14 may 13:59aktual

Tahir Gözəl “Neftçi”nin qiymət qaldırmasının səbəbini başa düşməyib

Tahir Gözəl “Neftçi”nin qiymət qaldırmasının səbəbini başa düşməyib
“Qoy, hökumətimiz də öz camaatı ilə maraqlansın, “Qarabağ” öz ayaqları üstündə dursun”
Turun mərkəzi oyununu izləyənlər arasında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəli də görmək olardı. Növbəti çempionluqdan kifayət qədər məmnun görünən Tahir bəy mükafatlandırma mərasimində yaşıl meydana ayaq basanlardan idi. Vitse-prezident matçdan sonra jurnalistlərin əhatəsinə düşdü ki, sualları cavablamamaq, sadəcə, mümkünsüz idi.
- Budəfəki çempionluq, hər halda, çətin başa gəldi...
- “Qarabağ”ın adı, klub daxilindəki birlik, ab-hava, məqsəd və inam bizi bura gətirdi. İnanın ki, bu mövsüm çox çətin oldu. Komandanı və azarkeşləri təbrik edirəm. Yaxşı sonluq oldu. Bu oyun da gərgin oldu. Məsuliyyət Qurban müəllimin çiynindədi və biz də ona dəstək olmağa hazırıq.
- Ardıcıl 6-cı dəfə çempion olduz. Sevinc hissləri əvvəlki kimidi, yoxsa adiləşib?
- Heç vaxt öyrəşmək olmaz. Hər dəfə yeni hisslər olur. Birinci olmağın yeri var, xüsusi hissdi. Azərbaycanda heç bir klub ardıcıl 6 dəfə çempion olmayıb.
- Bu mövsümü nə ilə fərqləndirə bilərsiz?
- “Neftçi”nin güclü çıxış etməsi işimizi çətinləşdirdi. Hesab edirəm ki, tariximiz, keçmişdəki oyun dəst-xəttimiz çempionluğa fayda verdi. Son turlara kimi xeyli geridəydik. Deyərdim ki, ən çətin mövsüm oldu.
- “Qarabağ”ın büdcəsində dəyişiklik olacaq?
- Xeyr. Avropada qarşımızdakı klublar o qədər nəhəngdi ki, onlara çatmağımız imkansızdı. Biz keyfiyyətimizi qorumalıyıq. Keçmiş illərdəki uğurları yenidən təkrarlamaq istəyirik. Bizim hədəfimiz Avropa səhnələrində çempion olmaq deyil. Hədəfimiz “Qarabağ”ın adını Avropada eşitdirmək və təmsil etməkdi. “Qarabağ” Avropada hörməti olan klubdu. Londona gedin və orda Azərbaycanın adını çəkdiyiniz zaman sizə yaxşı futbolumuzun olduğunu deyəcəklər. Ölkəmizi layiqincə təmsil etmək istəyirik.
- Çempionlar Liqasının qrupuna düşmək indi daha çətindi. Yeni mövsümdə “Qarabağ”ın ÇL-in qrup mərhələsinə düşəcəyini gözləyirsiz?
- Düz vurğulayırsız, indi bir qədər çətinləşib. Əslində zaman əleyhimizə işləyir. Qurban Qurbanov və klubun daxilində hər cür imkan var, məhdudiyyətlərimiz daxilində. Niyə də olmasın?! Mən özümdən və klubumdan bunu tələb edirəm. Bütün Azərbaycan xalqı və dünya bizdən bunu gözləyir. Bunu etmək üçün çalışacağıq.
- Bakıda keçiriləcək Avropa Liqasının finalında “Qarabağ”ın yaxın keçmişdəki rəqibləri “Arsenal”la “Çelsi” üz-üzə gələcək…
- Bəli, elədi. Azərbaycan tarixində çox ilklərə imza atdıq. “Çelsi” və “Arsenal”ı bura “Qarabağ” gətirdi. Bunlar böyük uğurdu. Bu ad bizim üçün hər şeydən üstündü. Bunun məsuliyyətini dərk edirik. Xalq, media bunu bilir. Hər birinizə minnətdaram, dəstəyinizi hiss edirik. Tarix təkrarlanmalıdı. Yenə böyük klublara qarşı oynamaq istəyirik.
- “Qarabağ”a dövlət tərəfindən qayğı göstərilməsi üçün görüş keçirilib?
- Xeyr. Klubun sponsorları var. Bizim də ehtiyacımız olmayıb. Dövlətdən 5 milyon dəstək olarsa, inanmıram ki, bizə çox fərq edəcək. Bu yay Avstriyada təlim-toplanışı keçəcəyik. Ayaqlarımız üstündə durmuşuq. Bu gün düzgün yoldayıq. Ölkəmiz gündən-günə inkişaf edir. Xalq arasında təqaüd alanlar və azyaşlı uşaqlar var. Qoy, hökumətimiz də öz camaatı ilə maraqlansın, “Qarabağ” öz ayaqları üstündə dursun.
- “Neftçi” oyun üçün1 manatlıq biletləri 50 manata qaldırmışdı. Bununla bağlı nə deyə bilərsiz?
- Mən də bunu başa düşmədim. Mən “Neftçi”nin məsləhətçisi olsaydım, deyərdim ki, 50 manata çox az adam gələcək, 20 manat etsək, ümumi qazancımız bundan daha çox olacaq. “Qarabağ” bu gün Azərbaycanın ən böyük klubudu. İstərdim ki, tribunalar dolu olsun. Belədə daha gözəl olur. Olmadı, can sağlığı olsun. Biz yolumuza davam edirik. “Neftçi”nin öz hüququ və qanunları var. Biz də hörmət edirik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar