29 may 17:15aktual

Aqil Abbas “Arsenal”a, Fazil Mustafa “Çelsi”yə azarkeşlik edəcək

Aqil Abbas “Arsenal”a, Fazil Mustafa “Çelsi”yə azarkeşlik edəcək
Premyer-liqada çalışan baş məşqçilər “topçular”ı favorit sayır
Sabah bütün diqqətlər ölkəmizə yönələcək. Bakı dünyaya səs salan növbəti idman tədbirinə qucaq açacaq. Bir oyundan ibarət olsa da, finalın yeri tam başqadı. Özü də Avroliqanın həlledici matçında İngiltərənin iki köklü, tanınmış komandası, eləcə də Avropanın top-klubları üz-üzə gələcək. “Çelsi” – “Arsenal” finalına maraq olduqca böyükdü. İstər ölkəmizdə, istərsə də xaricdə. Bu üzdən saat 23.00-dan etibarən hər kəsin gözləri Olimpiya stadionuna dikiləcək. Söhbət Avropanın top-klublarından gedirsə, oyuna marağın qitənin sərhədləri ilə məhdudlaşmayacağı da birmənalıdı. Özü də bu elə qarşılaşmadı ki, hansısa tərəfi favorit saymaq çətindi. Bu üzdən komandaların ifasında baxımlı oyun izləyəcəyimiz şübhəsizdi. Hansı ki, belə bir mübarizə finala xüsusi rəng qtacaq.
Sözsüz, Avropanın tanınmış digər klubları kimi, “Arsneal”la “Çelsi”nin də ölkəmizdə yetərincə azarkeşi var. Onların final günü BOS-a can atacağı, komandasını irəli səsləyəcəyi şübhə doğurmur. Bəs görəsən, futbolla maraqlanan tanınmışların həmin gün üçün planı necədi? Onlar oyunu stadiondan, yoxsa televiziya vasitəsilə izləməyə üstünlük verir? Kim hansı komandaya azarkeşlik edəcək? Finalla bağlı proqnozlar necədi? Sulları millət vəkillərindən bəzilərinə və elita təmsilçilərinin baş məşqçilərindən bir neçəsinə ünvanladıq.
Aqil Abbas (millət vəkili): “Stadiona getməyəcəm, evdə baxacam. Məsut Özilə görə “Arsenal”a azarkeşlik edəcəm. Hansı komandada türk oynayırsa, onu tuturam. Bu üzdən də “topçular”ın qələbəsini istəyirəm. Proqnozum belədi ki, “Arsenal” qalib gələcək. Dəqiq hesab deyə bilmərəm, ancaq Unay Emerinin komandası qələbə qazanacaq. Özil də qol vuracaq, elə Mxitaryanın acığına”.
Fazil Mustafa (millət vəkili): “Bilet almışam, oyunu stadiondan izləyəcəm. Tarixi bir oyundu. Ona görə də tribunada olacam. Məsut Özilə görə “Arsenal”a azarkeşlik edirdim. O mənim çox sevdiyim futbolçudu, texnikasını, yüksək nizam-intizamını, tərbiyəsini bəyənirəm. Amma Mxitaryan məsələsinə görə “Arsenal”ın mövqeyi çox ədalətsiz və səviyyəsiz olduğuna görə bu dəfə “Çelsi”yə dəstək olacam. Eden Azarın oyununa xüsusi diqqət yetirəcəm və Maurisio Sarrinin komandasının qalib gəlməsini istəyəcəm. Proqnozum? “Çelsi” 3:2 hesabı ilə qalib gələcək”.
Ayxan Abbasov (“Sumqayıt”ın baş məşqçisi): “Çalışacam ki, oyunu stadiondan izləyim. Çünki bu bizim üçün bir fürsətdi. Finalın Bakıda keçirilməsi çox yaxşı haldı. Əslində finalda bu komandaların üz-üzə gələcəyini gözləyirdim. Daha öncə açıqlamamda da favoritlərimin bu klublar olduğunu bildirmişdim. Hardasa 1/4 finaldan bu komandaların üstünlüyü özünü göstərməyə başladı. Maraqlı oyun olacaq. Əlbəttə, “Çelsi”nin azarkeşi olacam, istəyirəm ki, “zadəganlar” qalib gəlsin. Bu komandanın baş məşqçisinin işi maraqlı gəlir. Həmçinin “Çelsi”nin heyətində müəyyən simpatiyamın olduğu futbolçular var. Ona görə də məhz Maurisio Sarrinin komandasının qələbə qazanmasını istəyərdim. Proqnoz kimi yalnız onu deyə bilərəm ki, bol qollu oyun gözləyirəm”.
Elşad Əhmədov (“Sabah”ın baş məşqçisi): “Hazırda Ukraynadayam, final günü də burda olacam. Odu ki, oyunu tribunadan yox, ekran qarşısından izləyəcəm. Daha öncə də bizdən finalla bağlı düşüncələrimizi öyrənmişdilər. Mən həlledici matçda “Arsenal”la “Milan”ı gördüyümü demişdim. İtalyanlar finala çıxa bilmədi. Ancaq “Arsenal” bunu bacardı və finalda “topçular”a azarkeşlik edəcəm. Çünki bu komandanın heyətində Məsut Özil də var. Fikimcə, matç heç-heçə başa çatacaq, penalti seriyasında isə Unay Emerinin yetirmələri sevinən tərəf olacaq”.
Sənan Qurbanov (“Qəbələ”nin baş məşqçisi): “Yəqin ki, evdən izləyəcəm. Finalın ölkəmizdə, Bakıda olması çox möhtəşəm bir andı. Bütün dünyanın gözü paytaxtımızda olacaq. Hər iki komanda İngiltərəni təmsil edir. Bu ölkənin çempionatı hər zaman maraqlı olub. Bu mövsüm də fərqli keçmədi. Futbolun sürəti, məşqçilər, futbolçular baxımından premyer-liqa həmişə öndə olub. Həm Çempionlar Liqasının, həm də Avroliqanın finalında məhz bu ölkənin komandalarının üz-üzə gəlməsi çox şey deyir. Hər iki komandanı Bakıda görmüşük. “Qarabağ” əvvəlcə “Çelsi”ni, daha sonra “Arsenal”ı ölkəmizə gətirmişdi. Finalda çox gərgin mübarizənin şahidi olacağıq. Çünki bu komandalar sürətli futbol nümayiş etdirir. Onlardan hansısa birinə xüsusi simpatiyam yoxdu. Amma italyanlara bu baxımdan müəyyən qədər azarkeşlik etdiyimə görə Sarrinin komandasının qalib gəlməsini istəyərəm. “Arsenal”da da Məsut Özil var. O da ölkəmizə gəlməzdən öncə salamlar göndərdi. Qalmışam ikisinin arasında (gülür). Özil oynasa, gərək “topçular”a azarkeşlik edim... İngilis klubları həm müdafiədə etibarlı oyanyırlar, həm də hücumları kəsərli olur. Sürətli futbol gözləyirəm. Maraqlı oyun olacaq. Məncə, “Arsenal” qalib gələcək. Konkret hesab demək çox çətindi. Hər iki komandanın heyətində güclü futbolçular var. Baş məşqçilərin taktiki savadı çox yüksəkdi. Ona görə də bu məqamlar proqnoz verməyə çətinlik törədir. Topa daha çox sahib olacaq “Arsenal”ın qələbə qazanacağını düşünürəm”.
Aftandil Hacıyev (“Səbail”in baş məşqçisi): “Düzü, öz komandamızda işlər o qədər çoxdu ki, finala harda baxacağımı dəqiqləşdirməmişəm. Son qərarım vəziyyətdən asılı olacaq. İstər “Çelsi”, istərsə də “Arsenal” xüsusi azarkeşlik etdiyim komandalar deyil. Yaxşı futbola baxmaq istəyirəm. Hər iki komanda finala qədər gəlibsə, deməli, buna layiqdilər. Kimin qalib gələcəyini demək çətindi. Çünki hər ikisi titul qazanmağı bacaran komandalardı. “Arsenal”ın baş məşqçisi son illərdə bir neçə dəfə bu kuboku əldə etməyi bacarıb. Motivasiya baxımından da daha çox “topçular”ı üstün görürəm. Belə ki, “Çelsi” çempionatda 3-cü yeri tutmaqla artıq Çempionlar Liqasına vəsiqəni əldə edib. Unay Emerinin komandası isə premyer-liqada 5-ci oldu və kuboku qazanmaqla ÇL-də mübarizə aparmaq istəyindədi. Proqnoz vermək çətindi. Ancaq “Arsenal”ı kuboku əldə etməyə daha yaxın görürəm”.
Samir Abasov (“Zirə”nin baş məşqçisi): “Oyunu stadiondan izləyəcəm. Çox güman, “Çelsi”yə azarkeşlik edəcəm. Ancaq fikrimcə, “Arsenal” qalib gələcək. Bunu da onların baş məşqçisi ilə bağlayardım. Çünki Unay Emeri özünü avrokuboklarda çox rahat hiss edir. Hesabı demək çox çətindi. Ancaq “topçular”ın qələbə qazanacağını proqnozlşadırıram”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar