İran çempionatında mövsümə yekun vurulub. Təbriz təmsilçiləri 30-cu turda qələbəyə həsrət qalıblar. “Maşınsazi” doğma azarkeşləri önündə “Padideh”lə münasibətləri aydınlaşdırıb. Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. “Traktorsazi” isə səfərdə meydana çıxıb. Əhvaz “Fulad”ı ilə qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2.
Beləliklə, “Traktorsazi” mövsümü 52 xalla 16 iştirakçı arasında 5-ci, “Maşınsazi” isə 29 xalla 13-cü yerdə başa vurub.