31 may 17:26aktual

Səmədov karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə deyil

Səmədov karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə deyil
“Bakı Kloppun səsləndirdiyi fikirlərə layiq deyil”
Rusiya yığmasının sabiq futbolçusu, “Krılya Sovetov”un yarımmüdafiəçisi və Avropa Liqasının Bakıda keçirilən final oyununun səfiri Aleksandr Səmədov “Moskva-Baku” nəşrinə müsahibə verib. Təcrübəli futbolçunun müsahibəsini diqqətinizə çatdırırıq.
- Avropa Liqasının Bakı finalının səfiri olduğunu nə vaxt bildiyini xatırlayırsan? Ümumiyyətlə, bu necə baş verdi?
- Mənə səfir olmaq telefonda təklif olundu. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından zəng vurmuşdular. Dedilər ki, belə bir təklif var, münasibətimi soruşdular. Mən isə sevinclə razılıq verdim.
- Sənin rolun nədən ibarət olacaq və bu vəzifədə nəsə edə bilmisən?
- Açığı, çox həyəcanlıyam və Bakıda hər şeyin necə olacağını bilmirəm. Nəsə etməyimə gəlincə, Moskvada Avropa Liqasının təqdimatı oldu. Ora xeyli adam gəlmişdi. Məndən çox sayda adam avtoqraf götürdü. Bu tədbirin bir hisssəsi idi. Mənə görə tədbir, sadəcə, möhtəşəm alındı.
- Bu yaxınlarda demişdin ki, hazırda zədəni sağaltmaqla məşğulsan və hətta karyeranı bitirmək barədə də düşünürsən. Zədən belə çox ciddidi, yoxsa bu fikirdə olmağının başqa səbəbləri var?
- Əslndə bunun zədə ilə heç bir bağlılığı yoxdu. Bu haqda fikrimi daha əvvəl açıqlamışdım. Bəli, burda müxtəlif amillər var. İndi müalicə olunuram, amma yaxın vaxtlarda yekun qərarımı verəcəm. Həmin vaxta isə çox az qalıb.
- Dəfələrlə Azərbaycan millisinə çağırılmısan, səni orda görməyi arzu ediblər. Sən isə imtina etmisən. İstənilən halda, nə vaxtsa Azərbaycana gedib, yerli klublardan birində oynamağın mümkündü?
- Mən heç nəyi istisna etmirəm. Milli başqa bir hekayədi. Klublardan birində oynamaq... Tam mümkündü! İndi bu haqda danışmaq çətindi. Hər şey vəziyyətdən asılı olacaq. Amma təkrar edirəm, belə variant tam mümkündü! Niyə də olmasın?!
- Məlumdu ki, atan azərbaycanlıdı. Ata tərəfdən əcdadlarından kimləri tanıyırsan, kimlərlə münasibətin var?
- Əlbəttə, atam sağ olanda ailəsi, əcdadları haqda çox danışırdı. Ata tərəfdən nəsilimiz Gəncədəndi. Atamın söylədiklərinə əsasən bilirəm ki, ulu babam Böyük Vətən Müharibəsinin iştirakçılarından olub, Budapeştə qədər gedib çıxıb. Artıq atam həyatda yoxdu, amma qohumlarımla əlaqə saxlayıram. Xüsusilə də əmilərimlə. Onların sayı çoxdu. Elə alınıb ki, ata tərəfdən qohumlarımın yarısı Gəncədə, yarısı da Moskvada yaşayır. Buna görə də əlaqə saxlaya bilirik.
- Ailənizdə Azərbaycan adət-ənənələrinə əməl olunur?
- Azərbaycan mətbəxini çox sevirəm, onun böyük pərəstişkarıyam. Stolumuzda tez-tez bu cür yeməklər olur. Bundan başqa, bağ evimin olduğu ərazidə Azərbaycan restoranı var. Tez-tez və böyük məmnuniyyətlə ailəliklə ora gedirik.
- Avroliqanın finalına qayıdaq, oyuna artıq bir gün qalıb. Bakıya qarşı hücumlar, xüsusilə də “Liverpul”un baş məşqçisi Yürgen Klopp kimi tanınmış mütəxəssisin fikirləri təəccüb doğurur. Qəribədi ki, onun öz komandası Bakıda yox, Madriddə final oynayacaq. Nəhayət, “Arsenal”ın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanın belə möhtəşəm bir matçda oynamaqdan imtina etməsi. Halbuki rəsmi Bakı ona təlükəsizliklə bağlı istənilən təminatı vermişdi. Hətta gənclər və idman naziri Azad Rəhimov acı ironiya ilə “bizdən daha hansı zəmanət tələb olunur? Qırıcıların müşayiət etdiyi şəxsi təyyarə?!” deyə suala cavab vermişdi...
- Mxitaryanın qərarını müzakirə etməkdə bir məna görmürəm. Bu onun qərarı və öz məsuliyyətidi. İstərdim ki, idman siyasətlə mümkün qədər az əlaqələndirilsin və oxşar hadisələr az yaşansın. Kloppun fikirlərinə gəlincə, buna çox təəccübləndim. Məhz ondan bu cür şərh eşitməyi gözləmirdim. Bakı gözəl otelləri olan möhtəşəm şəhərdi. Şəhər alman mütəxəssisin səsləndirdiyi fikirlərə layiq deyil. Əminəm ki, hər şey əla olacaq. Ümid edirəm ki, final görüşündən sonra Azəryvcan paytaxtı barədə fikirlər dəyişəcək.
- Final oyununa proqnoz verməyə hazırsan?
- Yeganə proqnozum odu ki, iki fantastik komandanın oyunu olacaq. “Arsenal” və “Çelsi” kimi komandaların finala çıxması böyük uğurdu. Onların qarşılaşmasına proqnoz vermək, sadəcə, mümkünsüzdü. Şanslar bərabərdi, çünki eynisəviyyəli komandalardı. Top-oyundu, bu özü hər şeyi deyir!
- İngilis futbolu sevimlilərin arasındadı, yoxsa başqa seçimin də var?
- Hazırda İngiltərə çempionatı Avropada hegemonluq edir və bununla bağlı mübahisə etmək çətindi. Amma fikrimi dəyişməmişəm. “Milan”ın sadiq azarkeşi, İtaliya futbolunun həvəskarıyam. Obyektiv danışsaq, bu gün İngiltərə futbolu öndədi, premyer-liqa biznes-layihədi. Maliyyə imkanlarından tutmuş, teleyayına qədər bütün sahələrdə hər kəs işini yüksək səviyyədə görür. Bu cür yüksək standartların fonunda futbol uğurları da gəlir. Tarixdə ilk dəfə bir ölkənin təmsilçiləri həm Avropa Liqası, həm də Çempionlar Liqası kimi turnirin finalına yüksəliblər.
- Tezliklə taleyin həll olunacaq. Gələcəyə baxanda özünü yenə də futbolda görürsən, yoxsa başqa işlə məşğul olmaq daha maraqlı gəlir?
- Artıq digər sahədə də özümü sınayıram. Bizneslə məşğulam və bu planı inkişaf etdirmək, daha da irəli aparmaq üçün mütləq nəsə fikirləşəcəm. Amma futboldan da ayrılmaq istəmirəm. Çünki bu idman növünü sevirəm.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar