28 apr 17:46aktual

PFL təftiş etdi: Naxçıvan kubokun finalına hazırdı!

PFL təftiş etdi: Naxçıvan kubokun finalına hazırdı!
Heydər Əliyevin xatirə turnirinə Türkiyə klubunun qatılması gözlənilir
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası (PFL) ölkə kubokunun finalını Naxçıvanda keçirmək qərarına gəlib. Beləliklə, ikinci dəfə bu önəmli görüş Muxtar Respublikada baş tutacaq. Hər nə qədər klublar bu qərara isti yanaşmasa da, çempionatın təşkilatçısı ən uyğun variantın Naxçıvan şəhər stadionu olduğu qənaətinə gəldi. Kubokun finalına vaxt az qalıb. Deməli, təşkilatçılıqla bağlı məsələlərin həllinə ehtiyac var. Elə bu üzdən PFL-in prezidenti Ramin Musayev, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və departamentin digər əməkdaşı Elgiz Abbasov bugünlərdə Naxçıvana səfər ediblər.
Dünən Bakıya qayıdış ərəfəsində Aslan bəylə əlaqə saxlayıb, final qarşılaşmasının keçiriləcəyi arena barədə məlumat aldıq: “Kubokun final qarşılaşmasının keçiriləcəyi arenanın meydanının ot örtüyü çox yaxşı vəziyyətdədi. Adətən, təbii örtüklü meydanlarda qapıçı meydançasının qarşısında ot seyrək olur. Ancaq Naxçıvan stadionunda bu yöndə problemlə üzləşmədik. Tam əminliklə demək olar ki, meydan final qarşılaşmasına tam hazırdı. Müəyyən çatışmazlıqlar var ki, Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarovla görüşdə onları qeyd etdik və bizə bildirdilər ki, bu məsələlər də final oyununa kimi aradan qaldırılacaq. Çatışmazlıq deyəndə ayrıca şərhçi otağının və media sektorun olmamasını nəzərdə tuturam. Mətbuat işçiləri üçün yer nəzərdə tutulub. Ancaq biz daha yaxşı şəraitin olmasını istəyirik. Qeyd etdiyim kimi, Muxtar Respublikanın gənclər və idman naziri belə xırda çatışmazlıqların da həll olunacağını bizə söz verdi. Bundan başqa, mətbuat konfransının keçiriləcəyi məkanı, paltardəyişmə otaqlarını da gözdən keçirdik. Bu yöndə hər şey qaydasındadı. Final qarşılaşmasının hansı saatda keçiriləcəyi hələ müəyyənləşməyib. İlkin versiya kimi saat 16.00 planlaşdırılsa da, dəyişiklik ola bilər. Çalışacağıq final görüşü maksimum gec başlasın. Oyun saat 16.30-da, 17.00-da və ya 18.00-da da başlaya bilər. Həmin gün üçün hava şəraiti, havanın qaralma vaxtı da nəzərə alınacaq. Bilirsiz ki, kubokun finalı penalti vuruşlarına qədər davam edə bilər. Bu üzdən heç bir nüansı gözdən qaçırmamağa çalışırıq”.
Artıq neçə ildi ki, mövsümün sonunda Naxçıvanda Heydər Əliyevin xatirəsinə futbol turniri keçirilir. Bu il də istisna olmayacaq. Bu haqda da bilgini PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərindən aldıq. Şahgəldiyev ötən illərdən fərqli, bu dəfə turnirə Türkiyə klubunun qatılmaq perspektivinin olduğunu da bildirdi: “Muxtar Respublikanın rəsmiləri ilə görüşdə belə qərara gəldik ki, ulu öndərin xatirəsinə həsr olunan turnir ölkə kubokunun finalından sonra keçirilsin. Bildiyiniz kimi, bu yarış artıq neçə ildi təşkil olunur və ənənə halını alıb. Əvvəlki illərdə yerli “Araz Naxçıvan”la yanaşı, yarışa birinci divizionda çıxış edən klublar qatılırdı. Bu dəfə Türkiyədən də komandanın dəvət olunması planlaşdırılıb. Bununla bağlı hazırda danışıqlar davam edir. Ola bilər ki, başqa bir ölkədən də turnirə qatılan olsun. Hələ ki bu məsələ dəqiqləşmədiyindən ad çəkmək istəmirəm”.
Sonda Aslan bəy Naxçıvanda olduğu müddətdə gördüyü mənzərə barədə də danışdı: “Naxçıvanda gördüklərim məni sözün yaxşı mənasında təəccübləndirdi. Öncə onu qeyd edim ki, şəhər o qədər təmizdi ki, adamın lap paxıllığı tutur. Hər yanda abadlıqdı. Bundan başqa, Muxtar Respublikada idmana xüsusi diqqət və qayğının olduğunu hiss etdik. Məktəblərdə şahmat dərsləri keçirilir, demək olar ki, bütün məhəllələrdə futbol meydanları var. Bütün sahələrdə nizam-intizam hökm sürür. Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi əlindən gələni edir ki, yerli yeniyetmə və gənclər asudə vaxtlarını boşuna keçirməyib idmanla məşğul olsunlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar