12 may 11:03aktual

Ramin Musayevlə Davit Volkov gürcülərin torpaq iddiasına münasibət bildirmədi

Ramin Musayevlə Davit Volkov gürcülərin torpaq iddiasına münasibət bildirmədi
Adil Mahmudov: “Həmin şəxslərə nə torpaq, nə də monastr lazımdı…”
Hər şey illər əvvəl başlanmışdı, lakin aprelin 20-də yenidən, özü də süni şəkildə gündəmə gətirildi. Bir müddət əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib və orda gürcü sərhədçilərlə görüşüb. Görüşdən sonra xanım prezident Gürcüstan - Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq, iki qonşu dövlət arasında sərhədin müəyyən edilməsi məsələsinin təcili həll olunmasını dilə gətirib. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz. Zurabişvilinin məlum açıqlamaları bir çox gürcü siayəstçiləri və gəncləri ayağa qaldırıb. Son günlər sözügedən məsələ ilə bağlı Gürcüstan mediasında müxtəlif yazıları və reportajları görmək mümkündü. Artıq Keşikçidağ monastr kompleksi gürcülərin ən çox ziyarət etdiyi yerə çevrilib.
Aprelin 3-də rəsmi Tiflis Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66 faiz sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisələrə operativ reaksiya verərək, ölkəmizin həmişə Gürcüstanla sərhədin tezliklə delimitasiya olunmasının tərəfdarı olduğunu bildirib.
Mübahisəyə səbəb olan qədim alban məbədi
Bu yerdə Keşikçidağ (David Qareci) monastr kompleksi barədə məlumat vermək istərdik. Azərbaycan - Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdi, həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür və tarixən Azərbaycan əraizisi olub. Keşikçidağ məbədi (həmçinin Qaraca, David Qareci məbədi) Azərbaycanın Gürcüstanla sərhədində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim alban məbədidi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonunun ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və Gürcüstan mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddi. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız 4-cü Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdi.
Məbədə gürcü iddiasının dəilləri də az deyil
“David Qareci” həqiqətən qədim alban məbədidi və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan “Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastr gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilib. Monastr 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleyi Qarabağdakı alban kilsəsi də yaşayıb. Bunu məşhur gürcü tarixçi Lord Kipianidze də öz yazılarında etiraf edib və tarixi əsərində “David Qareci”nin alban kilsəsi oluduğunu vurğulayıb. Tarixi mənbələrdə Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastrın yerləşdiyi ərazinin Səfəvilər dövlətinə məxsus olduğu da göstərilib. Monastr kompleksinin sərhəd əraziyə düşməsi isə Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir. Rusiya işğalından sonra monastr kompleksi Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əraziyə düşüb. Sovet dönəmində bu bölgü qüvvədə olub. Müstəqillik illərində sərhəd müəyyənləşdiriləndə Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əsas götürülüb. Bu da mübahisə obyektinə çevrilib. Əslində söhbət ərazidən çox abidənin taleyindən gedir. Bu, Azərbaycan üçün prinsipial məsələdi. Alban irsindən imtina ermənilərin əlinə üstünlük verəcək. Sonradan ermənilər başqa alban abidələrinə iddia edə bilərlər. Gürcüstandakı bir sıra qüvvələr millətçilik amilini qabardır, bu məsələdən bilə-bilə problem yaradırlar. Millətçi qüvvələr bundan siyasi kart kimi hakimiyyətə qarşı istifadə etməyə çalışır. Necə ki, ermənilər 80-cı illərin sonunda Topxana meşəsindən “silah” kimi yararlanıb sonda Azərbaycana ərazi iddiasında bulundular.
PFL prezidenti susmağa üstünlük verdi
Ölkə futbolunda hansısa formada Gürsüstanla bağlılığı olan yetərincə insan var. Məsələn, PFL prezidenti Ramin Musayev əslən Borçalı mahalındandı və gürcüləri çox yaxşı tanıyır. Son günlər yaşananlarla bağlı onun fikirlərini öyrənməyə çalışdıq. Ancaq nə o, nə də “Qəbələ”nin gürcü legioneri Davit Volkov başverənlərə münasibət bildirdi. Volkov klub tərəfindən danışmağa icazə verilmədiyini dedi. Musayev isə heç bir səbəb göstərmədi.
Onlardan fərqli, son iki ildə məşqçi kimi qonşu ölkədə çalışan Adil Mahmudov bunları vurğuladı: “Orda çalışdığım dönəmdə mən gürcülərin azərbaycanlılara qarşı hər hansı pis niyyətini hiss etmədim. Düzdü, Potidə çalışdığım dönəmdə yerli azarkeşlər “niyə komandanın baş məşqçisi gürcü yox, azərbaycanlı mütəxəssisdi” deyib bir qədər narazılıq bildirmişdilər. Ancaq sonradan bəlli oldu ki, onları öyrədən qüvvələr, daha doğrusu, yerli futbol adamları var. Bu günə kimi də istər klub rəhbərliyi, istərsə də futbolçular ilə isti münasibətim var. Nə Tiflisdə, nə Potidə, nə də başqa şəhərlərdə bizə pis münasibət görmüşəm. Gürcüstanda idman ictimaiyyətinin nümayəndələrinin çox böyük nüfuzu var. Belə deyək, sadə xalq onlara çox hörmət edir. İdman ictimaiyyətinin isə Azərbaycana münasibəti çox yüksəkdi. Bu gün də istər gürcü idmançılar, istərsə də hakimiyyətdə təmsil olunanlar arasında bir çox dostlarım var. Onlar da həmişə ölkəmiz haqda müsbət fikirlər səsləndirirlər. Bu məsələni qaldıranlar iki dövlət arasında dostluğun pozulmasını istəyənlərdi. İnandırım sizi, həmin şəxslərə nə torpaq, nə də monastr lazımdı, sadəcə, kimlərinsə sifarişi ilə hay-küy qaldırırlar”.
Niyə biz azərbaycanlılar həmişə haqlı olduğumuzu deməkdən çəkinmişik, nədən qorxuruq, kimdən ehtiyatlanırıq? Bir halda ki, tarixi mənbələrdə də sözügedən ərazinin Azərbaycana məxsus olduğu göstərilir, hansı səbəbdən susmalıyıq?! Bizim sayəmizdə ayaqüstə dayanan, Azərbaycanın yatırımı hesabına vətəndaşına “gün ağlayan” ölkənin prezidenti sərhədə baş çəkib, dolay yolla olsa da, ərazinin Gürcüstana məxsus olduğunu göstərməyə çalışırsa, onun cavabı vaxtında verilməlidi, özü də yüksək səviyyədə. Bu məsələdə ictimai statusundan, tutduğu vəzifədən, maddi imkanından asılı olmayaraq, hər kəs sözünü deməlidi. Vaxtında addım atılıb, qarşı tərəfin iddiasına cavab verilməsə, gec olacaq. “Arxadan atılan daş topuğa dəyər” məsələni də unutmaq olmaz. Ermənilər də məhz bu çatışmazlığımızdan istifadə edib 20 faiz torpağımızı işğal etdilər. Ayılın, cənab məmurlar, saxta vətənpərvərlər!!!
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar