UEFA 2020-ci ildə keçriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin biletlərinin qiymətini açıqlayıb. Ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyununadı. Bu qarşılaşmalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalı isə 12 avroyadı.
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək qrup oyunları 50-185 avroya, 1/4 final matçı isə 75-225 avroya olacaq. Ən bahalı bilet Londonda keçiriləcək final matçınadı - 945 avro. 51 oyundan 44-nə biletləri 50 avroya almaq mümkündü.
Satışın ilkin mərhələsi iyunun 12-də başlayacaq və gələn il iyunun 12-dək davam edəcək. Geniş publikaya 1,5 milyon bilet satılacaq. Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər. Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Bakı, Buxarest, Budapeşt, Sankt-Peterburq və Londonla yanaşı, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Münhen (Almaniya) və Roma (İtaliya) da təşkilatçı şəhərlər sırasındadı.