaranan zaman İlkin bəyə “səhnədən aşağı düşsəm, nə olar” sualını ünvanladı və həmkarımızdan “ömürlük “travma” alarsan” cavabını aldı. Buna baxmayaraq, meyxanaçı səhnədən aşağı atıldı və tribunaların önünə gedərək, tamaşaçılara daha yaxın oldu. Pərvizin “kaş o günlər əlimə bir də düşəydi” mahnısı isə sanki “Qəbələ”nin indiki durumunu özündə canlandırırdı... Sənətçilərlə şəkil çəkdirənlərin növbəyə durduğunu, onların isə heç kimin istəyini geri çevirmədiyini də qeyd edək. Sonda isə atəşfəşanlıq təşkil oundu. Beləcə konsert proqramı başa çatdı.
...Hər kəs stadionu tərk etdi və biz də axşam ziyafətinə, ardınca isə gecələmək üçün “Gilan” otelinə yollandıq. Bəlkə də bizimlə birgə olan klub rəsmilərindən bəziləri üçün həmin gün “Qəbələ”də keçirdiyi son gün idi. Hər halda, lap yaxında qeyri-müəyyənliyə son qoyulacaq. Bir məqam dəqiqdi ki, bu klubda çalışanlar həmişə peşəkarlığı, işə məsuliyyətlə yanaşması, mətbuata diqqəti ilə fərqləniblər. Elə kubokun doğma şəhərə aparılması, Respublika Günündə belə tədbirin gerçəkləşdirilməsi də bu cür nümunələrdən biridi. İki il bütün mərhələləri dəf edib qrupa düşmək, “böyük beşlik” sindromunu “Lill” üzərindəki qələbə ilə qırmaq, ölkə futboluna, yığmalara saysız-hesabsız azərbaycanlı istedad bəxş etməklə isə böyük bir tarix yazılıb artıq...
FARİZ, Bakı-Qəbələ-Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar