31 may 17:35aktual

“Sumqayıt”ın “qocalar”ı ruslara güzəşt etmədi

“Sumqayıt”ın “qocalar”ı ruslara güzəşt etmədi
Fərhad Həsənov: “Bu da veteranlar adından şəhərimizin yubileyinə bir hədiyyədi”
Ötən sayımızda xəbər verdiyimiz kimi, Respublika Günündə Rusiyanın veteranlardan ibarət komandası ilə “Sumqayıt”ın veteranlardan ibarət komandası arasında yoldaşlıq görüşü keçiriləcəkdi. Sonradan bəlli oldu ki, bu il 70 illik yubileyini qeyd edən şəhərin veteranları “Kapital Bank Arena”nın süni örtüklü ehtiyat meydanında keçirilən qarşılaşmada Rusiyanın veteranlardan ibarət millisi ilə yox, Stavropol diyarının yığma komandası ilə üz-üzə gələcək.
Əvvəlcədən planlaşdırıldığı kimi, matç saat 17.00-da başladı. Oyundan öncə isə “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərov, şəhərin gənclər və idman idarəsinin rəisi Elgün Hümbətov, Veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol diyarının Futbol Veteranları İttifaqının rəhbəri, həmyerlimiz, “Yedinaya Rossiya” partiyasının ərazi üzrə rəhbəri, deputat Məliksabit Kazımov çıxış etdilər. Təxminən 100-ə yaxın azarkeşin izlədiyi qarşılaşmadan öncə çıxış edən rəsmilər iki ölkə arasında dostluq münasibətlərindən danışıb 101 yaşını qeyd edən Azərbaycan Respublikasının tarixindən söz açdılar. Sumqayıtın 70 illiyinə xüsusi toxunan natiqlər “gənclik şəhəri”nin Azərbaycanın siyasi və iqtisadi həyatında əhəmiyyətli yer tutduğunu, Sumqayıt idmançılarının daxili və beynəlxalq yarışlarda qazandıqları uğurları vurğuladılar. Stavropoldan gələn qonaqlar sumqayıtlı veteranlara xüsusi hazırlanmış kubok təqdim etdilər. Fərhad Həsənovun rəhbəri olduğu komanda da qonaqlara borclu qalmadı. “Sumqayıt” Veteran Klubu əslən Astaradan olan, uzun illər Rusiyada yaşayan və diyarın Veteranlar İttifaqına rəhbərlik edən Kazımova məxsusi bu oyun üçün hazırlanmış xatirə hədiyyəsini təqdim etdi. Yeri gəlmişkən, rusiyalı qonaqları müşayiət edənlər arasında ölkə futbolunun tanınmış simaları da var idi. Yuxarıda adını çəkdiyimiz Rüstəm Rəhimovla yanaşı, Nadir Qasımov, Şaiq Həmidov, Kamal Şıxəliyev də “Kapital Bank Arena”da keçirilən oyunun qonaqları sırasında idi. Hər hissəsi 25 dəqiqədən ibarət olan görüşə komandalar bu heyətlə çıxmışdı.
Sumqayıt: 22. Elşən Poladov, 3. Mehman Yunusov, 5. Zaur Hidayətov, 2. Sərxan İbrahimli, 15. Kənan Hacıyev, 14. Azər Mehdiyev, 4. Samir Abasov, 8. Mübariz Orucov, 10. Fərhad Həsənov (k), 13. Elnur Əşrəfoğlu, 14. Elnur Əşrəfoğlu.
Ehtiyat oyunçular: 11. Zahir Əsgərzadə, 12. Azad Mütəllimov.
Baş məşqçi: Sabir Əliyev.
Stavropol: 22. Məliksabit Kazımov (k), 19. Vladimir Kaydaş, 11. Zaur Tuqov, 17. Vladimir Roqovoy, 18. Aleksandr Ponomaryov, 6. Roman Qasanov, 10. Marat Canibekov, 3. Rustam Kanamatov, 14. İqor Fedetov, 9. Aleksandr Samoylov, 7 Aleksey Qribov.
Ehtiyat oyunçular: 21. Ansar Taqalekov, 15. Qennadi Polurezov, 8. Dmitri Kudinov.
Baş məşqçi: Məliksabit Kazımov.
Qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyə yiyələnən meydan sahibləri rəqibi öz qapısına doğru sıxışdırmağı bacardı. Adətən, bu cür yoldaşlıq oyunlarında meydana çıxanlar ehtiyatlı oyuna üstünlük verir, şou xatarkterli matçda mübarizələrdən qaçırlar. Ancaq srağagün Sumqayıtda keçirilən görüş barədə eyni sözləri demək ədalətsizlik olardı. Hər iki komanda sanki çempionat oyununa çıxıbmış kimi mübarizə aparır, futbolçular ikili mübarizələrdə bir-birinə heç bir güzəşt etmirdilər. Sumqayıtlılar ilk yarıda 3 real qol şansını əldən verməklə yadda qaldılar. Samir Abasovdan ideal ötürmə alan Hidayətov son nöqtəni qoya bilmədisə, Azər Mehdiyevin “9-luğ”a gedən zərbəsini yaşının və çəkisinin çox olmasına baxmayaraq, Kazımov zərərsizləşdirdi. Mübariz Orucovun qapıçı ilə təkbətək çıxıdğı an “çərçivə”yə düşməməsinə isə hətta qarşılaşmanı kənardan izləyən Nadiq Qasımovla Şaiq Həsənov da əsəbləşdi. “Sumqayıt”ın baş məşqçisi Sabir Əliyev də sabiq yetirməsinə irad bildirməklə yadda qaldı. Yeri gəlmişkən, Orucovu qapıçı ilə təkbətək çıxaran Elşən Poladov idi. Veteran qolkiper rəqibin zərbəsini dəf edib topa yiyələnincə, onu müdafiəçilərin boş buraxdığı Orucova ünvanlamışdı.
İlk yarı qolsuz başa çatsa da, ikincinin başlanğıcında “kimyaçılar” hesabı açmağa müvəffəq oldular. Seymur Rəhimov sol cinahdan aşırma zərbə ilə qonaqları meydanın mərkəzinə dəvət etdi. Matçda vurulan növbəti qollar son 10 dəqiqəyə təsadüf etdi. 40-ci dəqiqədə Elnur Əşrəfoğlu növbəti dəfə qolçuluq bacarığını nümayiş etdirdi. Azərdən ötürmə alan həmkarımız qapıçı ilə üzbəüz çıxdı və bir hərəkətlə komanda yoldaşına ötürmə edəcəyini göstərdi. Onun bu addımı qapıçını yanıldınca, Əşrəfoğlu topu boş qalan yaxın küncə yönəltdi. Qarşılamanın sonuna 3 dəqiqə qalmış isə qonaqlar buraxılan qollardan birinin əvəzini çıxmağı bacardı. Ruslan Balkarov komandasının təsəlli qoluna imza atdı. Anar Salmanovun idarə etdiyi oyunda bu son qol oldu və sumqayıtlı veteranlar qələbə qazandı - 2:1.

Reaksiyalar
Azər Mehdiyev: “Sumqayıt” Veteran Klubu olaraq, həftədə bir dəfə öz aramızda oynamaqla yanaşı, vaxtaşırı ölkədə fəaliyyət göstərən müxtəlif veteran komandaları ilə yoxlama görüşləri keçiririk. Açığı, heç vaxt bu qədər yorulmamışdım. Rəqib meydana sanki necə olur-olsun, qələbə qazanmaq məqsədi ilə çıxmışdı. İlk yarıda bir neçə dəfə fərqlənmək imkanımız olsa da, şanslardan yararlana bilmədik. Fasilədən sonra isə toparlandıq və bizə lazım olan qolları vurduq. Vaxtı və fiziki görünüşümüzü nəzərə almasaq, elə bil avrokubok oyununa çıxmışdıq. İlk dəfə idi ki, belə yoxlama görüşü görürdüm. Həm bizdən, həm də Stavropol komandasından zədələnərək meydanı tərk edənlər oldu ki, bu da matçın necə gərgin məcrada keçdiyinin göstəricisidi”.
Fərhad Həsənov: “Matçın gərgin idman mübarizəsində keçməsinə baxmayaraq, məncə, hər iki komandanın üzvlərinin oyundan ləzzət aldığı açıq-aşkar görünür. Bizdə bir deyim var: “üstümü unlu görüb, məni dəyirmançı sanma”. Bu gün bizə veteran deyənlər bir daha şahid oldular ki, yaşıl meydanda yaşın heç bir önəmi yoxdu. Veteran olmağımıza baxmayaraq, hər iki komanda qalib gəlmək istəyirdi. Bu üzdən oyunboyu güzəştsiz mübarizəyə şahidlik etdik. Yəqin ki, siz də qonaqların müdafiə xəttinin necə əzmlə “vuruşduğunu” gördüz. Fürsətdən istifadə edib bu görüşdə bizə dəstək olan sumqayıtlı azarkeşlərə də təşəkkür etmək istəyirəm. Bir daha göründü ki, sumqayıtlılar üçün premyer-liqa və ya veteranlar arasında keçirilən qarşılaşmanın fərqi yoxdu. “Sumqayıt”ın adı olan yerdə hamı qələbə tələb edir. Prinsipial oyun olsa da, sonda hamı razı qaldı. Bu da veteranlar adından şəhərimizin yubileyinə bir hədiyyədi”.
Məliksabit Kazımov: “Uzun illər Rusiyada yaşasam da, daim doğma vətənim Azərbaycanla fəxr etmişəm. Stavropol diyarında Futbol Veteranları İttifaqının sədri olmaqla yanaşı, “Yedinaya Rossiya” partiyasının deputatıyam. Bu arada Azərbaycana gəlişimizin məqsədi həm gözəl vətənimdə Avropa Liqasının final qarşılaşmasını izləmək, həm də fürsətdən yararlanıb veteranlar arasında yoldaşlıq görüşü keçirməkdi. Bu gün Sumqayıtda ilk oyunumuz oldu və qarşılaşmadan sözün həqiqi mənasında həzz aldım. Güzəştsiz mübarizə şəraitində keçən oyunda uduzsaq da, nəticədən məyus olmadım. Bizə belə oyun təşkil etdiyinə görə “Sumqayıt” rəhbərliyinə, şəhərin veteranlarına və rəhbərliyinə təşəkkür edirəm. İdmanı siyasətə qatmırlar, ancaq bəzən elə olur ki, idmanın, xüsusilə də futbolun sayəsində müəyyən problemləri yoluna qoymaq olur. Rusiya və Azərbaycan əbədi qonşudu və bu qonşuluğun hər iki xalq üçün düşərli olmasını arzulayıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar