04 apr 15:57aktual, manset

Fanklublar “Tofiq Bəhramov”un əleyhinə deyil

Fanklublar “Tofiq Bəhramov”un əleyhinə deyil
Elnur Quliyev: “Ola bilər, buna görə daha çox azarkeş gəlsin”

Hər kəsin aprelin 9-da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyununu səbirsizliklə gözlədiyi sirr deyil. Bəlkə də çempionluğun taleyi məhz bu qarşılaşmada həll olunacaq. Odu ki, həmin matça maraq həddən artıqdı. Liderlərin duelinin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinin müsbət tərəflərini ötən sayımızda qeyd etmişdik. Ən azı bu oyunun tamaşaçı auditoriyası “Azərsun Arena”nın tutumu ilə uzlaşmır. Mərkəzi arenanın təkcə fanklublar üçün yox, sıravi azarkeşlərin gəlməsi baxımından da rahat olduğu faktdı. Bundan başqa, onsuz da Suraxanıdakı stadionun qazonunda problem yarandığına görə “Qarabağ” dünən “Kəpəz”i “Tofiq Bəhramov”da qəbul etdi. Ötən sayımızda Ağdam klubunun baş meneceri Asif Əsgərovdan “Qəbələ” ilə oyun mərkəzi arenada keçirilə bilərmi” sualına cavab almışdıq. O, qərarın “Kəpəz”lə oyundan sonra veriləcəyini bildirmişdi. Çox güman, bu gün prinsipial qarşılaşmanın hansı stadionda gerçəkləşəcəyi bəlli olacaq. Dünən bu məqamla bağlı hər iki komandanın azarkeş qruplarının fikirlərini öyrəndik.
Elnur Quliyev (İmarət): “Qarabağ”la “Qəbələ” arasında 3-cü dövrənin oyunundan sonra gördük ki, bu komandaların başqa rəqiblərlə duelləri də önəmlidi. Hər iki komanda digər oyunlarda aşkar üstünlüklə qələbə qazansaydılar, deyərdik, öz aralarındakı matç həlledicidi. Fikrimcə, o biri rəqiblərlə qarşılaşmalar bizim üçün nə qədər vacibdisə, “Qəbələ” ilə görüş də elədi. Açığı, “Tofiq Bəhramov”a 15-20 min azarkeşin gələcəyinə inanmıram. Hər halda, təbliğat vasitəsilə sıravi azarkeşlər də maraq göstərə bilər. Məkan baxımından fərq eləmir. Ancaq Respublika stadionu şəhərin mərkəzidi, “Gənclik” metrosunun çıxışına yaxındı. Bu baxımdan gəliş-gediş rahatdı. Ola bilər, buna görə daha çox azarkeş gəlsin. Suraxanı isə bir qədər kənar məkan olduğundan, ora o qədər də azarkeş təşrif buyurmur”.
Ramiz Bayramov (1951): “Bugünkü (dünənki) oyunlarda hər iki komanda qələbə qazansa, həmin matça maraq daha da artacaq. Və demək olar, “Qəbələ” ilə qarşılaşma final oyunu olacaq. Əslində istərdik ki, bu matç Suraxanıda olsun. Təkcə söhbət gediş-gəlişdən getmir. Çünki orda oyunçulara daha yaxın olursan, səsin əks-sədası daha güclü olur. Ancaq azarkeş sayı baxımından matçın “Tofiq Bəhramov”da keçirilməsi, düşünürəm ki, gözəl addımdı. 15-20 min tamaşaçı? Hər şey ola bilər. Çünki sözügedən qarşılaşmaya maraq yetərincədi”.
Elvin Əliyev (Tufan): “Öncə onu deyim ki, çempionluğa iddialıyıq və inşallah, çempiona da biz olacağıq. “Qarabağ”ın hazırda bizdən öndə olmasının səbəbləri məlumdu. Bizim “Qarabağ”la, “Zirə” ilə oyunlarımız hər kəsin yadındadı. Aprelin 9-dakı oyunda hakim təyinatından da çox şey asılıdı. Həmin qarşılaşmada çempionluğun taleyinin həll olunmaq ehtimalı var. O ki qaldı stadiona, bizim üçün arena fərq etmir. “Qəbələ” üçün stadionun fərqi yoxdu. Komandamız elə oyun sərgiləyir ki, hər şey göz qabağındadı. “Qəbələ” Avropa futbolu oynayır. Bəzi uğursuz nəticələr isə bütün komandalarda olur. Bu mövsüm həm çempionluğa, həm də kuboka iddialıyıq. Baxmaraq ki, “Qəbələ”ni hamı sıxır. Hansı stadionda oynamasından asılı olmayaraq, komandamız baxımlı oyun sərgiləyir. “Qəbələ” futbol oynayır, başqa oyun yox. Azarkeşlərimiz də ayın 9-da nəyə qadir olduğunu sübut edəcək. İnanıram ki, həmin gün baxımlı oyun olacaq. Sona kimi dəstək verəcəyik. Stadiona Qəbələdən də lazımi qədər azarkeş gələcək. Komanda və azarkeşlər birgə çempionluğa layiq olduğunu göstərəcək. Oyun “Tofiq Bəhramov”da olsa, lazımi qədər azarkeşimiz olacaq. Respublika stadionunda keçirilən “Qəbələ” ilə “Neftçi”nin kubokun finalındakı qarşılaşması hər kəsin yadındadı. Arenanın yarıdan çoxu qəbələli azarkeşlərdən ibarət idi. Bunu hamı gördü. Yenə də həmin dəstəyi nümayiş etdirmək üçün həm Qəbələdən, həm də paytaxtda yaşayan kifayət qədər azarkeş gələcək. Burdan da “Qəbələ” azarkeşlərinə səslənirəm ki, komandamıza dəstək verək, yanında olaq. Bütün “Qəbələ”sevərləri aprelin 9-dakı oyuna dəvət edirəm. Komandanın möhtəşəm oyununu tribunadan izləsinlər. Qələbəni azarkeşlərimizin öz gözü ilə görməsini istəyirik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar