17 may 21:24aktual

“Sabah” qalibə 960 manat təqdim etdi

“Sabah” qalibə 960 manat təqdim etdi
Premyer-liqanın 26-cı turunun “Sabah” – “Keşlə” oyunu səs-küyə səbəb olmuşdu. Matçın son saniyələrində Con Ayitenin vurduğu qol baş hakim İnqilab Məmmədov qeydə alsa da, meydan sahibləri topun qapı xəttini keçmədiyini iddia edirdi. Hər halda, qərar dəyişdirilməmişdi, yəni həmin qol qeydə alınmış və oyun 1:1 hesabı ilə nəticələnmişdi.
“Sabah” rəsmiləri qol olub-olmadığını azarkeşlərin öhdəsinə buraxmış və sosial şəbəkədə “qol var idimi” müsabiqəsi elan etmişdi. Ən baxımlı şərh yazan 960 manat pul mükafatına qovuşacaqdı.
Aprelin 28-nə qədər davam edən sorğu sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Klubun “feysbuk” və “instaqram” səhifələrində 600-dən çox şərh yazılıb ki, münsiflər Qədir Bağırovun şərhini ən yaxşı seçiblər. Nəticədə Qədir bəyə 960 manat pul mükafatı təqdim olunub. Bağırovun şərhi ilə tanış olun: “FİFA-nın təsdiq etdiyi “Oyun qaydaları”nın 10-cu bəndində qeyd olunub:“top dirəklər arası qapı xəttini tam keçdikdə və epizod zamanı hücumda olan komanda qaydaları pozmadığı halda qol qeydə alınır”.
Paylaşdığınız videonun 00.30-00.40 saniyələr aralığına diqqətlə baxsaq, “Sabah”ın “5” nömrəli futbolçusunun topa mane olduğunu və topun qapı xəttini tam keçmədiyini müşahidə edə bilərik. Bunu sübut etmək üçün sadə riyazi yola və görmə qabiliyyətimizə arxalanmaq kifayət edir. Belə ki, müdafiəçinin ayağında olan butsun burnu qapının iç tərəfində xəttə dirənir və korpusu tam xətdən kənardadı. Butsun ölçüsünün ən azı 41 olduğunu ehtimal etsək, Avropa standartlarına uyğun 41 ayaq ölçüsünün 26,3 santimetr olduğunu əminliklə deyə bilərik. Təsdiqlənmiş futbol qaydalarında “5” nömrəli futbol topunun radiusunun 21,65-22,25 santimetr olduğunu nəzərə alsaq, topun qapı xəttini keçməsinin mümkünsüz olduğunu görərik. Qısa və sadə dillə desək, topun radiusu ayaq ölçüsündən çox deyilsə və müdafiəçinin korpusu tam xəttin üzərindədisə, qolun futbol qaydalarına uyğun qeydə alınması səhv qərardı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar