17 may 21:07aktual

İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi

İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi
Hər kəs səbirsizliklə mayın 19-nu gözləyir. Həmin gün ölkə kubokunun qalibi müəyyənləşəcək. Özü də həm "Qəbələ", həm də "Sumqayıt" ilk titulunu qazanmaq niyyətindədi. Odu ki, Naxçıvanda gerçəkləşəcək matç böyük maraq doğurur. "Qəbələ" tarixində 4-cü, Muxtar Respublika ikinci finalın həyəcanını yaşayacaq. "Kimyaçılar" isə ilk dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıb. Komandlar titulla yanaşı, Avroliqaya vəsiqə haqda da düşünür. Bu üzdən Naxçıvandakı görüş hər detalı ilə maraq doğurur. O cümlədən də hakim təyinatları baxımından.
Məmmədovun ilk finalı
Xatırladaq ki, Hakimlər Komitəsinin sədri Frits Stuxlik “Qəbələ” - “Sumqayıt” görüşünü İnqilab Məmmədova həvalə edib. Laysmanlar Rahil Ramazanov və Pərvin Talıbov, dördüncü hakim isə Səbuhi Bayramov olacaq. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcəksə, AFFA nümayəndəsi Eldəniz Musayevdi. Matçın baş hakimi olan Məmmədov karyerasında ilk dəfə kubokun finalında iş başında olacaq. O, əvvəllər belə təcrübə qazanmayıb. Beləliklə, final görüşlərindəki hakimlərin siyahısına yeni referi də əlavə olunacaq. Bəs görəsən, İnqilab başa çatmaqda olan mövsümdə nə ilə yadda qalıb?
9 "qırmızı", 6 penalti
Məmmədov 2018/19 mövsümündə 19 oyunda iş başında olub. Bunlardan 17-si çempionat, ikisi isə kubok matçıdı. Həmin qarşılaşmalardan 9-da meydan sahibləri, 2-də qonlaqlar qalib gəlib. Qalan 8 dueldə isə qalib müəyyənləşməyib. Ümumilikdə 125 dəfə sarı vərəqə üçün əlini cibinə atan referi 9 "qırmızı" ilə yadda qalıb. O, əsas söz sahibi olduğu 19 görüşdə 6 dəfə penalti təyin edib. Təbii, Məmmədov həm "Sumqayıt"ın, həm də "Qəbələ"nin oyunlarını idarə edib. Gəlin, ədalət təmsilçisinin həmin qarşılaşmalardakı qərarlarını da xatırlayaq.
"Qəbələ"yə düşərli...
Öncə onu qeyd edək ki, referi kubokda cəmi iki görüşdə iş başında olub. Özü də bunlardan biri "Qəbələ"nin oyununa təsadüf edib. Yarımfinalın cavab matçları çərçivəsində "qırmızı-qaralar"ın səfər qarşılaşması İnqilaba həvalə olunmuşdu. Həmin matçda "köhlən atlar" qələbə (2:1) qazansa da, ilk oyunda minimal hesabla (1:0) qalin gələn Sənan Qurbanovun komandası finala vəsiqəni əldə etdi. Bu üzdən cavab oyunundakı nəticəni də "Qəbələ" üçün uğurlu saymaq olar. Ancaq vərəqə baxımından Məmmədov "qırmızı-qaralar"a acımasız davranıb. "Tofiq Bəhramov"dakı görüşdə qonaqların 6 futbolçusuna "sarı" göstərən referi onlardan ikisinin - Amin Seydiyevlə Sabien Lilayın final oyununda cəzalı duruma düşməsinə səbəb olub. Çempionatda isə Məmmədov "qırmızı-qaralar"ın 4 matçında ədaləti təmsil edib. Bölgə klubu həmin oyunlardan heç birində uduzmayıb. Əksinə, 3 görüşdən ikisində qalib gələn Qurbanovun yetirmələri 2 heç-heçə edib. Referi "Qəbələ"nin "Səbail"lə 14-cü (0:0) və 20-ci turdakı (2:1), həmçinin "Zirə" ilə 19-cu (1:1) və 25-ci tura (2:1) təsadüf edən matçında iş başında olub. Ədalət təmsilçisi bu oyunlarda "qırmızı-qaralar"a 10, rəqiblərə isə 11 sarı vərəqə göstərib. Maraqlıdı ki, "Səbail"lə səfər oyununda Rauf Əliyev, bu rəqiblə evdəki dueldə isə Bəhlul Mustafazadə Məmmədov tərəfindən meydandan qovulub. Göründüyü kimi, onun idarə etdiyi kubok matçında "Qəbələ" mərhələ adlayıbsa, premyer-liqada uduzmayıb. Bu üzdən onun ayağının "qırmızı-qaralar"a düşərli olduğunu demək olar. Yalnız vərəqə məsələsində İnqilab Qurbanovun komandasına yetərincə sərt davranıb.
..."Sumqayıt" üçün uğursuz
"Kimyaçılar" isə İnqilabı özləri üçün uğurlu hakim saymır. Belə ki, Məmmədov "gənclik şəhəri" təmsilçisinin 2 oyununu idarə edib və hər ikisində sumqayıtlılar uduzub: 4-cü turda "Qarabağ"a səfərdə, 8-ci turda evdə "Sabah"a. Hər iki oyunda da eyni hesabla - 0:1. Üstəlik, "köhlən atlar"la görüşdə Yusif Nəbiyev, "tələbələr"lə matçda isə Vurğun Hüseynov qırmızı vərəqə alıb. İnqilabın "Qarabağ" - "Sumqayıt" matçında qonaqların qapısına penalti təyin etdiyini də xatırladaq. Bu isə o deməkdi ki, sumqayıtlıların bu təyinata sevinməsi üçün heç bir əsası yoxdu.
Hər halda, ümid edək ki, hakim idarəçiliyi Naxçıvandakı görüşə təsir etməyəcək. Kubokun final matçı futbol bayramı sayılırsa, bu bayramın ədalət təmsilçisi tərəfindən korlanmasını heç kim istəməz.
FARİZ

25 final, 15 baş hakim
Ölkə kubokunun final oyunlarında indiyədək 15 baş hakim olub. 1992-ci ildən keçirilən yarışın əvvəlki 25 finalında Fariz Yusifov hamıdan çox – 4 dəfə meydana çıxıb. Əliyar Ağayev, Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanov 2 final idarə edib. Digər 10 referi hərəyə bir dəfə finalda baş hakim funksiyasını yerinə yetirib.
1992. Gülağa Cabbarov
1993. Orucəli Durmuşov
1993/94. Nüvər Xasıyev
1994/95. Xaqani Məmmədov
1995/96. Tahir Süleymanov
1996/97. Tahir Süleymanov
1997/98. Asim Xudiyev
1998/99. Xaqani Məmmədov
1999/2000. Xaqani Məmmədov
2000/01. Məhəmməd Məmmədov
2003/04. İmanxan Sultani
2004/05. Fariz Yusifov
2005/06. Vüsal Əliyev
2006/07. Vüsal Əliyev
2007/08. Manuel Qrafe (Almaniya)
2008/09. Vüsal Əliyev
2009/10. Elçin Məmmədov
2010/11. Fariz Yusifov
2011/12. Əliyar Ağayev
2012/13. Əliyar Ağayev
2013/14. Əliyar Ağayev
2014/15. Rəhim Həsənov
2015/16. Fariz Yusifov
2016/17. Fariz Yusifov
2017/18. Rauf Cabbarov
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar