10 may 14:51aktual

Futbol ictimaiyyəti yerdəyişmənin əleyhinədi

Futbol ictimaiyyəti yerdəyişmənin əleyhinədi
Ceyhun Əliyev: “Bu mövzu ətrafında ajiotajın yaranmasına səbəb görmürəm”
Rəşad Ergün: “Qaydalar nəyi tələb edirsə, o cür də olmalıdı”
Tahir Süleymanov: “İllərdi çempionatın medalları son turda təqdim edilir”

Son turun “Neftçi” – “Qarabağ” oyununun yerinin dəyişdirilməsi ətrafında müzakirələr bitmək bilmir. Məlum olduğu kimi, “ağ-qaralar”ın azarkeşləri əzəli rəqibin “Bakcell Arena”da kubok qaldırmasını istəmir. Paytaxt klubunun rəhbərliyi də bu məqamı nəzərə alaraq, Peşəkar Futbol Liqasında müraciət edib. Bütün bunlar isə böyük səs-küy doğurdu. Kimi “Neftçi” fanatlarının nəzərə alınmasını doğru saydı, kimi də mümkün dəyişikliyi qınadı. İkinci mövqeyin tərəfdarlarının daha çox olduğunu qeyd etməliyik. Bəs görəsən, futbol ictimaiyyəti bu məsələ ilə bağlı nə düşünür?
Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Məsələ həm mürəkkəbdi, həm də sadə. Sadədi ona görə ki, 10 ay davam edən mübarizədə qalib artıq müəyyənləşib. İndi qalibə verilən medal, kubokun hansı məkanda rəsmiləşəcəyi bu hadisənin detalıdı. Onsuz da tarixdə çempionluq kubokunun hansı stadionda verilməsi qalmır. Bu üzdən də bu mövzu ətrafında ajiotajın yaranmasına əsas görmürəm. Məsələnin mürəkkəb tərəfinə gəlincə, söhbət “Neftçi” azarkeşlərinin etirazından gedir. Klub rəhbərliyi də azarkeşlərinə tərəf addım atmaq istəyir ki, əlavə söz-söhbət yaranmasın. Ancaq məsələ burasındadı ki, bütün hallarda qızıl medallar “Qarabağ”a təqdim olunacaq... Maraqlı mövsüm izlədik. Sonda daha hazırlıqlı, daha soyuqqanlı “Qarabağ” qalib gəldi. Bir də ki, çempionluğun taleyi son tura qalsaydı və həmin matçda ağdamlılar sərfəli nəticə əldə etsəydi, təltifat mərasimi yenə “Bakcell Arena”da baş tutacaqdı. Bu üzdən də tərəfləri təmkinli olmağa çağırmaq lazımdı. Çempion titulu bir dənədi, bu idman mübarizəsidi. Heç istəməzdim ki, bir sıra Avropa ölkələrində gördüyümüz mənfi hadisələr bizim tribunalara da daşınsın. Vaxtilə Moskva “Spartak”ı ardıcıl 10 il çempion olduqdan sonra 15 il qızıl medallara həsrət qaldı və yalnız 2016/17 mövsümündə ölkənin “1 nömrə”si oldu. İstənilən komandanın tarixində yüksəliş dövrü də olur, tənəzzül zamanı da”.
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Neftçi” mövsüm ərzində uzun zaman lider olub, sonda çempionluğu "Qarabağ"a təhvil verməklə, belə desək, etiraz, söz haqqını da itirib. İndi durub "burda oynamıram, orda oynayıram" deməklə iş olmur. Çempionatı onsuz da uşaq baxçasına çeviriblər. Siz heç İngiltərə, İspaniya, İtaliya, Almaniya kimi ciddi çempionatlarda mövsüm ərzində oyunların vaxtının, məkanının dəyişdirildiyini görmüsüz? Görməzsiz. Amma bizdə bu, mövsüm ərzində dəfələrlə olur. Çünki qeyri-ciddi adamların rəhbərlik etdiyi qeyri-ciddi çempionat keçirilir. Qaydalar nəyi tələb edirsə, o cür də olmalıdı. "Neftçi"nin etirazına, "Qarabağ"ın israrına, nə bilim, birinin onu, başqasının bunu istəməsinə baxmayaraq”.
Tahir Süleymanov (sabiq FİFA referisi, futbol funksioneri): “Məsələnin bu şəkildə gündəmə gətirilməsi doğru deyil. Fikir verin, bunu istəyən tək tərəf var – özünü qorumaq istəyən "Neftçi" rəhbərliyi. Onlara klub maraqlı deyil, özlərini düşünürlər. Çempionatın son turudu. Hər bir məsələyə qanun çərçivəsində, Əsasnaməyə, təqvimə uyğun baxılmalı, təhlil edilməlidi. "Neftçi" - "Qarabağ" oyununun məkanı aylar öncə bilinirdi. Eyni zamanda illərdi çempionatın medalları son turda təqdim edilir. Elə ötən mövsüm də belə olub. Burda nəsə axtarmaq yersizdi. "Neftçi" özü vaxtilə bizim dönəmdə indiki arenada çempionluğunu qeyd edib, qızıl medallarını alıb, kubok təqdim edilib. "Neftçi" böyük klubdu. Böyük klubun böyüklüyü hər zaman qorunub saxlanılmalıdı. Necə ki, bu ruhu fanatlar, azarkeşlər nəticələrdən asılı olmayaraq, uzun illərdi qoruyub saxlayırlar. Çempionat uzun marafondu. Klub strategiyası səhər yuxudan ayılıb həll edilmir, vaxtında, zamanında klub rəhbərliyi tərəfindən nizamlanır, nəticələr təmin edilir. Eyni stadiondu, hər oyundan sonra "podval"da, paltardəyişmə otağında eyforiyaya qapılıb "uşaq baxçası" kimi fotosessiyalar təşkil edilirdi, indi stadiona getmək istəmirlər. "Neftçi" Moskvada düşmən "Pünik"i diz çökdürüb, sonradan düşmənlər meydana çıxmaqdan qorxublar. Cənubi Kiprdə erməni bayraqları dalğalanan azğınlaşmış stadionda APOEL üzərində tarixi qələbə qazanılıb, qrup yolu açılıb. Təsəvvür edin, indi Bakının mərkəzində "ev"ə getmək istəməyənlər o zamanlar "Neftçi"yə rəhbərlik etsəydilər, nələr baş verərdi?! Nəinki tarixi zəfərlər, Tanrı "Neftçi"ni böyük bəlalardan, biabırçılıqlardan hifz edib. "Neftçi" rəhbərliyinin indiki addımı atmasının bir səbəbi var: fanatların, azarkeşlərin haqlı iradlarından çəkinmək, "Neftçi"ni deyil, öz kreslolarını minimum bir mövsüm də qorumaq. "Neftçi"nin layiqli tərəfdarlarının qarşısına nəticələrlə çıxmaq lazımdı. Ötən mövsüm "Neftçi" fanatlarının getmədiyi "Azərsun Arena"da boyunlarını büküb bəh-bəhlə "bürünc" alanda, bu günü də bilməliydilər. "Neftçi" böyüklüyünü dərk etməyənlər "Neftçi" əzəmətini bilməz! Bu addımın adı birmənalı olaraq qorxaqlıq təşəkkürüdü. Qorxaqlar isə çempionluq yaşamır... Təhlükəsizliklə bağlı uydurmalara gəlincə, hər bir klub çempionatdan öncə təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq orqanlarla müqavilələr bağlayıb zəmanət məktubu təqdim edirlər. Bu, birbaşa lisenziyalaşdırma tələblərindən biridi. Nə demək istəyirlər, "Neftçi" kimi klub tələblərə cavab vermir?! Bəs çempionatda necə çıxış edirdilər?! "Neftçi" hər zaman öz dəyərli azarkeşləri ilə yerindədi. "Neftçi" heç yerə getməməlidi, "Neftçi"ni bu vəziyyətə salanlar birdəfəlik getməlidi. Məkan dəyişilsə belə, bu addım naşı klub rəhbərliyinin çempionatda, kubokda məğlub olmalarına əlavə, psixoloji, daha ağır bir damğa olacaq. Futbolu bilməklə yanaşı, "Neftçi" kimi böyük klubu böyük ürək sahibi olan cəsarətlilər zirvələrə apara bilər”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar