26 may 15:11aktual

AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı

AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı
Şensoy: “Mxitaryanı belə qərara məcbur edənlər Azərbaycan millətinin şairanə ruhunu və türk qonaqpərvərliyini hələ qavramayıblar”
Gələn həftənin çərşənbə günü Bakı möhtəşəm qarşılaşmaya evsahibliyi edəcək. Mayın 29-da Bakı Olimpiya Stadionunda gerçəkləşəcək Avroliqanın final oyununda İngiltərənin iki köklü klubu üz-üzə gələcək. Ölkəmizdəki ən nəhəng idman qurğusunda iki London təmsilçisi - “Çelsi” və “Arsenal” münasibətlərinə aydınlıq gətirəcək. Saat 23.00-da start götürəcək qarşılaşmaya ölkəmizdə maraq yetərincə böyükdü. Baxmayaraq ki, İngiltərə tərəfindən tez-tez heç bir əsası olmayan mənfi fikirlər səsləndirilir. Ancaq bütün bunlar Azərbaycanda möhtəşəm, dünyanın əksər ölkələrində göstəriləcək oyunun keçiriləcəyi faktını dəyişmir. Odu ki, bu qarşılaşmanın hər detalı böyük maraq doğurur. Bu üzdən finalla bağlı xəbərləri, yeni informasiyaları diqqətinizə çatdırmaq missiyamazı davam etdiririk.
İngilislər biletləri geri qaytardı
Əvvəlcədən "Arsenal" və "Çelsi" azarkeşlərinə ümumilikdə 12 min bilet satılacağı bildirilmişdi. Son məlumata görə, “Çelsi” fanatları cəmi 3500, “Arsenal” tərəfdarları isə 2000 bilet alıb. Bu üzdən klublar qalan biletləri geri qaytarıb. Bundan əlavə, sponsorlar üçün ayrılan biletlərin bir çoxunun da geri qaytarılması nəzərdə tutulub. Bu haqda İngiltərənin "Times" qəzeti məlumat yayıb. UEFA isə belə olacağı təqdirdə bütün qalan biletləri də satışa çıxaracaq. Səbəb kimi isə qiymətlərin yüksək olması və Bakıya səfərlə bağlı nəqliyyat problemi göstərilib.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın fikirlərini öyrəndik: “UEFA finalçıların hər birinə 6 min bilet ayırmışdı. Əvvəldən həlledici görüşdə hansı komandaların üz-üzə gələcəyi bilinmir. Məlum olduğu kimi, bilet satışa çıxarılanda finalçılar müəyyənləşməmişdi. Ehtimal var ki, bütün biletlər satılsın və finalçı komandaların azarkeşləri üçün bilet qalmasın. Ona görə də UEFA əvvəldən hər klub üçün 6 min bilet ayırır. “Arsenal” həmin biletlərin 4500-nü, “Çelsi” isə 3500-nü satıb. Bu iki klub üçün ayrılan 4000 bilet satılmayıb. Daha doğrusu, satış çox ləng gedirdi. Bizdə isə yerli futbolsevərlərin marağı həddən artıqdı. AFFA UEFA-ya müraciət etdi, həmin biletləri Bakıya göndərdilər. Bir neçə gün öncədən isə həmin biletlərin satışına başlanılıb. Biletləri “Port Baku Mall”, “28 Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündü. Son satışa çıxarılan biletlər məhz İngiltərə klublarından qaytarılanlar idi. UEFA-nın apardığı müəyyən yenidənqurma işlərindən sonra hazırda BOS-da 63 min oturacaq var. İndiki informasiya belədi ki, 52 mindən çox bilet sahibini tapıb”.
Final üçün videobələdçi
AFFA finalla bağlı videobələdçi hazırlayıb. Orda BOS-a yollanacaq azarkeşlər üçün lazım olan informasiyaları qeyd edək: “Elektron şəkildə alınmış biletlər oyun günündən bir həftə öncə telefonlara göndərilib. Bileti qəbul etmək üçün uefa.com saytında müvafiq tətbiq telefona yüklənməlidi. Oyun günü bütün bütün biletlər təhlükəsizlik yoxlanışında aktivləşdiriləcək. Oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək. Final günü bilet almış azarkeşlər BOS-a və geriyə iki ekspres marşrut vasitəsilə daşınacaqlar. X1 marşrut xətti “Qara Qarayev” metrostansiyasından, X2 isə “28 May” metrostansiyasından yola düşəcəklər. Hər iki xətt 3 dəqiqəlik intervalla stadion istiqamətdində 18.30-dan 23.00-a qədər işləyəcək. Xüsusi buraxılışı olmayanların stadiona şəxsi nəqliyyatla gəlməsi qadağandı. Qarşılaşma bitdikdən sonra ekspres marşrutlar azarkeşləri geriyə daşıyacaqlar. Oyun günü BOS-un tamaşaçı qapıları 20.00-da açılacaq. Stadiona daha rahat daxil olmaq üçün göstərilən vaxtdan etibarən gəlmək xahiş olunur. Oturacağınız 1-ci qapı ilə 11-ci qapı aralığında yerləşirsə, stadiona ekspres avtobuslarla gəlib şimal girişindən daxil olmağınız tövsiyə olunur. Oturacağınız 12-ci qapı ilə 22-ci qapı aralığında yerləşirsə, stadiona metro ilə gəlib cənub girişindən daxil olmağınız tövsiyə olunur. Bütün girişlərdə təhlükəsizlik yoxlamaları həyata keçiriləcək. Təhlükəsizlik işçilərinin təlimatlarına yerində əməl etmək xahiş olunur. Stadiona çanta ilə gəlmək qadağandı. Qadağan olunmuş əşyaların tam siyahısını bos.az saytından əldə etmək mümkündü. Tamaşaçı qapıları açıldıqdan etibarən stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək. Stadiona giriş yalnız etibarlı matç bileti ilə mümkündü. Yaşından asılı olmayaraq, hər kəsin stadiona giriş üçün etibarlı matç bileti olmalıdı. Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra geri qayıdarsa, onun stadiona yenidən qayıtmasına icazə verilməyəcək”.
Mxitaryan məsələsinə türk məşqçidən reaksiya
“Arsenal"ın final oyunu üçün erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməməsi geniş müzakirələrə səbəb oldu. Vaxtilə ölkəmizdə "Turan"ı çalışdıran Naci Şensoy da bununla bağlı düşüncələrini bölüşüb. Türk mütəxəssis final qarşılaşması ərəfəsində "Arsenal" cəbhəsində yaşananları qınayıb. Şensoy eyni zamanda Mxitaryanı da tənqid edib. Təcrübəli məşqçi sosial şəbəkə vasitəsilə etdiyi paylaşımda erməni oyunçunun peşəkar idmançıya yaraşmayan addım atdığını söyləyib: "Avropa Liqasının final oyunu mayın 29-da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək və "Arsenal" erməni futbolçusu Henrix Mxitaryanı səfərə aparmamaq qərarına gəlib. Deməli, Mxitaryan yalnız tanınmış futbolçu olmağı bacarıb, amma təəssüf ki, İDMANÇI ola bilməyib. Ya da Mxitaryanı belə qərara məcbur edənlər və bunu düzgün hesab edənlər Azərbaycan millətinin şairanə ruhunu və türk qonaqpərvərliyini hələ qavramayıblar. Üzülməkdən başqa nə edə bilərik?"
David Luis: “Azərbaycan gözəl ölkədi”
“Çelsi”nin futbolçusu David Luis Bakı finalı haqda düşüncələrini bölüşüb. Braziliyalı müdafiəçi bu turnirdə hədəflərinin finalda qalib gəlmək olduğunu dilə gətirib. O, Mxitaryanın Bakıya gətirilməməsinə də münasibət bildirib: "Finala adladığımıza görə xoşbəxtəm. Həlledici görüşdə də qalib gəlməyə çalışacağıq. Turnirin əvvəlindən bunun üçün çalışırıq... Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdı. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora gözəl ölkədi”.
Nazir problem görmür
Gənclər və idman naziri Azad Rəhimov“Anadolu” agentliyinə açıqlama verib. O bildirib ki, UEFA rəsmiləri matçın keçiriləcəyi Olimpiya stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər: “Bakı Avropa Liqasının final matçına hazırdı. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandı. BOS hər bir metri planlı şəkildə inşa edilən stadiondu. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avrupa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi nəhəng yarışlara evsahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu qarşılaşmanı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.
Venger: “Azərbaycanda da fərqli olmayacaq”
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger də Bakıda keçiriləcək final haqda fikirlərini bildirib. Fransız mütəxəssis “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək həlledici görüşdə London klublarının problemlə qarşılaşmayacaqlarını deyib: "Nə "Çelsi"nin, nə də "Arsenal"ın uzaq yol və çox xərclə bağlı problemi var. Onlar ideal şəraitdə yaşayırlar. Futbolçuları səfərlərə özəl təyyarə ilə uçurlar, biznes-klass kreslolarında otururlar. Bakıya xüsusi təyyarə ilə gedəcəklər. Hər şey onlar üçün ideal şəraitdə olacaq. Finalın Bakıda olması ancaq azarkeşlərə təsir edəcək. Bu, onlar üçün kiçik bir kabus olacaq. “Arsenal"a azarkeşlik edirəm və ömrümün sonuna qədər belə olacaq. Həyatımı bu kluba həsr etdim, artıq başqa bir işə köklənməyi bacardım. "Arsenal"ı bir fanat kimi izləyirəm. Azərbaycandakı matçda da fərqli olmayacaq. Qələbə qazandıqları zaman xoşbəxt, əks təqdirdə məyus oluram”.
Fiqu azarkeşləri Bakıya səslədi
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu BOS-da reallaşacaq finalla bağlı çağırış edib. Belə ki, 46 yaşlı veteran yarımmüdafiəçi həlledici görüşü izləmək üçün Azərbaycana gələcəyini söyləyib: “Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orda olacam. Finalı qaçırmayın”.
Pedro azarkeş sayını, Azar yolun uzaqlığını qabartdı
Maraq üçün “Çelsi”nin futbolçularının final oyunu, eləcə də Bakı səfəri ilə bağlı düşüncələrini də diqqətinizə çatdıraq.
Pedro Rodriges: "İngiltərə kubokunun finalından sonra indi növbəti final matçına çıxacağıq. Kuboku qazansaq, o zaman əminliklə deyə bilərik ki, bizim üçün əla mövsüm oldu. Bakıda azarkeşimizin az olması bizim üçün məyusedicidi. Çünki belədə azarkeş dəstəyini hiss etmirsən. Məncə, final iştirakçılarına daha çox bilet ayrılmalı idi. Bu, UEFA-nın problemidi. Meydanda isə əla final oyunu olacağını düşünürəm. Açıq futbol gedə bilər. Çünki "Arsenal" da bizim kimi sürətli oyuna üstünlük verir. Onlar Çempionlar Liqasına yollanmaq üçün bu titulu qazanmağa məcburdular. Amma biz də mövsümü kubokla tamamlamaq istəyirik".
Eden Azar: "Çelsi"də son oyunumdu? Mən bu barədə düşünmürəm. İndi yalnız Bakıdakı finalda kuboku qazanmağı düşünürəm. Önümüzdə finala hazırlaşmaq baxımından önəmli həftə var. Oyundan sonra gələcəyim barədə düşünəcəm. Düzdü, yol bir az uzaqdı. Amma görüşə premyer-liqa oyunu kimi hazırlaşırıq. Hər iki klub üçün final böyük andı. "Çelsi"də bu kuboku bir dəfə başım üzərinə qaldırmışam. Amma ikinci dəfə də qazanmaq istəyirəm. Qarşılaşmaya heç vaxt olmadığı qədər köklənəcəyik və qalib gələcəyik. Azarkeşlər sanki premyer-liqa matçı izləyəcəklər. Bir-birinə hörmət edən, əla futbolçulara malik iki komanda üz-üzə gələcək. "Arsenal"ın baş məşqçisinin AL-i qazanmağa öyrəşdiyini bilirik. Ancaq finalda şanslar yarı-yarıya olacaq".
Sezar Aspilikueta: "Mövsüm sona yaxınlaşdıqca transfer xəbərlərinin yayılmasından xəbərdarıq. Həm Azar, həm də Sarri məsələsi çox böyüdülür. Belə şeylərə öyrəşmişik. Ancaq final ərəfəsində bu söz-söhbətlərə fikir verməməliyik. Biz bütünlüklə final matçına köklənmişik və konsentrasiyanı itirməməyə çalışırıq. Nələrin baş verəcəyini sonda hər kəs görəcək. İndi yeganə narahat olduğum məqam bu söz-söhbətlərin kollektivə təsir etmək ehtimalıdı. Ümid edirəm ki, bütün bunların fonunda Avropa Liqasının kubokunu qazanacaq və Bakıdan xoşbəxt dönəcəyik".
Kepa Arrisabalaqa: “Finala vəsiqə qazandığımıza görə şadıq. Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz çətin oldu. İndi son maneəni dəf etməliyik. Düşünürəm ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar. Derbi və finalda hər şey baş verə bilər. Qalib olmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar