29 may 16:17aktual

Budaq Nəsirov “Sportinq”ə lazım olmadı…

Budaq Nəsirov “Sportinq”ə lazım olmadı…
…və azad agent statusu ilə özünə klub axtarır
2016-nın yayında Portuqaliyaya yollanan Budaq Nəsirov “Sportinq”lə müqavilə bağlayanda hər birimiz sevinmişdik. Təbii, həmyerlimizin əsas komandada çıxış etməyəcəyindən, ilk dönəmdə “Sportinq B”nin uğurları üçün tər tökəcəyindən xəbərdar idik. Yəni hər şey həmin dönəmdə 20 yaşı olan futbolçunun özündən asılıydı. Əvəzedici komandada özünü göstərmək və əsas heyətə cəlb olunmaq. Alınmadı...
2016/17 mövsümündə 20 oyunda üst-üstə 1027 dəqiqə meydanda olan Nəsirov “Olhanense”nin qapısından top keçirməklə yadda qalmışdı. Növbəti il ondan daha artığını gözləsək də, göstəricisi ürəkaçan olmadı: 10 oyun və 443 dəqiqə. Portuqaliyada ən yaddaqalan hərəkəti isə meydandan kənarda isinmə hərəkətləri edərkən topa toxunaraq komandasının qapısına penalty “qazandırması” və buna görə sarı vərəqə alması oldu.
Və 2018-in avqustunda yenidən üstümüzə qayıtdı. “Zirə” ilə 1 illik anlaşan futbolçu “Sportinq”dən icarəyə götürülmüşdü. Lakin “qartallar”ın sıralarında olduğu bir ildə əsas heyətdə möhkəmlənə bilmədi. Nə Ayxan Abbasovun, nə də Samir Abasovun rəğbətinı qazandı. 28 çempionat görüşünün yalnız 12-də meydana çıxmaqla yadda qaldı. Yekunda isə “Zirə”nin ehtiyac duymadığı 9 futbolçudan birinə çevrildi.
3 il əvvəl “Sportinq” klub saytında Budağın transfer xəbərini yerləşdirəndə onunla 5 illik müqavilə bağlandığını və bu müddətdə futbolçunu istəyən klubun Lissabon təmsilçisinə 60 milyon avro ödəməsinin vacibliyini qeyd etmişdi. Məntiqlə, “Zirə”dən ayrılan yarımmüdafiəçi yenidən Portuqaliyaya qayıtmalıdı. Çünki anlaşmanın müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. Amma əldə etdiyimiz bilgiyə görə, Nəsirov hazırda özünə yeni iş yeri axtarır və onunla maraqlananlara azad agent statusuna malik olduğunu deyir.
Məsələ sual doğurduğundan səbəbkarla danışmaq, suallara aydınlıq gətirmək istədik. Nəsirov dəstəyi qaldırdı, hətta bir neçə sualımızı cavablandırdı da. Lakin sorğu-sualın müsahibə üçün lazım olduğunu bilincə, susmağı üstün tutdu. Qısası, müsahibə verməkdən boyun qaçırıb, bunu yeni komandası ilə müqavilə bağlayandan sonra edə biləcəyini dedi. “Sportinq”lə üzülüşməsi ilə bağlı suala cavabı isə belə olmuşdu: “Zirə” ilə birillik icarə müqaviləsi bağlamışdım və həmin müddət mövsümün sonunda başa çatdı. Əslində buna icarə də demək olmazdı. İndi azad agent statusu daşıyıram. Çünki “Sportinq”ə bağlılığım qalmayıb. 2016-da “1+4 il” şərti ilə anlaşmışdıq. Bu şərtdən yalnız “1+1 il”i istifadə etdilər deyə, özümə yeni iş yeri tapmalıydım. Ona görə də “Zirə”yə keçdim. Artıq ötən yaydan “Sportinq”in futbolçusu deyiləm”.
Onu da öyrəndik ki, futbolçunun “Sportinq”ə keçidinə vasitəçilik etmiş Vaqif Heydərli artıq Budaqla əməkdaşlıq etmir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar