24 may 17:06aktual

Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı

Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı
Mahir Şükürov: “Mən də onun kimi davranardım”
Cavid Hüseynov: “Şəxsən mən çəkinmədən İrəvana gedib, oynayardım”
Mahir Əmrəli: “İrəvandakı stadionda Azərbaycan bayrağına sarılıb, meydanda gəzərdim”

Avroliqanın finalçılarından birinin “Arsenal” olacağı dəqiqləşəndən sonra əsas müzakirə mövzusuna oyun yox, Henrix Mxitaryan çevrildi. Son bir həftədə “topçular”ın erməni futbolçusunun adı ətrafında deyilənlər və yazılanlar mətbuat səhifələrini bəzəməkdədi. İstər yerli mətbuatda olsun, istərsə də xarici. Bu mənada sosial şəbəkələrdəki müzakirələr də bitmək bilmir.
Azərbaycan tərəfi Henrixin Bakıya gəlməsində heç bir problem görmür və təhlükəsizliyinə cavabdehlik daşıyacağına rəsmi təminat verib. Bu günə qədər Bakıya səfər edən ermənilər necə gəlib-gedibsə, o da elə. Sadəcə, ingilislər məlum mövzu ətrafında iyrənc ajiotaj yaratmaqla səs-küy qaldırmağa çalışır ki, bu da başadüşüləndi. Ki, sabah “Çelsi” önündəki məğlubiyyətə haqq qazandırmaq üçün əllərində bəhanə olsun. Əllərinə “dili-ağzı” olmayan Azərbaycan düşüb, sağdan da döşəyirlər, soldan da.
Heç şübhəsiz, bu məsələdə əsas suç sahibi Mxitaryan özüdü. Britaniyalıların böyük əksəriyyəti iki ölkə arasındakı müharibənin detallarından nöqtə-vergülünə qədər xəbərdar deyil. Yəni futbolçu hay-küy qaldırmasaydı, söhbət bu qədər şişməyəcəkdi. Çox güman, dığa Bakıya gəlib, Olimpiya stadionunun qazonuna ayaq basmamaq üçün bütün mümkün vasitələrini işə salıb. Adam Azərbaycana gəlməkdən çəkinir. Klub rəsmilərində, komanda yoldaşlarında və jurnalistlərdə də elə bir fikir formalaşdırıb ki, sanki Bakıya ayaq basan kimi başını kəsəcəklər. Bəlkə də qorxmaqda haqlıdı, bəlkə də yox.
Amma onu ən yaxşı başa düşən həmkarları olar. Odu ki, bir neçə azərbaycanlı sabiq və hazırkı futbolçuyla əlaqə saxlayıb konkret bu suala cavab tapmağa çalışdıq: təsəvvür et ki, Moskva “Spartak”ında oynayırsan və komandan İrəvanda keçiriləcək Avroliqanın finalına vəsiqə qazanıb. İrəvana gedərdin, ya yox?
Mahir Şükürov: “İdmanı siyasətə qatmağın tərəfdarı deyiləm. Çünki ayrı-ayrı şeylərdi. Buna qədər ölkəmizə neçə-neçə erməni futbolçu gəlib və heç bir problem olmayıb. Həmçinin bizimkilər Ermənistana gedib. “Arsenal” və Mxitaryan bu cür qərar qəbul edibsə, məncə, anlayışla qarşılamaq lazımdı. Ölkəmiz hər nə qədər təhlükəsizliyinə zəmanət versə də, futbolçu çəkinir. Məncə, gəlməməsi yaxşıdı. Mən də onun kimi davranardım. Bilirsiz, niyə? Müharibə mənasında problem yoxdu. Sabah ölkə rəhbərliyi əmr versin, əlimə silah alıb ön cəbhəyə gedərəm. Yəni ermənidən qorxub-çəkinəcəyim yoxdu. Sadəcə, final elədi ki, meydanda 22 futbolçu olur, hakimlər, ehtiyatda qalanlar, üstəgəl 60-70 min azarkeş. Hər nə qədər təhlükəsizlik təbdirləri görülsə də, sabah hansısa mümkün xoşagəlməz hadisə yaşanar və ciddi fəsadlara yol açar. Neçə-neçə günahsız insan bundan ziyan görər, Allah eləməsin, bədbəxt hadisə yaşanar. Ona görə də ən yaxşısı gəlməməsidi”.
Cavid Hüseynov: “Əvvəla onu deyim ki, azərbaycanlılarla ermənilərin ürəyi, cəsarəti bir deyil. Adları üstlərindəndi – qorxaq millət. Qanlarında, canlarında qorxu olduğu üçün Bakıya gəlməyə risk etmir. Halbuki dövlətimiz onun təhlükəsizliyinə tam təminat verib. Avroliqanın finalı oyuncaq deyil. Bütün dünyanın gözü həmin qarşılaşmada olacaq. Dövlətimiz də yaxşı bilir ki, Allah göstərməsin, hansısa hadisənin fəsadları pis ola bilər, futbolumuz sanksiyalarla üzləşər. Gələn il Bakıda Avropa çempionatının final mərhələsinin oyunları keçiriləcək. Ona görə də indidən ciddi təhlükəsizlik tədbirləri görüləcək. Onun özü də bilir ki, Bakıda ona heç nə olan deyil. Sadəcə, yalandan səs-küy qaldırmaqla qorxaqlığını ört-basdır etməyə çalışır. İstədiyi də odu ki, Azərbaycanın adı ətrafında insanlarda mənfi fikir formalaşdırsın, azarkeşlər Bakıya gəlməsin, ölkəmiz haqda pis şeylər düşünsünlər. 10 il əvvəl cüdoçu Elmar Qasımov İrəvanda qızıl medal qazanıb bayrağımızı qaldırmış, himnimizi səsləndirmişdi. Həmin məntiqlə, Elmar da getməzdi, iki ölkə arasındakı münasibətləri əsas gətirərdi. Onlardan da gələnlər olub. Sadəcə, Mxitaryan qorxaqlıq edir, aranı qarışdırır. Şəxsən mən çəkinmədən İrəvana gedib, oynayardım. Ermənistan dövləti təhlükəsizliyimə təminat verirsə, nədən çəkinməliyəm? Fitə basacaqlar, bassınlar da, sən futbolunu oyna”.
Mahir Əmrəli: “Açığı, son günlər bu məsələ ətrafında yazılanları və “Arsenal”ın mövqeyini anlamaqda çətinlik çəkirəm. Burda problem nədi, başa düşə bilmirəm. Finalı təşkil edən dövlət futbolçunun təhlükəsizliyinə rəsmi təminat verirsə, heç bir porblem olmayacağını aşkar bildirirsə, söhbət nədən gedir? Özü də bilir ki, Bakıda heç kim ona heç nə etməyəcək. Məncə, burda əsas məqam Mxitaryanın qorxaqlığıdı. Ermənidi də, tarixən qorxaq millət olublar. Kimlərinsə qollarının altında gizləniblər, özlərini şirin göstərmək üçün hər cür yola əl atlblar. Ona görə də bu cür durum yaranıb. Şəxsən mən belə vəziyyətlə üzləşsəydim, əksinə, İrəvanda meydana çıxacağıma görə sevinərdim. Gecə-gündüz yatmayıb oyuna hazırlaşardım ki, ermənilərin gözünün qarşısında komandamın ən yaxşısı olum. Klubun məni İrəvana aparmaq istəmədiyini bilsəydim, prezidentə, baş məşqçiyə, hamıya yalvarardım ki, aparsınlar. Öz oyunumla onları məni alqışlamağa məcbur edərdim. Hər şey edərdim ki, çempion olum. Sonra da İrəvandakı stadionda Azərbaycan bayrağına sarılıb, meydanda gəzərdim. Elmar Qasımov illər öncə etdiyi hərəkətlə hər birimizin qəlbinə yol tapmağı bacardı. Mən də o cür davranardım. Təbii ki, biz azərbaycanlıyıq deyə, bu qədər istəkliyik, həvəsliyik. Onlar isə ermənidi. Fərqimiz də mərdliyimizdə, cəsurluğumuzdadı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar