Bosniya və Hersoqovina çempionatında çıxış edən Amit Quluzadənin işləri qaydasında getmir. Əslində legionerimizlə bağlı “çıxış edir”, “mübarizə aparır” söz birləşmələrini işlətmək o qədər də doğru deyil. Çünki Quluzadə “Çelik”lə anlaşdıqdan sonra heç bir oyunda şans qazanmayıb. Təbii, bu, futbolçunun klubdakı durumunun yaxşı olmamasından xəbər verir. Əks halda, əsas heyətdə olmasa belə, Amitə müəyyən qədər oynamaq imkanı qazandırmaq olardı. Hətta “Çelik” ardıcıl 4 oyunda qələbə qazanmadığı (2 məğlubiyyət, 2 heç-heçə) vaxtda da baş məşqçi inadından dönmədi. Əlbəttə, legioner kimi transfer olunan futbolçunun bir dəqiqə belə şans qazanmaması normal bir şey deyil.
Amit bugünlərdə mətbuata açıqlamasında klubda problemlər yaşadığını, “Çelik”dən ayrılmaq istədiyini dilə gətirib. Odu ki, dünən özü ilə danışmaq qərarına gəldik.
(yazı tam halda qəzetin çap varinatında)
FARİZ