30 apr 02:10aktual

Nazarovla Nəbiyev komandalarına qələbə qazandırdılar

Nazarovla Nəbiyev komandalarına qələbə qazandırdılar
Yığmamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Rusiya premyer-liqasında növbəti oyununu keçirib. Samara təmsilçisi dünən 26-cı turda səfərdə lider “Zenit”in qonağı olub. Qarşılaşma Şeydayevin komandasının 2:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyuna start heyətində başlayan Ramil üçün hissələr fərqli alınıb. Belə ki, 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalan hücumçu komanda yoldaşı Sergey Tkaçukun fərqlənməsinə şərait yaradıb. 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub. Bu, onun cari mövsümdən çıxış etdiyi komandasında, ümumiyyətlə, Rusiya çempionatında ilk belə ağır cəzasıdı. Maraqlıdı ki, 22 yaşlı forvard məhz "Zenit"in yetirməsi kimi bu komandanın heyətində premyer-liqada debüt edib. "Krılya Sovetov" 27 xalla 13-cü yerdədi.
Almaniyanın 2-ci bundesliqasında 31-ci turun qarşılaşmaları baş tutub. Dmitri Nazarovun formasını geydiyi “Ertsgebirge” doğma meydanda “Bohum”la qarşılaşıb. Aue təmsilçisi minimal fərqlə (3:2) qalib gəlib. Nazarov 75-ci dəqiqədə mübarizəyə qoşulub. Komandasının qələbə qolunu da yarımmüdafiəçi vurub. Yığma üzvü 90+4-cü dəqiqədə penaltidən dəqiq yararlanmaqla matçın yekun nəticəsini müəyyənləşdirib. “Ertsgebirge” 36 xalla turnir cədvəlində 13-cü yerdədi.
Almaniya 3-cü liqasının 35-ci turunda Rüfət Dadaşovlu “Proyssen” Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşıb. Münster klubu bu oyunda 1 xal qazanıb - 3:3. Rüfət start heyətində yer alıb və sonadək oynayıb. Komandasının vurduğu ilk iki qolun məhsuldar ötürməsini məhz yığmamızın üzvü verib. "Proyssen" 35 turdan sonra 49 xalla 6-cı pillədədi.
Latviya çempionatında 9-cu turun oyunları keçirilib. Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geydiyi “Dauqavpils” səfərdə “Yelqava” ilə üz-üzə gəlib. Qonaqlar minimal hesabla (0:1) məğlub olub. Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətində meydana çıxıblar və sonadək mübarizə aparıblar. Elvinin adı isə, ümumiyyətlə, bu matçın iştirak ərizəsinə daxil edilməyib. Cari mövsüm vurduğu 5 qolla Latviya çempionatının bombardiri olan Əsgərov bu dəfə fərqlənə bilməyib. “Dauqavpils” hazırda 10 xalla 6-cı pillədə qərarlaşıb.
Ozancan Kökçünün şərəfini qoruduğu “Girəsunspor” Türkiyənin 1-ci liqasının 31-ci turu çərçivəsində “Qazişəhər Qaziantep”in qonağı olub. Matçda məhsuldar heç-heçə qeydə alınıb - 2:2. Ozancan ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. O, komandasının vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi də olub. 30 xala malik “Girəsunspor” hazırda 15-ci pillədə qərarlaşıb.
Qazaxıstan çempionatının 7-ci turunda Emil Balayevli “Tobol” səfərdə lider “Astana” ilə qarşılaşıb. Hansı ki, bu komandanı “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. Kostanay təmsilçisi 1:2 hesablı məğlubiyyətə üzülüb. 90 dəqiqə meydanda olan Emil elə məhz 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Balayevin xüsusən ilk qolda səhvə yol verdiyini qeyd etməliyik. Düzdü, hesab bərabər olanda bir dəfə əla reaksiya ilə diqqət mərkəzinə düşüb. Lakin ikinci qolda da zərbəyə bir qədər gec reaksiya verməsi diqqəti şəkir. Ötən tur ilk xal itkisi ilə üzləşən, bu turda isə ilk məğlubiyyətini alan “Tobol” hazırda 16 xalla 2-ci yerdədi.
Hollandiyanın ikinci liqasında 37-ci turun qarşılaşmaları baş tutub. U-21-in üzvü Ziya Əzizovun məxsus olduğu “Neymegen” doğma meydanda “Tvente” ilə qarşılaşıb və böyükhesablı (4:0) qələbə qazanıb. Ziyanın adı bu dəfə də qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Geridə qalan turlarda 57 xal toplayan “Neymegen” 8-ci pillədən "boylanır".
Çexiyanın gənclər liqasında pley-off mərhələsinin 5-ci turunun oyunları reallaşıb. Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” səfərdə “Karvina”nın qonağı olub. Hesabı 4-cü dəqiqədə Fərid açıb. “Karvina” fasiləyə qədər iki qol vuraraq üstünlük əldə edib. “Slaviya” 50-ci dəqiqədə "status-kvo"nu bərpa edib. Matçda yekun hesabı millimizin üzvü müəyyənləşdirib. Nəbiyev 76-cı dəqiqədə “Slaviya”ya qələbə qazandıran qolun müəllifi olub - 3:2. Qeyd edək ki, Nəbiyev bu mövsüm vurduğu qolların sayını 19-a çatdırıb. 19 yaşlı futbolçu həm pley-off mərhələsinin, həm də çempionatın bombardiridi. “Slaviya”nın U-21 komandası isə hazırda 10 xalla 10 komanda arasında ikincidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar