02 apr 15:11aktual

Özancan Kökcü “Feyenoord”u “Bursaspor”a dəyişdi

Özancan Kökcü “Feyenoord”u “Bursaspor”a dəyişdi
U-21-in futbolçusu Türkiyə millisini seçə bilər

U-21-in üzvü Ozancan Kökcü "Bursaspor"a transfer olunub. Xatırladaq ki, Ozancan hazırda “Feyenoord”un şərəfini qoruyur və mövsümün sonunda Hollandiya təmsilçisi ilə müqaviləsinin müddəti başa çatır. O “timsahlar”la 4 illik müqavilə bağlayıb. Bir ara qürbətçi futbolçunun “Fənərbaxça”nın maraq dairəsinə düşdüyü söylənilirdi. Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir. Kökçü müqavilə bağlayandan sonra yeni klubunun saytına açıqlama verib: “Böyük komandaya keçdim. Ümid edirəm ki, bu formanı uzun illər geyəcəm. “Bursaspor”u uşaqlığımdan bəri izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram. Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqda soruşmuşdum. O isə mənə “öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən” demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu isə kapitan Pablo Batalyadı. Çox yaxşı futbolçudu”.
“Timsahlar”ın vitse-prezidenti Ali Adəmoğlu da keçidlə bağlı yerli mətbuata danışıb. O Ozancanı transfer etdikləri üçün sevincli olduqlarıbı bildirib: “Skautlarımız uzun müddət Ozancanı izlədilər. Onu transfer etdiyimiz üçün çox sevinirik. Ozancanın hələ 18 yaşı var və Hollandiyada yetişib. “Feyenoord”un aşağı yaş qrupunda oynayırdı. Azərbaycanın gənclər yığmasının heyətində də Türkiyəyə qarşı matçda iştirak etdi. Bu cür istedadla, inşallah, gələcəkdə milli komandamızda da oynayar. Prosedur da buna imkan verir. Skautlarımızın böyük canfəşanlığı nəticəsində onu heyətə cəlb etdik. İyulun 1-dən rəsmən bizimlə olacaq. Bəzi klublar onları qabaqladığımız üçün bizə qəzəblənə bilərlər. Amma önəmli bir iş gördük”.
Göründüyü kimi, türk klubunun rəsmisi yerli mətbuata açıqlamasında U-21-in üzvünü gələcəkdə qardaş ölkənin əsas yığmasının şərəfini qorumaq ehtimalının olduğunu bildirib. Hətta qaydaların buna imkan verdiyini də xüsusi qabardıb. Bəs görəsən AFFA rəsmiləri bununla bağlı nə fikirdədilər? Doğrudanmı istedadlı yarımmüdafiəçi gələcəkdə fikrindən daşına bilər? Qaranlıq məqama aydınlıq gətirmək üçün millinin inzibatçısı, AFFA-nın seleksiya üzrə baş əlaqələndiricisi Riad Rəfiyevlə əlaqə saxladıq. Riad bəy hüzr yerində olduğundan danışa bilməyəcəyini, məsələ ilə bağlı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxalamağı məsləhət bildi. Ondan istədiyimiz cavabı ala bilməyincə, üz tutduq Mikayıl bəyə: “Futbolçu, U-21-də oynamasına baxmayaraq, əsas millidə rəsmi oyuna çıxmayıbsa, gələcəkdə fikrini dəyişib, başqa ölkəyə üz tuta bilər. Necə ki, Ramil Şeydayev belə etdi. Bildiyiniz kimi, Şeydayev Rusiyanın gənclər yığmasının şərəfini qorumuşdu. Ancaq sonradan Azərbaycanın əsas millisində çıxış etməyə qərar verdi. Ola bilsin, gələcəkdə Kökcü də eyni addımı atdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar