29 may 16:45aktual

"Red Black Army" gələcəyə nikbin baxır

"Red Black Army" gələcəyə nikbin baxır
Cavad Şərifli: "Biz 14 il titulsuz kluba fanatlıq edən insanlar idik"
"Qəbələ" bu il, nəhayət, titul həsrətinə son qoydu. "Qırmızı-qaralar" Naxçıvanda keçirilən ölkə kubokunun finalında "Sumqayıt"ı məğlub etməklə tarixində ilki gerçəkləşdirdi. Yetərincə tanınmış əcnəbi mütəxəssislərin rəhbərliyi altında titul qazana bilməyən bölgə təmsilçisi sindromu Sənan Qurbanovun baş məşqçi olduğu mövsümdə qırdı. Ancaq "Qəbələ"lilər bu uğura doyunca sevinə bilmədi. Çünki komandanın taleyi sual altındadı. Hələ "futbol ili" başa çatmamış klubun prezidenti postunda dəyişiklik baş verdi. Taleh Heydərov uzun müddət rəhbərlik etdiyi "qırmızı-qaralar"dan ayrıldı. Onun yerini vitse-prezident Fariz Nəcəfov tutdu. Lakin dəyişikliklər təkcə prezident postu ilə məhdudlaşmayacaq. Klub fərqli kursla yoluna davam edəcək. Düzdü, hələ məsələyə nöqtə qoyulmayıb. İki versiya irəli sürülür. Birinci variant "Qəbələ"də yalnız akademiyanın futbolçularının top qovacağıdı. İkinci variant isə onlarla yanaşı, bir neçə təcrübəli və çox az sayda legionerin olmasıdı. Fakt isə budu ki, legionerlərin əksəriyyəti ilə, eləcə də məşqçilər korpusunda yer alan və klubda çalışan bəzi işçilərlə yollar ayrılıb. Qalan suallara isə qarşıdakı günlərdə aydınlıq gəlməlidi. Hər halda, "qırmızı-qaralar"ın əvvəlki qədər iddialı olmayacağı birmənalıdı. Hadisələrin axarı məhz bunu göstərir.
Bəs görəsən, "Qəbələ"nin ən fəal azarkeş qrupu, ev-səfər demədən bütün oyunlarda komandanın yanında olan "Red Black Army" fanklubu indiki durum haqda hansı fikirdədi? Fanklubun rəhbəri Cavad Şərifli bunları dedi: "Biz həmişə olduğu kimi, yenə də komandamızın arxasında duracağıq. Lazım gəlsə, bir neçə il də gözləyərik. Akademiyanın uşaqlarıdı, yüksək yox, orta yerlərə oynayarlar. Hamı bilir ki, akademiyamızdan neçə-neçə futbolçu çıxıb və çıxmaqdadı. İnanıram ki, 2 il eyni heyətlə elitada oynasaq, növbəti illərdə çempionluq üçün də mübarizə apara bilərik. Akademiyanın uşaqlarının yüksək motivasiya ilə oyunlara köklənməsində məqşçi amili böyükdü. Sənan Qurbanovun daha bir il "Qəbələ"də qalacağı haqda mətbuatda informasiyalar yer alıb. Fikrimcə, düzgün seçimdi. Amma Sənan bəy də bilməlidi ki, işi ikiqat çətinləşir. Avroliqada çətin olacağını bilirik, ancaq qismət... Düzdü, pis oluruq. Həmişə "Qəbələ"nin yüksək yerlərə oynadığını görmüşük. İndi iddiamız azalacaq. Onu da unutmayaq ki, biz 14 il titulsuz kluba fanatlıq edən insanlar idik. Bu il həsrət bitdi. Əsas odu ki, "Qəbələ" var. Bundan sonra da olsun, yaşasın. İnanırıq ki, zamanla yenidən güclü bir heyət formalaşacaq və yenə də yüksək yerlərə oynayacağıq".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar