01 may 16:15aktual

Final üçün ölkəmizə 15 min bilet ayrılıb

Final üçün ölkəmizə 15 min bilet ayrılıb
Elxan Məmmədov: “Təkcə pivəylə bütün xərclər bağlanacaq”
AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın məşhur "Sovetski sport" qəzetinə müsahibə verib. Baş katib mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalı, gələn ilin yayında paytaxtımızda baş tutacaq AÇ-2020-nin 4 matçı, həmçinin millinin şərəfini qorumaqdan imtina edən soydaşlarımız haqda fikirlərini bölüşüb.
- Yalnız mayın 9-dan sonra Bakıya gələcək finalçılar müəyyənləşəcək. Hələlik "pasyans"da iki İngiltərə komandası - "Çelsi" və "Arsenal", Almaniya "Ayntraxt"ı və İspaniya "Valensiya"sı var. Bakı kimləri görmək istəyərdi?
- Şəxsən mən ingilis - alman finalını arzulayıram. Bildiyiniz kimi, 1966-cı ildə baş tutan dünya çempionatının finalına bizim insanlar birbaşa bağlıdılar. Həmin matçın yaxn xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Tarixdən də məlum olduğu kimi, onun qərarı ingilislərə dünya çempionatlarının yeganə qızıl medalını qazandırıb.
- Həmin xəyali qol tez-tez xatırlanır. Ancaq bugünkü azarkeşlər - hansı ki, final üçün gələcəklər - həmin görüşdə yaşananları o qədər də yaxşı xatırlamırlar...
- Məncə, xatırlayırlar. Hətta azarkeşlər üçün "Tofiq Bəhramov" xüsusi guşəsi hazırlayacağıq və onları hakimin şəhərdəki abidəsini ziyarət etməyə aparacağıq.
- Bakı artıq beynəlxalq yarışların təşkili baxımından böyük təcrübəyə malikdi. Ancaq bu səviyyədə futbol yarışı olmayıb. Bir il sonra isə Bakıda AÇ-2020-nin 4 oyunu keçiriləcək.
- Əlbəttə, şanslıyıq ki, bir il əvvəl Rusiyada böyük futbol bayramı oldu. Həmin vaxt çox şey öyrəndik. Mütəxəssislərimiz, o cümlədən yarışın təşçilatçıları və təhlükəsizliyin təminatçıları hər şeyi yerində görmək üçün dünya çempionatı vaxtı Moskva və Sankt-Peterburqdakı bütün oyunlarda oldular. Bu, sadəcə, nümunəvi təşkil olunan bir turnir idi. Sizdə 64 oyun keçirilmişdisə, burda 1 görüş baş tutacaq, ancaq digər miqyasda. Ümid edirəm ki, öhdəsindən gələcəyik.
- Ümumilikdə nə qədər azarkeşin gələcəyi barədə təxmini anlayış var?
- UEFA martda onlayn satışı elan etdiyi zaman dərhal 21 min bilet dağıdıldı. Xüsusi qeyd edim ki, bu hələ martda olmuşdu və həmin vaxt heç yarımfinalçılar bilinmirdi. İnsanlar onlayn şəkildə bilet alıblar. Çünki onlar Bakıya gəlmək istəyirlər.
- Biletlərin qalan hissəsi necə paylanacaq? Stadionda 64 mindən çox oturacaq var...
- UEFA ilə razılığa əsasən 15 min bilet yerli auditoriyaya satılacaq. 10 min bilet finala çıxacaq hər bir komandanın azarkeşləri üçün nəzərdə tutulub. Əminəm ki, stadion tam dolacaq və turistlər əsl futbol bayramını yaşamaq üçün bura gələcəklər. Təxminən bir ay əvvəl fan-zonanı genişləndirmək üçün prinsipial qərar qəbul etdik. Bütün infrastruktur hazırdı. Stadion 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa Oyunları üçün tikilmişdi. Yeni, rahat və müasirdi. Hər şeyə hazırıq, bizə yalnız mayın 9-nu gözləmək qalır.
- İqtisadi baxımdan finalda kimləri görmək daha sərfəlidi?
- Əlbəttə, ingilisləri. Təkcə pivəylə bütün xərclər bağlanacaq.
- Bəs AÇ-2020-dəki 4 oyun üçün?
- Bu barədə iyunun 1-dən düşünməyə başlayacağıq. Həmin vaxt AÇ-2020-nin Əməliyyat Komitəsi işə start verəcək. Bakıda qrup mərhələsinin oyunları gələn il iyunun 13-ü, 17-si və 21-də keçiriləcək. İyulun 4-də isə 1/4 final görüşü təşkil olunacaq. Bayram uzun müddət davam edəcək. Azərbaycan millisi iştirak edə bilməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik.
- "Formula-1" yarışının vaxtını AÇ-2020-nin oyunları ilə birləşdirmək ideyası var...
- Çox mürəkkəb andı. Bu yarışların tam fərqli azarkeşləri var. "Formula-1"in 2020-ci il üçün hələ ki təqvimi yoxdu. İlkin qərar yayda veriləcək. Görək, necə edəcəyik ki, hər şey münaqişəsiz ötüşsün.
- Azərbaycanla Rusiya yığmasını seçmək hüququ olan və Rusiyanı üstün tutan futbolçulara satqın gözü ilə baxılmır?
- Yox, qətiyyən. İnsan öz karyerası ilə məşğuldu. Karyerası baxımından bu yaxşı olacaqsa, hər şey qaydasındadı. Aleksandr Səmədova eyham vurursuzsa, onunla ideal münasibətlərimiz var. O, Avropa Liqası finalının səfiridi. Yeri gəlmişkən, mayın 29-da mütləq Bakıya gələcək.
- Azərbaycanda futbol hazırda hansı səviyyədədi? Populyardı?
- Bəli, populyardı. Amma nəticə baxımından güləşdən geri qalır.
- Futbolunuzda nə çatmır?
- Problem futbolçuların evdən kənara çıxmaq istəməməsidi. Hava yaxşıdı, hər şey ürəklərincədi - bu üzdən də getmirlər. Ancaq inkişaf üçün ölkə xaricinə yollanmaq lazımdı.
- Aleksandr Kokorin və Pavel Mamayev kimi ərköyündülər?
- Bizdə belə şey olmayıb. Elə Kokorinlə Mamayevə də toxunsaq, düşünürəm ki, bu, tək-tük haldı. Bu münaqişəyə görə Rusiya futbolu barədə hansısa qənaətə gəlmək heç kimin fikrində yoxdu.
- Deməzdik ki, tək-tük haldı. Axı Ayaz Quliyev tarixçəsi də var...
- Onun atasını tanıyıram, bir müddət öncə görüşmüşdük, söhbətimiz olmuşdu. Ayaz Rusiya ilə taleyini bağlamış daha bir insandı. Ona uğurlar arzulayırıq. Bizim qapımız isə onun üzünə daim açıqdı. Ancaq hər zaman yadda saxlamaq lazımdı ki, emosional addım atmaq olmaz.
- Azərbaycan çempionatında limit var?
- Bəli, bu, sizdəki limitdən daha sərtdi. 6 əcnəbi və 5 yerli...
- Rusiyada da belədi!
- Xeyr, bizdə bir nüans da var: meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Klublar, məşqçilər, funksionerlər buna qarşı çıxırlar. Ancaq bizdə bu qayda tətbiq edilməkdədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar