24 may 11:21aktual

Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir

Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir
Şarplesin fikrincə, London gecələri Bakıdakından daha təhlükəlidi
İngiltərə mətbuatında yer alan xəbərlərdə ölkəmiz haqda yazılanlar iyrənc görünür. Həyatında bir dəfə də Bakıya səfər etməyən həmkarlarımız internet qaynaqlarında oxuduqlarına və Henrix Mxitaryanın yaxın çevrəsinə dediklərinə əsaslanıb, ölkəmiz haqda mənfi fikirlər formalaşdırmaqla məşğuldu.
Halbuki son 8 ildə Bakı “Eurovision” mahnı müsabiqəsindən tutmuş “Formula-1” kimi dünya çaplı yarışa qədər evsahibliyi edib. İndiyə qədər Azərbaycana axın edən turistlərin sayı rəqəmlərdə əks oluna bilməyəcək qədər çoxdu. Və hər kəs burdakı qonaqpərvərlikdən, təhlükəsizlikdən, ölkəmizin gözəlliyindən danışır. Sadəcə, erməni diasporu Bakının adına xələl gətirmək və final qarşılaşması ərəfəsində gərginlik yaratmaq üçün iyrənc əməllərindən əl çəkmir.
İndiyə qədər bir çox ingilis futbolçu və mütəxəssis futbolumuzun inkişafı üçün xidmət göstərib. Toni Adams, Daril Villard kimi məşqçilər, Deon Barton, Terri Kuk kimi futbolçular... Mik Bennettlə Fil Şarples isə hələ də Azərbaycanda çalışır, burda yaşayır. Birinci “Neftçi”nin akademiyasına nəzarət edirsə, Şarples Qəbələdəki meydanların salınmasının səbəbkarıdı. Eyni zamanda həm də “Qarabağ”la əməkdaşlıq edir ki, Tofiq Bəhramov adına Respublika stadionu ilə “Azərsun Arena”dakı qazonlar da onun nəzarətindədi. Bu üzdən bu iki mütəxəssislə əlaqə saxlayıb, İngiltərə mətbuatında yazılanlara münasibət bildirmələrini, Bakıya səfər etməyə çalışan ingilis fanatlara məsləhət vermələrini xahiş etdik.
Fil Şarples: “Uzun müddətdi, konkret desəm, 8 ildi burda yaşayan biri kimi Avroliqanın final oyunu adı ətrafında bu dərəcədə yaranan gərginliyi başa düşə bilmirəm. Azərbaycan xalqını yaxşı tanıyıram. Onlar təhlükəli deyillər, nə fanatdırlar, nə də xuliqan. Bura müasir texnologiyalara qucaq açan, inkişaf üçün yollar axtaran və qonaqlara dini inanclarına görə qiymət verməyən ölkədi. Bəli, Böyük Britaniya ilə Azərbaycan arasında məsafə çoxdu. Amma hər iki komanda İngiltərəni təmsil edirsə və məsafə şərtləri hər ikisi üçün eynidisə, burda nə problem var?! İngiltərə mətbuatı heç nədən gərginlik yaradır. Azərbaycanlılar dostluğu sevən və yeni təcrübə axtarışında olan millətdi. Ona görə də heç bir ingiltərəli Bakıya gəlməkdən qorxmamalıdı. “Arsenal”ın erməni futbolçusu Bakıya gəlməyəcək. Bu artıq onların seçimidi. Ölkə prezidenti erməni futbolçunun təhlükəsizliyinə dair zəmanət veribsə, deməli, heç bir problemdən söhbət gedə bilməz. Şəxsən mən özümü Bakıda olduqca rahat hiss edirəm. Və bu 8 il ərzində heç vaxt həyəcanlanmağım, yaxud qorxmağım üçün əsas olmayıb. Gecə saatlarında London küçələri təhlükəli ola bilər, amma Bakıda belə deyil. Özüm Londondanam, ona görə də vəziyyətdən xəbərdaram. İngiltərəli jurnalistlər heç bir məlumatı olmadığı ölkə haqda insanlarda mənfi fikir formalaşdırır. O cür yazan jurnalistlərin heç biri burda olmayıb, burdakı vəziyyətlə tanış deyil. Ona görə də neqativ xəbərləri istədikləri kimi “uçurda” bilirlər. İngiltərədə və müxtəlif ölkələrdə yaşayan “Çelsi” və “Arsenal” azarkeşləri böyük məmnuniyyətlə Bakıya gələ bilərlər. Əmin olsunlar ki, onlar burda əsl qonaq kimi qarşılanacaqlar. Həm futboldan, həm şəhərdən, həm də özlərinə qarşı münasibətdən hədsiz zövq alacaqlar”.
Mik Bennett: “Erməni futbolçunun adı ətrafında bu cür səs-küy salmağa ehtiyac yoxdu. Mxitaryanla bağlı mövzu haqda ətraflı danışmaq istəmirəm. Çünki bu siyasətçilərin həll etməli olduğu məsələdi. Həmyerlilərimə, həmçinin “Arsenal”la “Çelsi”nin başqa millətdən olan azarkeşlərinə demək istəyirəm ki, Bakı ziyarət etmək üçün gözəl şəhərdi. Özünəməxsus mədəniyyəti və valehedici memarlığı var. Bakı dünyanın bəlkə də ən təhlükəsiz şəhərlərindən biridi. Əminəm ki, turistlərin Azərbaycana səfər etməsində, oyunun istənilən səviyyədə baş tutmasında heç bir problem olmayacaq. Və belədə Avroliqanın finalı ölkə adına böyük uğur sayılacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar