05 may 17:35aktual

Ramil Şeydayev mövsümün sonunu gözləyir

Ramil Şeydayev mövsümün sonunu gözləyir
“Əvvəllər də dediyim kimi, buna görə peşman deyiləm”
Yığmanın və “Krılya Sovetov”un forvardı Ramil Şeydayev “Zenit”lə matçdan sonra “Sovetski sport” nəşrinin əməkdaşının suallarını cavablayıb. Xatırladaq ki, Şeydayev 2:4 hesabı ilə uduzduqları oyunda məhsuldar ötürmə verməklə yanaşı, meydan qovulub. Hücumçu rus həmkarımızla söhbətdə matçla bağlı təəssüratını bölüşüb.
- "Zenit"ə uduzmağınızda həlledici məqam nə oldu?
- Biz oyunu ilk 30 dəqiqədə uduzduq. 0:3 hesabından sonra oyuna qayıtmaq çox çətindi. "Zenit" hətta daha bir qol vura bilərdi. Amma məğlubiyyəti məntiqəuyğun saymıram. İki qol vurduq, hesabı bərabərləşdirə də bilərdik. Ancaq yekun nəticə xeyrimizə olmadı. Unutmalı və növbəti oyunu düşünməliyik.
- Oyunun startı sizin üçün niyə uğursuz alındı?
- Dəqiq cavab vermək çətindi. Yəqin ki, matça yaxşı köklənə bilmədik və uğursuz start götürdük. Belə oyunlarda bu cür səhvlər bağışlanılmır. "Zenit" təəccübləndirdimi? Xeyr. Biz onların aqressiv oyununa hazırlaşmışdıq. "Zenit" yaxşı çıxış etdi. Ancaq hadisələrin bu cür cərəyan etməsində özümüz günahkarıq.
- Amma 0:3-ü 2:3-ə çevirməyi bacarmışdız. Az qala alınacaqdı...
- Hesab 0:3 olanda komandamız rahat idi, itirəcək heç nəyimiz qalmamışdı. Bu üzdən rahat oynamağa başladıq. Bundan sonra boşluqları doldurduq, hücuma atıldıq. Ancaq yenə bir az şanssız idik. Bir epizodda hakim penalti də verə bilərdi. Təəssüf ki, cəhdlərimiz bir nəticə vermədi və mən də qırmızı vərəqə alaraq komandamın işini çətinləşdirdim.
- Baş məşqçi Miodraq Bojoviç fasilədə sizə nə dedi?
- Baş məşqçi oyunun əvvəlini unutmağımızı istədi. Bildirdi ki, "Zenit"lə başabaş mübarizə apara bilərik. Onu da əlavə etdi ki, ikinci hissəyə daha inamlı başlamaq lazımdı. Təəssüf ki, xal almaq mümkün olmadı. Oyunun startını nəzərə almasaq, biz buna layiq deyildik.
- Qırılma anlarından biri sənin qırmızı vərəqə almağın oldu. İlk sarı vərəqə epizodunda nə baş verdi?
- Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.
- Bəs ikinci sarı vərəqə?
- Orda texniki səhvə yol verdim. Topun uzağa getməsinə imkan verdim və axıra qədər mübarizə aparmaq qərarına gəldim.
- Bojoviç də mətbuat konfransında "emosiya" sözünü işlətdi. Baş məşqçi sizə nəsə dedimi?
- Xeyr. Komanda çox məyus idi və heç kim mənə etiraz bildirmədi. Hələ oyunun təhlili olmayıb. Fikrimcə, həmin anı müzakirə edəcəyik. Baş məşqçi bundan sonrakı turlarda maksimum xal toplamalı olduğumuzu bildirdi. Vurğuladı ki, "Zenit"lə matçı unutmalı və "Ufa" ilə görüşə köklənməliyik.
- "Zenit"i necə gördüz? Bu komanda çempionluğa layiqdi?
- Rusiya çempionatına liderlik etməyə layiq olan yaxşı komandadı. Ən dolğun futbolu "Zenit" və "Krasnodar" göstərir. Məncə, "Zenit"in çempionluğu ədalətli olar.
- Premyer- liqa klubunda əsas heyətdə çıxış edirsən, mətbuatla münasibətiniz yaxşıdı və Azərbaycan millisinin heyətində qol vurmusan. Hadisələrin axarından məmnunsan?
- Belə deməzdim.
- Niyə?
- Turnir cədvəlindəki mövqeyimizlə azarkeşləri üzürük. Bizim çox yaxşı komandamız, əla futbolçularımız var. Bu üzdən ən yaxşısını gözləmək üçün hər cür səbəb var. İndi əsas hədəfimiz mövsümü major notda bitirmək və azarkeşləri razı salmaqdı. Özüm haqda belə deyərdim: bu mənim maksimumum deyil. Daha yaxşı olmaq üçün çox çalışmalıyam.
- "Zenit"də oynamağa davam etsəydin, nələr olardı?
- "Zenit" mənim doğma komandamdı, evimdi. Ancaq geri baxmaq məntiqli deyil.
- "Zenit"dən ayrılmağına və vətəndaşlığını dəyişdiyinə pemansan?
- Əvvəllər də dediyim kimi, buna görə peşman deyiləm. Çox qiymətli təcrübə qazandım, hər şey yaxşıdı.
- Azərbaycan millisində də artıq qol vurursan...
- Komandam qalib gəldiyi zaman mən də müsbət emosiyalar alıram. Ancaq vurduğum qol yığmama qələbə qazandırmadı. Avropa çempionatının seçmə mərhələsində çox güclü qrupa düşmüşük. Amma Macarıstan Xorvatiyanı məğlub etdi, biz dünya çempionatının vitse-çempionundan az qala xal alacaqdıq. AÇ-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmamalıyıq. Bu üzdən bütün matçlarda qələbə qazanmağa çalışırıq.
- "Krılya Sovetov"la müqavilə müddəti mövsümün sonuna qədərdi. Gələcəklə bağlı planların nədi?
- Açığı, bu barədə hələ düşünməmişəm. Çünki hamımız yalnız mövsümün son matçlarına köklənmişik. Mövsüm bitsin, sonra bir qərar verərik.
- "Zenit"dən “yuvaya” qayıtmaq təklifi alsan, bu səni sevindirər?
- Bəli.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar