03 apr 13:53aktual, manset

Urvatsız yubileyiniz mübarək!

Urvatsız yubileyiniz mübarək!
Gizli saxlanılan tədbirdən ilginc məqamlar

“Neftçi”nin 80 illiyinə həsr olunmuş növbəti tədbir, məlum olduğu kimi, Bakı Əyləncə Mərkəzində baş tutdu. Martın 30-da saat 14.00-da başlayan məclisdə jurnalistlərin iştirak etmədiyini bilirsiz. Daha dəqiq desək, klub rəhbərliyi buna ehtiyac duymamışdı. Ki, mətbuat olan yerdə məclisin dadı-duzu olmur. Ki, qonaqların istirahət etməsinə imkan vermərik. Ki, gözlənilən xoşagəlməz halları işıqlandırıb, ictimaiyyətin diqqətinə çatdırarıq. Sanki restoranın içərisinə daxil olmadan heç bir məlumat ala bilməyəcəkdik, hər şey gizli saxlanılacaqdı. Mətbuatın hansı bacarığa sahib olduğunu dərk etməyənlər bu dəfə də başlarını içəri soxub quyruqlarını çöldə qoydu. Nikolay Boqdanovla, yaxud Yuri Romenski ilə görüşüb söhbətləşmək, tarixi vərəqləmək, gənc nəsli keçmiş xatirələrdən xəbərdar etmək arzumuz gözümüzdə qaldı. Təm-təraqlı tədbir keçirmək istəyənlərin arzusu gözündə qalan kimi.
Əvvəla ondan başlayaq ki, ölkə futbolunun, lap elə idmanının üzdə olan simaları, yəni rəhbərləri yığıncaqda iştirak etmədi. Nə AFFA-nın prezidenti Rövnəq Abdullayev, nə baş katib Elxan Məmmədov, nə vitse-prezident Elşad Nəsirov, nə gənclər və idman naziri Azad Rəhimov, nə də PFL başqanı Ramin Musayev. Adı çəkilən vəzifə sahiblərinin hər biri ayrı-ayrılıqda yığıncağa dəvətli idi. Amma aralarında bir nəfər də olsun, ayağını BƏM-in qapısından içəri basmadı. Biri ayağının ağrıdığını dedi, bir başqası ölkə xaricində olduğunu, kimisi də işlərinin çoxluğunu əsas gətirdi. Adama deyərlər, iş günü iş saatında tədbir olar? Jurnalistlərin restoranda görünməsini istəməyənlərin qarşısını kəsən də bu idi. Yəni Rövnəq Abdullayev, Azad Rəhimov, Elşad Nəsirov olan məclisdə qələm əhli boş dayanmaz, hərəsi əlinə bir diktofon alıb düşər “yekələr”in canına. Bu da onların xoşuna gəlməz. Nəticə nə oldu? Yubileyi özləri üçün etdilər. 30-40 futbol veteranı və hazırda klubda çalışanlar. Yeyib-içib, deyib-gülüb, əyləndilər. Adi günlərdə necə, bu dəfə də elə. Sadəcə, məkanın adı bu dəfə cəlbedici idi.
Tədbiri urvatsız edən tək bu fakt olsa, nə dərd? İştirak etməyənlər təkcə nazir, yaxud qurum rəhbərləri olmayıb. Belə ki, “Neftçi”nin keçmiş prezidentlərinin hər birinə - Aydın İbrahimov, Əkbər Hacıyev və Sadıq Sadıqova da dəvətnamə göndərilibmiş. Lakin onlar da yubileydə görünməyib. Hacıyevlə İbrahimovun dövrünü o qədər də uğurlu adlandırmaq olmaz. Həm də heç biri ilə əlaqə saxlamaq imkanımız olmadı. Amma söhbət Sadıq Sadıqovdan, yəni son illərdə qazanılan uğurların – ardıcıl üç çempionluq, iki ölkə kuboku və Avroliqanın qrup mərhələsinə vəsiqə - memarından gedirsə, bu özlüyündə kifayət qədər maraqlı məqamdı. Həmin Sadıq Sadıqov ki, Müşahidə Şurası yaradılandan sonra şurada üzv kimi görünmüş, lakin çox keçmədən Cüdo Federasiyasına vitse-prezident təyin olunmuşdu. Görünür, Sadıqov da min bir əziyyətlə uğurlara daşıdığı klubun, komandanın hazırki durumu ilə barışa bilmir. Tədbirdə iştirak etməməsi də küskünlük əlaməti imiş. Amma yox. Dünən özü ilə danışmaq cəhdimiz boşa çıxsa da (dəstəyi qaldırmadı), Cüdo Federasiyasının mətbuat katibi, həm də vaxtilə “Neftçi”də Sadıq Sadıqovun müşaviri kimi çalışmış Elnur Əşrəfoğlu ilə söhbətdə əsl səbəbi öyrənə bildik: “Tədbirdən bir gün əvvəl – martın 29-da federasiyaya Sadıq Sadıqovun adına dəvətnamə göndərilmişdi. Lakin Sadıqov artıq həmin vaxt ölkədə deyildi. Bildiyiniz kimi, Tiflisdə cüdo üzrə beynəlxalq “Qran-pri” keçirilir. Artıq bu gün (dünən) turnirə start verilib. Komanda üzvləri Gürcüstana bir neçə gün öncədən yollanmışdı, o cümlədən Sadıq Sadıqov. İslam Həmrəyliyi Oyunları ilə əlaqədar təqvim planı olduqca sıxdı. Odu ki, vitse-prezident hazırda kifayət qədər məşğuldu. Hətta bununla bağlı “Neftçi” rəsmilərinə öncədən məlumat vermişdim”.
Hələ bu harasıdı?! “Neftçi” rəhbərlərinin yubileydə iştirakına məsləhət görmədiyi Eduard Markarov da yad edilib. Belə ki, söhbət 1966-cı ildəki “bürünc”dən düşəndə ağla gələn soyad Markarov olub. Onun Bakıya dəvət olunmaması ölkə xaricində yaşayan veteranlar tərəfindən xoş qarşılanmayıb. “Kaş Eduard da yanımızda olaydı” deyib təəssüflənən ağsaqqallar əsəblərini sakitləşdirmək yolunu erməninin sağlığına badə qaldırmaqda tapıb. Masadakılar Markarovun şəninə bir-bir xoş sözlər səsləndirəndən sonra onunla telefon bağlantısı qurmağa cəhd olunub. Yubileyə dəvət olunmamasından xəbər tutan Markarov da öz növbəsində dəstəyi qaldırmayıb. Və beləcə erməninin səsinin BƏM-in zalını bürüməsi arzu olaraq ürəklərdə qalıb.
“Neftçi” rəsmilərinin də dediyi kimi, yubiley tədbirləri davam edəcək. Çox güman, bundan sonra da hansısa ideyalar olacaq, təkliflər həyata keçiriləcək. Amma 80 yaşlı kluba rəhbərlik edənlər, əsas söz sahibi olanlar bəzi detallara xüsusi diqqət yetirməlidi. Məsələn, hansısa yığıncaq üçün dəvətnamə bir gün yox, bir həftə əvvəldən paylanır. Yəni camaat işini ona görə qursun, çətin vəziyyətdə vaxt məhdudiyyətini bəhanə edə bilməsin. Göndərilən məktubda icraçı direktor Orxan Hüseynzadənin yox, Çingiz Abdullayevin adı yazılmalıdı. Ola bilər, klubda əsas söz sahibi Hüseynzadədi, Abdullayev, sadəcə, müşahidə etməklə məşğuldu. Amma belə məsələlərdə ad-san, sanbal əsas tutulur. Öz aramızdı, Orxan Hüseynzadə hara, Çingiz Abdullayev hara? Jurnalistləri məclisə dəvət etməmək öz işləridi, heç dünəndən çağırmasınlar. Amma Bakıya gələn Nikolay Boqdanov, Yuri Romenski, Nikolay Smolnikov, Vitali Şevçenko, Rafiq Əlizadə kimi korifeylərin mətbuatla, dolayı yolla həm də ictimaiyyətlə ünsiyyətdə olması olduqca vacibdi. Stadionda içkili vəziyyətdə yox, ayıq başla hansısa çay masası arxasında. Yoxsa veteranların Bakıya dəvət olunması indiki rəhbərliyin özünüreklam planı idi? Hər halda, kənardan belə görünür. Başqa cür olsaydı, “Neftçi”nin tarixində iz qoyanları restorana aparıb, ordan da kefi kök halda stadiona gətirməzdilər. Klub saytında bəytərifi tipli açıqlamalar yerləşdirməklə iş bitmir, cənablar. O veteranlar sizin deyil, o veteranlar xalqındı. Zəhmət çəkib mətbuat nümayəndələri ilə görüşdürməli, tarixi vərəqləmələrinə şərait yaratmalıydız. Yubileydən xatirə həmin müsahibələr, onların dedikləri qalmalıydı, tədbirdə boşalan araq şüşələri yox. Biz təklif etməkdən yorulduq. Bir dəfə də siz ağlınızı işlədin. Məsələn, tədbirdən bir saat əvvəl həmin veteranlarla jurnalistləri görüşdürmək olardı. Kafe-restoran lazım deyil, bazada, lap elə küçənin ortasında. Məclisdə söz demək imkanımız olmasa da, qəzet vasitəsiylə təbrik edə bilirik: urvatsız yubileyiniz mübarək!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar