28 may 20:03aktual

Nazim Süleymanov Oqtay Abdullayevə cavab verdi

Nazim Süleymanov Oqtay Abdullayevə cavab verdi
“Niyə bizim yeni təşəbbüsümüz bir çoxlarını narahat edir?”
Ötən sayımızda Nazim Süleymanovun “Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı” adlı yeni qurum təsis etdiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Nazim bəylə Əfqan Talıbov yeni təşkilatın sıralarını genişləndirmək üçün artıq Gəncəyə səfər edib, yerli futbol veteranları ilə görüşüblər.
Ancaq Süleymanovun rəhbəri olduğu qurumun fəaliyyətə başlaması futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Bunu Veteranlar İttifaqının prezidenti Otay Abdullayevin qəzetimizə verdiyi açıqlamasından da hiss etmək mümkündü. Oqtay bəy indiki vaxtda “Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı”na ehtiyac duyulmadığını bildirməklə yanaşı, yeni təşkilatın veteranlar arasında çaxnaşma salacağını söyləyib: “Veteranlar İttifaqı və Musa Qurbanovun rəhbərlik etdiyi təşkilat ola-ola, demək olar ki, oxşar qurumu yaratmağa nə zərurət var idi? Onun niyyəti veteranlar arasında çaxnaşma salmaqdı. Mənimlə görüşəcəyini bildirdi. Ancaq nə mənimlə, nə də Veteranlar İttifaqının başqa üzvləri ilə görüşüb. Nə vaxta kimi ora-bura qaçacaq?”
Abdullayevin söylədiklərinə Nazim bəyin münasibətini öyrənməyi lazım bildik: “Əvvəlcə onu bildirim ki, mən heç hara qaçmıram. Bir də ki, nəyə görə qaçmalıyam? Özüm də “Neftçi”nin köhnə bazasının yaxınlığında yaşayıram. O ki qaldı yeni quruma, biz heç kimin rəhbərlik etdiyi təşkilata alternativ qurum yaratmamışıq. Təşkilatın adından da göründüyü kimi, əsas məqsədimiz futbol camiəsində olmuş və olan insanların hüquqlarını müdafiə etmək, futbolumuzun inkişafına təkan verməkdi. Burda nə pis iş var? Bəlkə də hazırda futbolçuların hüquqlarını qoruyan hansısa təşkilat var. Ancaq şəxsən mən onun fəaliyyətindən xəbərsizəm. Bildiyiniz kimi, Həmkarlar İttifaqı müstəqil, heç kimdən asılı olmayan təşkilatdı. İstənilən peşə sahiblərinin belə qurumu var. Niyə bizim yeni təşəbbüsümüz bir çoxlarını narahat edir? Yeni qurum futbolumuza və futbolçularımıza fayda verməyi qarşısına məqsəd qoyubsa, bunu ancaq alqışlamaq lazımdı. Yenə deyirəm, “Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı” bu gün fəaliyyət göstərən heç bir təşkilata alternativ kimi yaranmayıb”.
Veteranlar İttifaqının sədri yeni təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədiyini, ətrafında ancaq bir o qədər də tanınmamış veteranları topladığını da vurğulamışdı. Nazim bəyin bu məsələyə reaksiya belə oldu: “Biz ictimai təşkilat olaraq fəaliyyət göstərəcəyik. Ədliyyə Nazirliyi qurumu qeydiyyatdan keçirsə də, keçirməsə də, bu heç nəyi dəyişməyəcək. İctimai fəaliyyət üçün bu o qədər də önəmli deyil. Onu da qeyd edim ki, biz heç kimi zorla quruma üzv etmək istəmirik. Hər şey könüllülük prinsipi ilə olacaq. Struktura gəlincə, təşəbbüs qrupu toplantıda təşkilatın sədri postuna bəndənizi məsləhət gördü və mən də razılaşdım”.
Yuxarıda qeyd etdiyimiz kimi, “Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı”nın rəhbərliyi artıq Gəncəyə səfər edərək, yerli veteranlarla görüşüb, qurumun hansı məqsədlə yarandığı barədə məlumat verib. Görəsən, Nazim bəyin növbəti səfəri hara olacaq, quruma üzv olanlar üzvlük haqqı ödəyəcəklərmi? Ancaq səfərlə bağlı sual, deyəsən, sədri əsəbləşdirdi və ironiya ilə “bu sizin nəyinizə lazımdı? Bunu bilmək sizə nə verəcək” sualını ünvanladı. “Bizə heç nə verməyəcək, sadəcə, xəbər olaraq maraqlıdı“ dedik. Bundan sonra Süleymanov sualımıza cavab verdi: “Respublikanın bütün bölgələrinə getməyi planlaşdırmışıq. Ancaq hələ ki səfərlərin vaxtı tam müəyyənləşməyib. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyimizə görə hələ ki bank hesabımız yoxdu və bu üzdən üzvlükhaqqı müzakirə olunmayıb. Ola bilsin, gələcəkdə bu məsələ gündəmə gələr”.
Ölkədə futbolla bağlı bütün qurumlar və təşkilatların AFFA-nın “çətir”i altında birləşdiyi heç kimə sirr deyil. Bu yerdə ortaya sual çıxır. Assosiasiya “Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı” adlı təşkilatın yaranmasından xəbərdardı? Bizi maraqlandıran məqama aydınlıq gətirmək üçün eyni sualı veteran futbolçuya ünvaladıq: “Bildiyiniz kimi, bugünlərdə Bakıda Avropa Liqasının final görüşü keçiriləcək. AFFA rəhbərliyinin də başı mötəbər turnirin həlledici qarşılaşmasına qarışıb. Belə gərgin iş qrafikində rəhbərlikdən görüş istəmək düz çıxmaz. Ancaq yaxın vaxtlarda onlarla görüşməyi planlaşdırmışıq. Ölkə futbolunun inkişafı naminə hamı ilə əl-ələ verib işləməyə hazırıq. Avropa Liqasının finalının Bakıda keçirilməsi böyük hadisədi. Birvaxtlar bəlkə də belə oyunun Bakıda təşkil olunmasını arzulaya bilərdik. Lakin göründüyü kimi, ölkə başçısının, AFFA rəhbərliyinin sayəsində arzular gerçəkləşir. Biz veteranlar da bu işdə bacardığımız qədər kömək etməliyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar