14 may 14:07aktual

Qurbanov “Qarabağ”dan ayrılacaq futbolçuların adlarını açıqladı

Qurbanov “Qarabağ”dan ayrılacaq futbolçuların adlarını açıqladı
Bordin: “Məni özümdən çıxaran Rəşadın qol sevinci oldu”
Oyundan sonrakı mətbuat konfransı mükafatlandırmaya görə yubansa da, nəhayət, baş tutdu. Jurnalistlərin böyük əksəriyyəti baş məşqçilərlə ayaqüstü danışmışdı deyə, konfrans salonunda sayımız elə də çox deyildi. Buna baxmayaraq, hər iki çalışdırıcıdan bizi maraqlandıran suallara cavab almağı bacardıq. Kameralar önünə əvvəlcə Roberto Bordin keçdi.
- “Neftçi”sevərlər ikinciliyi uğur kimi qəbul etmir. Siz necə?
- Komandamın çempionatdakı çıxışından tam razı qaldım. Düzdü, uzun müddət lider idik və sona yaxın vacib xallar itirməklə mövqeyimizi əldən verdik. Buna baxmayaraq, sona qədər mübarizə apardıq, çəkilmədik. Buna görə də hamıdan razıyam. Şəxsən məni qane etdi.
- Bugünkü görüşdə qələbə azarkeşləriniz üçün təsəlli ola bilərdi. Hesabda öndə olduğunuz oyunda da 3 xal qazana bilmədiz. Bu oyun növbəti dəfə “Qarabağ”ın “Neftçi”dən üstün olduğunu sübut etdi deyə bilərik?
- “Qarabağ” çempionluğu rəsmiləşdirsə də, xal baxımından bizdən öndə olsa da, təslim olmaq istəmirdik. Razılaşarsız ki, hər iki komandanın ifasında maraqlı oyuna şahidlik etdik. Meydanda son saniyələrə qədər amansız mübarizə gedirdi. Məğlub olsaq da, komandamdan razı qaldım.
- Mövsümə çempionluq şüarı ilə başlasaz da, hədəfə çatmadız. “Qızıl”ın əldən çıxmasında sizin günahınız neçə faizdi, futbolçuların neçə?
- Çempionatı fəsillərə bölmək istəmirəm. Mənim üçün ümumi dəyərləndirmə vacibdi. Burda kimdəsə günah axtarmaq, faizlərə bölmək fikrində deyiləm. Dediyim kimi, futbolçularım yaxşı mövsüm keçirdi və mən baş məşqçi kimi onlardan razı qadım.
- Moldovada rəqabətsiz çempionatda “Şerif”lə qazandığınız “qızıl”ın dəyəri yüksəkdi, yoxsa “Qarabağ”ın mübarizə apardığı çempionatdakı “gümüş”ün?
- Əziyyət çəkilən hər işdə sonda qazandığın mükafat dəyərli olur. Ona görə də onları bir-birindən ayıra bilmərəm. Orda iki gözəl mövsüm keçirmişdik. Burda isə əzəmətli komandaya qarşı son ana qədər mübarizə apardıq. Azərbaycanda çalışmaq mənim üçün xoşdu. Çünki kifayət qədər bacarıqlı futbolçularla çalışıram, onların məşqçisiyəm.
- İlk hissənin gedişində Rəşad Sadıqovla aranızda gərginlik yaşansa da, fasiləyə yollananda kapitana yaxınlaşıb əl sıxdız. Nə baş vermişdi?
- Futbolda belə hallar olur. Məni özümdən çıxaran Rəşadın qol sevinci oldu. Bizə tərəf baxıb emosional şəkildə jest etdi. Ona görə də biranlıq özümdən çıxdım. Halbuki sadə formada sevinməsi daha yaxşı olardı.
- Növbəti mövsümdə də sizi “Neftçi”nin “sükanı arxasında” görəcəyik, yoxsa bununla bağlı rəhbərliklə söhbətiniz olacaq?
- Bəlkə siz nəsə bilirsiz. Deyin, mən də bilim. Mənim bildiyim odu ki, “Neftçi”ylə müqaviləm var və müddətin sonuna qədər çalışmaqda davam edəcəm. Faciəvi mövsüm keçirmədik ki, germəyim haqda düşünək.
Ardınca Qurban Qurbanov salona təşrif buyurdu. Yetərincə sevincli görünən mütəxəssis sualları gözləmədən zarafatyana ilk sualı özü verdi: “Səbail”lə oyundan sonrakı suallar yekun deyildi?” Belədə çempion məşqçini də sorğu-suala çəkdik.
- Ardıcıl 6-cı çempionluqdan sonrakı fikirlərinizi eşitmək istərdik.
- Çempionluq öz yerində. Hər iki komanda azarkeşlərə baxımlı və maraqlı futbol göstərmək üçün meydana çıxmışdı. Gərgin oyun alındı. Qalib gəldik, amma uduza da bilərdik və ya matç heç-heçə bitərdi. Ötən tur çempionluq rəsmiləşəndən sonra əsas niyyətimiz stadiona toplaşan azarkeşləri oyunumuzla sevindirmək idi. Fürsətdən istifadə edib həm “Neftçi”nin, həm də “Qarabağ”ın azarkeşlərinə təşəkkür edirəm. Bu cür oyunda 5 qol heç də az deyil. Ağır mövsüm keçirdik və sona qədər “Neftçi”nin nəfəsini hiss etdik. Rəqibimiz olsalar da, yaxşı mövsüm keçirdiklərini deməliyəm. Avroliqada onlara da uğurlar arzulayıram.
- Rəşad Sadıqovun fasilədə əvəzlənməsi nə ilə bağlıydı?
- Ciddi bir səbəb yox idi. Sadəcə, gərginlik var idi deyə, qorumağa çalışdıq. Digər tərəfdən, Rahillə Bədavinin eyni anda meydanda olmasını istəyirdim. Qarşıda yığmanın oyunları var. Ola bilsin, çiyin-çiyinə oynayarlar. Ona görə də oyun təcrübələrinin olması vacibdi. Məncə, bu gün Rəşada 45 dəqiqə də bəs idi.
- Miçel 90 dəqiqə boyunca özünə bənzəmədi, komandanızın ən “zəif bənd”i idi. Ona nə olmuşdu?
- Nəsə olduğunu deyə bilmərəm. Bu gün hansısa futbolçular zəif çıxış etdisə, bunu onlara bağışlamalıyıq. Nə qədər onları oyuna hazırlasaq da, istər-istəməz fikirləri başqa yerdədi. Bəlkə də evə tələsirlər. Həm də son 6 oyunda Miçeli fərqli mövqedə oynadırdıq. Bu dəfə yenidən əvvəlki mövqeyinə qaytarmışdıq. Bəlkə də bu amilin də müəyyən rolu vardı. Miçel komandamız üçün vacib oyunçudu.
- “Qarabağ”ı tərk edəcək futbolçuların adları məlumdu?
- Dünən İnnosent Emeqara ilə danışdıq. Onun müqaviləsi “1+1 il” şərti ilə bağlanmışdı. Lakin yeniləməyə ehtiyac duymadıq və bu haqda özünə dedik. Reynaldo ilə də yollarımızı ayırırıq. Ona da bu haqda məlumat vermişik.
- Vild-Donald Gerye?
- Gerye bizimlədi, çox güman, “Qarabağ”da qalacaq. Tam razılaşmasaq da, danışıqlar gedir.
- Con Delarj?
- Delarjın müqaviləsi var. Amma onunla da ortaq məxrəcəyə gəlməyə çalışacağıq.
- Yakub Jezniçak?
- Kuba ilə də uzatmadıq. O da gedir.
- Yerlilərdən?
- Yerlilərdən gedən yoxdu, hamı qalır. Bir neçə gün dincələndən sonra ümumi proqram tutacağıq.
- Rəşad Sadıqovun durumu nə yerdədi?
- Rəşadla anlaşdıq. Daha bir il “Qarabağ”da olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar