19 may 13:46aktual

Veteranların konfransı söz-söhbət doğurdu

Veteranların konfransı söz-söhbət doğurdu
Oqtay Abdullayev: “52 yaşlı futbolçuya hansı əsasla təqaüd ayrılmalıdı?”
“Futbol+”in ötən sayında xəbər verdiyimiz kimi, dünən AFFA-nin inzibati binasında Respublika Veteranlar İttifaqının növbəti hesabat konfransı keçirlib. Çox maraqlıdı ki, veteranların toplantısı ərəfəsində Vidadi Rzayev, Nazim Süleymanov kimi tanınmış, ölkə futbolunda özünəməxsus iz qoymuş futbol adamları ittifaqın işini heç də yüksək qiymətləndirməmiş, qurumda təmsil olunan şəxslərin ünvanına xoşagəlməz fikirlər səsləndirmişdilər. Sport7.az saytına çox sərt danışan Rzayev ittifaq üzvlərini, biədəb də çıxsa, aftafadaşıyanlara bənzədib.
Konfransda nələrin müzakirə olunduğunu öyrənmək və adını çəkdiyimiz veteranların söylədiklərinə münasibət bildirməsi üçün ittifaqın prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq: “Hesabat konfransı əvvəlcədən tərtib olunmuş plana uyğun şəkildə keçirildi. Ölkənin əksər tanınan veteran futbolçuları tədbirdə iştirak etdi. İttifaqın prezidenti kimi sonuncu rəhbər seçkisindən sonra həyata keçirilən layihələr barədə məruzə etdim, gələcəkdə görəcəyimiz işlər haqda məlumat verdim. Veteranlar İttifaqının son iki ildə gördüyü işlər veteranlar tərəfindən təqdirəlayiq sayıldı. O ki qaldı Vidadi Rzayevlə Nazim Süleymanovun mətbuata verdiyi açıqlamalara, bu haqda geniş danışmaq, deyilənlərə münasibət bildirmək istəmirəm. İttifaqın işi göz qabağındadı. Kiminsə nəyəsə etirazı varsa, bunu bizə deyə bilər. 52 yaşlı futbolçuya hansı əsasla təqaüd ayrılmalıdı? Sözün düzü, inanmıram ki, Vidadi bunu bilə-bilə ittifaqdan, eləcə də məndən narazı qalsın. Onun dediklərindən belə başa düşdüm ki, işsiz qalmasından narazıdı. Veteranlar İttifaqı işədüşəzltmə və ya məşğulluq mərkəzi deyil”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar