31 may 17:03aktual

“Çelsi” “Arsenal”ı darmadağın etdi!

“Çelsi” “Arsenal”ı darmadağın etdi!
Jiru Fontenin 60 illik rekordunu yenilədi
Nəhayət, azarkeşlərin çoxdan gözlədiyi oyun baş tutdu. Bakı Olimpiya Stadionunda Avropa Liqasının 10-cu finalı keçirildi. Turnirin həlledici matçında 3-cü dəfə eyni ölkənin iki təmsilçisi qarşılaşdı. Ancaq buna qədər 2011-ci ildə Portuqaliya, növbəti mövsümdə isə İspaniya klubları münasibətlərini aydınlaşdırmışdısa, bu dəfə İngiltərə komandalarının dueli oldu. Bakıdakı görüş həmçinin hakimə video-köməkçi sisteminin (VAR) tətbiq olunduğu ilk AL finalı kimi tarixə düşdü.
Əksər matçlardan əvvəl favoriti göstərmək mümkündüsə, sözügedən oyundan əvvəl bunu etmək çox çətin idi. Hər iki komanda bu mövsüm premyer-liqada oxşar nəticələr göstərmişdi. Fərq yalnız onda idi ki, “Arsenal” ilə müqayisədə 2 xal artıq toplayan “Çelsi” artıq növbəti “futbol ili”ndə ÇL-də iştirakını təmin etmişdi. Düzdü, bəziləri heyətinə görə “zadəganlar”ı favorit sayırdı. “Göylər”in AL-də keçirdiyi son 17 oyunun heç birində uduzmaması da onların xeyrinə olan amil idi. Amma “topçular”ı qətiyyən hesabdan silmək olmazdı, axı komandaya bu turnir üzrə əsl mütəxəssis sayılan Unay Emeri başçılıq edirdi.
Hər iki tərəfin heyətlə bağlı problemləri var idi. “Çelsi” zədə üzündən Rüdiger, Hadson-Odoi və Loftus-Çikin xidmətindən yararlana bilmədisə, “Arsenal” məlum səbəbdən Bakıya gətirilməyən Mxitaryansız və mövsümü erkən başa vuran Remzisiz qalmışdı. Start heyətlərinə gəlincə, yalnız “zadəganlar”ın ilk “11-liy”i təəccübləndirdi. Belə ki, İngiltərə mətbuatında zədə üzündən oynamayacağı yazılan Kante ilk dəqiqələrdən meydana çıxdı. Sarrinin müdafiənin sol cinahında Alonsoya yox, Emersona güvənməsi də bir qədər gözlənilməz oldu. Əvəzində həmkarı Emeri əvvəlcədən proqnozlaşdırılan heyətə üstünlük verdi.
İlk yarı elə də yüksək tempdə keçmədi. 9-cu dəqiqədə Arrisabalaqa Meytlend-Naylzın asmasını uğursuz uzaqlaşdırsa da, Omabeyanq “çərçivə”yə düşə bilmədi. 18-ci dəqiqədə “Çelsi”nin müdafiədən hücuma riskli çıxmaq cəhdindən sonra topu ələ keçirən “Arsenal”ın futbolçuları Lyakazetti rəqib qapıçıyla üz-üzə qoydu. Fransalı epizodun sonunda yerdə qalsa da, Rokki hücumçunun simulyasiyaya əl atdığı qənaətinə gəldi. Təkrar italyan hakimin haqlı olduğunu göstərdi. Hissənin ortlarında Cakanın uzaq məsafədən güclü zərbəsinə azacıq dəqiqlik çatmadı. Bir qədər sonra Kolaşinatsın cinah ötürməsi Aspilikuetaya dəyib az qala qapıya daxil olacaqdı. Fasiləyə yaxın “zadəganlar” üstünlüyü ələ aldı. Sarrinin komandası paltardəyişmə otağına hesabda irəlidə yollana bilərdi. Ancaq təcrübəli Çex əvvəlcə Emersonun, bir qədər sonra isə Jirunun təhlükəli zərbələrini dəf etdi. İkinci yarıya “Çelsi” daha fəal başladı. Bunun məntiqi nəticəsi kimi 49-cu dəqiqədə hesab açıldı. Həmyerlisi Kosyelnini qabaqlayan Jiru başıyla Emersonun ötürməsini dəqiq tamamladı. Saatın tamamında “zadəganlar” fərqi artırdı: Azardan gözəl ötürmə alan Pedro küncü dəqiq nişan aldı. Çox keçmədən “Çelsi” rəqibinə daha bir zərbə vurdu. Jirunun qazandığı penaltini böyük ehtimalla komandada son oyununu keçirən Azar qola çevirdi. Vəziyyəti dəyişmək istəyən Emeri İvobi və Genduzini meydana buraxmaqla dördlü müdafiəyə keçdi. Nigeriyalı yarımmüdafiəçi cəmi 3 dəqiqə sonra möhtəşəm zərbəylə məşqçisinin ümidini doğrultdu. Amma “Arsenal”ın sevinci çox çəkmədi. 72-ci dəqiqədə Jiru – Azar baxımlı kombinasiyası sonuncunun qoluyla nəticələndi – 4:1. Bir qədər sonra Villian da fərqlənməyə yaxın oldu, lakin vida görüşünü keçirən 37 yaşlı Çex buna imkan vermədi. Matçın sonlarında gənc Uillok adını tabloya yazdırmağa yaxın olsa da, zərbəsi qeyri-dəqiq alındı. Beləliklə, “Çelsi” 7 illik fasilədən sonra yenidən AL-in qalibi oldu! “Topçular” isə ardıcıl 3-cü mövsümdə ÇL-dən kənarda qaldı.

Avroliqa, final
Çelsi – Arsenal 4:1 (0:0)

Çelsi: Arrisabalaqa, Aspilikueta, Kristensen, David Luis, Emerson, Jorjinyo, Kante, Kovaçiç (Barkli, 76), Pedro (Villian, 71), Azar (Dzappakosta, 89), Jiru.
Arsenal: Çex, Meytlend-Naylz, Papastatopulos, Kosyelni, Monreal (Genduzi, 66), Kolaşinats, Torreyra (İvobi, 66), Caka, Özil (Uillok, 77), Obameyanq, Lyakazett.
Qollar: Jiru, 49 (1:0). Pedro, 60 (2:0). Azar, 65-p. (3:0). İvobi, 69 (3:1). Azar, 72 (4:1).
Vərəqələr: Pedro, 56. Kristensen, 68 – sarı.
Hakim: Canluka Rokki (İtaliya).
29 may. Bakı. Olimpiya Stadionu. 51370 tamaşaçı.

Oyundan sonra
Unay Emeri, "Arsenal"ın baş məşqçisi: “İlk növbədə “Çelsi”ni təbrik etmək istəyirəm. İlk yarıda yaxşı imkanlarımız oldu, daha gözəl nəticə əldə edə bilərdik. Təəssüf ki, həmin imkanları reallaşdıra bilmədik. İlk qoldan sonra oyunun axarı dəyişdi. Oyundan qopmamağa çalışdıq, ancaq ikinci buraxılan qol buna imkan vermədi. Bundan sonra artıq nəyisə dəyişmək çətin idi. “Çelsi” qələbəni haqq etdi”.
Mauritsio Sarri, "Çelsi"nin baş məşqçisi: “Həqiqətən çox sevinirəm. Bu mükafat klub üçün çox dəyərlidi. Qələbəyə layiq olduğumuzu hiss edirdik. Yanvar-fevralda çətinliklərimiz oldu, ancaq durumu dəyişə bildik, hərçənd premyer-liqada bu çox çətindi. Nəticədə Çempionlar Liqasına vəsiqə qazandıq. İlk yarı çətin oldu. Bu, bizim üçün mövsümdə 64-cü oyun idi. Üstəlik isti hava üzündən fiziki cəhətdən oynamaq çox çətin idi. Futbolçulardan daha cəsarətli oynamağı xahiş etdim, baxmayaraq ki, bu uduzmaq riskini artırırdı. Çox təhlükəli əks-hücumlar quran "Arsenal"a qarşı yaxşı oyun göstərdik”.
Eden Azar, “Çelsi”nin yarımmüdafiəçisi: “Bəli, düşünürəm ki, bu, komandadakı vida oyunum idi. Ancaq futbolda nəyin olacağını dəqiq bilmək olmur. Həmişə premyer-liqada oynamağı arzulamışam, 7 ilimi dünyanın ən yaxşı klublarından birində keçirmişəm. Ola bilsin, indi yeni çağırış vaxtıdı”.
Olivye Jiru, “Çelsi”nin hücumçusu: “İlk hissə maraqlı keçsə də, qol vurulmadı. Yaxşı final alındı, ikinci yarıda daha effektiv oynadıq. Komandamız qələbəyə layiq idi, bu uğurumuzla qürur duyuram. Mənim üçün xüsusi gecədi. “Arsenal” və “Çelsi” həyatımı dəyişdi, mənə premyer-liqada oynamaq imkanı verdi. Bu gün vurduğum qolu bayram etmək istəmirdim. Ancaq “Çelsi” ilə bu kuboku qazandığıma görə çox şadam. Meydana çıxanda həmişə var gücümü qoyuram. Hər iki hədəfimizə çatdıq: əvvəlcə çempionatı “4-lük”də bitirdik, indi isə AL-in qalibi olduq. Çox xoşbəxtəm”

Faktlar
// Jiru 11-ci qolunu vurmaqla turnirin ən yaxşı bombardiri oldu. Hücumçu həmçinin avrokuboklarda bir mövsüm ərzində ən çox fərqlənən fransalı kimi tarixə düşdü. Əvvəlki rekordçu 1958/59 “futbol ili”ndə “Reyms”in heyətində 10 top vuran Jüst Fonten di.
// Sarri məşqçi karyerasında ilk titulunu qazandı. 60 yaş 139 günlüyündə AL-in qalibi olan mütəxəssis bu turnirin tarixinə ən yaşlı çempion məşqçi kimi düşdü. Daha əvvəl bu status iki il əvvəl MY-ni AL-də qələbəyə daşıyan Joze Mourinyoya (54 yaş 118 gün) məxsus idi. Sarri həmçinin 1999-cu ildən bəri UEFA kubokunda/AL-də qalib gələn ilk italyan məşqçi oldu.
// Emeri ilk dəfə AL-in finalında uduzdu. 47 yaşlı məşqçi buna qədər 3 dəfə bu turnirdə qalib gəlmişdi.
// Pedro AL-in və ÇL-in finallarında, həmçinin UEFA Superkubokunda qol vuran ilk futbolçu oldu. Yarımmüdafiəçi sözügedən son iki turnirdə “Barselona”nın formasında fərqlənmişdi.
// “Çelsi” Avropada 6-cı kubokunu qazandı və “Mançester Yunayted”ə çatdı. İngiltərə klubları arasında bu mənada lider hesabında 11 kuboku olan “Liverpul”du.
// Eden Azar bu mövsüm bütün turnirlər nəzərə alınmaqla “zadəganlar”ın heyətində 21-ci qolunu vurdu. Bu, belçikalının “Çelsi”nin formasında ən yaxşı göstəricisidi. Yarımmüdafiəçinin əvvəlki özünəməxus rekordu 2014/15 mövsümündə qeydə alınmışdı – 19 top.
RƏŞAD YUSİFOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar