26 may 15:53aktual

Agentlər fasilə dönəmini dəyərləndirdi

Agentlər fasilə dönəmini dəyərləndirdi
Tural Əsgərov: “Böyük beşlik” demirəm, hətta “ikinci eşelon”da onlara klub tapmaq müşkül məsələdi”
Erkin İbrahimov: “Bu yöndə mütləq xoş xəbər eşidəcəksiz”
Vaqif Heydərli: “Hamı “ucuz şorba” axtarır”

Mövsüm başa çatıb, futbolçular istirahətə çəkilib, futbolsevərlərin başı Avroliqanın Bakıda keçiriləcək final görüşünə qarışıb. Fasilə olmasına baxmayaraq, açığı, transfer xəbərlərinə o qədər də çox rast gəlinmir. Halbuki premyer-liqa təmsilçilərinin yollarını ayırdığı futbolçuların sayı xeyli çoxdu. Ayrılanlar var, amma qovuşanlar yox.
Bu dəqiqə əsas yük klub rəhbərləri ilə baş məşqçilərin, xüsusən də menecerlərin üzərinə düşür. Hamı dincəldiyi vaxtda onlar futbolçularla danışıq aparmaqla məşğuldular. “Sumqayıt”la “Qəbələ” xaric, digər 6 klubun legionerlərə qucaq açacağı sirr deyil. Hər biri azı 3-5 əcnəbi ilə güclənmək niyyətindədi. Odu ki, agentlər gecələrini gündüzlərinə qatıb çalışır, axtarır, bir sözlə, nəsə etməyə çalışırlar.
Belə bir məqamda yerli klublarla əməkdaşlıq edən azərbaycanlı agentlərlə söhbətin zəruriliyini hiss etdik. Budəfəki “bazar”ın görünməyən tərəfləri, klubların transfer siyasəti, yerli futbolçuların legioner həyatı yaşamaq imkanı mövzuları ətrafında yaranan suallara cavab tapmağın vaxtıdı.
Tural Əsgərov: “Bəzi klublar var ki, yerli agentlərlə əməkdaşlıq etmirlər. Hətta edirlərsə belə, gözə görünmür. Amma xidmətimizə ehtiyac duyanların sayı da kifayət qədərdi. Məsələn, “Sumqayıt” legioner axtarmır. Daha çox yerli və Azərbaycan pasportu ala biləcəkləri futbolçularla maraqlanırlar ki, bu işlə klubun faktiki prezidenti və meneceri Riad Rəfiyev şəxsən məşğul olur. Həm kluba rəhbərlik edir, həm də futbolçu gətirir. Eyni sözləri “Neftçi”yə də aid edə bilərik. Ceyhun Sultanov adlı idman direktoru var, lakin idman direktorluğundan çox menecerlik etməklə məşğuldu. Ona görə də bu iki klubla bağlı məsələlərdə vaxt itirməyin mənası yoxdu. “Qəbələ”nin gələcəyi qeyri-müəyyəndi, deyilənə görə, yeni futbolçulara ehtiyac duyulmayacaq. Yerdə qalan 5 komandanın hər biri ilə əlaqələrim var, təmasdayam.
İstənilən mövqeyə oyunçu seçmək çətindi. Amma daha çox hücumçuya ehtiyac duyulur. Forvard hamıya və həmişə lazım olub. “Səbail”, “Sabah”, “Qarabağ” 4-5, “Zirə” 6-7 nəfər axtarır, “Keşlə” isə tam dəyişmək üzrədi. Müştərilərim arasında həm əcnəbilər, həm də yerlilər var. Mənim üçün əsas olan yerlilərin məsələsidi. Onlara bir növ mənəvi borcum var. Klubsuz qalmalarını istəmirəm. Yeni iş yeri tapıb özlərini doğrultmaları gələcəkdə hər ikimizə faydalı ola bilər. Legionerin işi elədi ki, kluba təklif edirəm, bəyənsə, götürər, bəyənməsə, götürməz. Yəni futbolçunun qarşısında öhdəliyim yoxdu.
O ki qaldı azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına, bu məsələdə hansısa canlanma yoxdu. Əvvəlki qaydada nəsə etməyə çalışırıq. Amma alındırmaq çox çətindi. Klublarımızın və yığmanın Avropada ciddi uğurları olmasa, yerli futbolçular komandalarında aparıcı mövqedə yer almasalar, onları Avropada yerləşdirmək çətin məsələdi. “Böyük beşlik” demirəm, hətta “ikinci eşelon”da onlara klub tapmaq müşkül məsələdi. Yalnız gələcək perspektivə hesablanmış 18-19 yaşlı futbolçuları harasa aparmaq olar ki, onlar da ən yaxşı halda əvəzedici komandada yer alacaqlar. Ona görə də yerlilərin legioner həyatı yaşamasına çalışmaq daha çox vaxt itkisi ilə nəticələnir”.
Erkin İbrahimov: “Açığı, klublarımızın transfer çalışmalarındakı fəaliyyəti gözlədiyimdən zəifdi. Avrokuboklarda iştirak edəcək təmsilçilərimizdən canlanma gözləyirdim, lakin hələ ki susqunluqdu. Aşağı-yuxarı bir aydan sonra oyunlar başlasa da, yenilik yoxdu. “Qəbələ”nin durumu hamıya bəllidi, qeyri-müəyyənlikdi. “Qarabağ” aparıcı futbolçularını qoruyub saxlayıb. Yəni ilkin təsnifat mərhələsi üçün “skelet” var. Hətta indiki heyətlə də mübarizəyə başlaya bilərlər. Həm də “Qarabağ”da həmişə belə olur, avrokuboklardakı çıxışın nəticəsinə əsasən iyul və avqust aylarında fəallıq göstərirlər. Daha çox “Səbail”dən nəsə gözləyirəm ki, onlar da susur. Halbuki bir neçə futbolçu ilə yollar ayrılıb, boşluqlar var. “Neftçi”dəki durum isə mənə çatmır. Nə məsələdisə, kimi dindirirsən, komandadan getmək istədiyini deyir. Özümə də müəmmalıdı. Klub rəhbərliyi heyətdəki futbolçuları saxlaya bilsə, bunun özü uğur olacaq. Nə olsun ki, müqavilələri var. Futbolçu öz xoşu ilə getmək istəyirsə, onu məcbur saxlamağın mənası yoxdu. Son vaxtlar “Neftçi”də belə vəziyyətlə rastlaşmamışdım. Elə futbolçu var ki, deyir, müqaviləm olmasaydı, çoxdan getmişdim. Klub rəhbərliyi heyəti qoruyub-saxlamaq üzərində işləməlidi. Elita təmsilçilərindən yalnız “Keşlə”nin əməli fəaliyyətə başladığını deyə bilərəm. Futbolçuları araşdırırlar, nəsə etmək istəyirlər. Hiss olunur ki, ötənilki səhvlərdən nəticə çıxarıblar. Futbolçu seçimində son dərəcə diqqətli olmağa çalışırlar. Sanki “Keşlə” Avroliqada oynayacaq.
Yerli futbolçuları xaricə aparmaq yönündə işlərimi davam etdirirəm. Bu yöndə mütləq xoş xəbər eşidəcəksiz. Cəhd edirəm, danışıram. Latviya və Balkan ölkələrinin təmsilçiləri ilə təmasdayam. Çexiya da ola bilər, Slovakiya da. Bu mənada AFFA rəsmilərinin canfəşanlığını hiss edirəm. Sanki Nikola Yurçeviç futbolçuların xaricdə top qovmasını istəyir deyə, AFFA-da çalışanlar bunun üzərində işləyirlər. Ölkə xaricinə yollanan(lar) burda özünə yaxşı şərtlərlə müqavilə tapa bilməyən(lər)di. Əsasən yaşı 21-ə qədər olanlardı. Mümkündü ki, 22-23 yaşlı(lar) da olsun. Başa çatan mövsümə qədər yaşı limitə düşən(lər)i nəzərdə tuturam. Vaxtımız var, görək nə edirik”.
Vaqif Heydərli: “Elə bil canlanma yoxdu. Hamı “ucuz şorba” axtarır. Əməkdaşlıq etdiyim komandalar yaxşı futbolçu istəyir, amma illik məvacibi çox olmamaq şərtilə. Yaxşı futbolçu da az pula gəlmir. Söhbət səviyyəli futbolçudan gedirsə, onu Azərbaycana gətirmək üçün ya yaxşı pul verməlisən, ya da hansısa layihə ilə diqqətini çəkməlisən. Ad çəkməli olsam, “Zirə”ylə “Səbail”in fəal olduğunu deyə bilərəm. Onlar da dediyim kimi, yaxşı, amma ucuz qiymətə oyunçu istəyirlər. “Neftçi” də, bildiyimə görə, 2-3 nəfərlə güclənmək istəyir.
Öz klublarımızla yanaşı, təbii ki, azərbaycanlıların xaricə üz tutması üçün əcnəbilərlə də danışıq aparıram. Hazırda ölkədən kənardayam, nəsə etməyə çalışıram. 3-4 futbolçunun keçidi ətrafında müzakirələr gedir. Hamısı olmasa da, bir-ikisinin keçidi həll oluna bilər. Ad çəkməyəcəm, yaşları 18-22 arasındadı. İşimiz riskdən ibarətdi onsuz da. Alına da bilər, alınmaya da. Bizim borcumuz səy göstərməkdi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar