24 apr 15:23aktual

Olimpiya Festivalı “Qarabağ”ı sual qarşısında qoyub

Olimpiya Festivalı “Qarabağ”ı sual qarşısında qoyub
Şamil Quliyev: “...UEFA ilə danışıqda ev və səfər oyunlarının yerini dəyişmək xahiş ediləcək”
Bu il dünyanın gözü yenidən ölkəmizdə, dəqiq desək, Bakıda olacaq. Həftəsonu “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si keçiriləcəksə, mayın 29-da Avroliqanın finalını canlı izləmək imkanı qazanacağıq. İyulda isə Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcək.
Sayca 15-ci olan festivalın Bakıda baş tutması əlamətdar hadisələrdən sayılsa da, futbolsevərlər üçün heç də xoş olmayan xəbər var. Belə ki, gənclər arasındakı yarış “Qarabağ”ın işini çətinə salıb. Kluba yaxın mənbədən əldə etdiyimiz bilgiyə görə, həmin festivala görə ağdamlılar avrokuboklardakı ev oyunlarını Respublika stadionunda keçirmək imkanından məhrum ola bilər. Çünki yarışın yüngül atletikaya aid növləri mərkəzi arenada təşkil olunacaq. Bu səbəbdən “köhlən atlar” ilk təsnifat mərhələsi zamanı rəqibini başqa stadionda qəbul etməlidi. Lakin bununla bağlı hələ ki hansısa təklif irəli sürülməyib.
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyevlə əlaqə saxlayıb, həm xəbərin doğruluğunu yoxladıq, həm də daha geniş bilgi almaq istədik: “Bildiyiniz kimi, iyulun 19-dan 28-nə qədər paytaxtımızda gənclər arasında Olimpiya Festivalı keçiriləcək. Artıq bununla bağlı təşkilati işlərə start verilib. Turnirin yalnız yüngül atletika ilə bağlı olan növləri mərkəzi arenada təşkil olunacaq. Amma istənilən halda arena iyulun 19-28-i aralığında festivalın sərəncamındadı. Məlum məsələ ilə bağlı “Qarabağ”la söhbətimiz olub. Açığı, “Qarabağ”ın Çempionlar Liqasında, yoxsa Avroliqada çıxış edəcəyi hələ bilinmir. Yəni avrokubok mübarizəsinə hansı tarixdə start verəcəyi dəqiqləşməyib. Belə deyək, iyulun 18-nə kimi oyunları olsa, birmənalı Respublika stadionunda oynayacaqlar. Yox, 19-28-i aralığına təsadüf etsə, o zaman UEFA ilə danışıqda ev və səfər oyunlarının yerini dəyişmək xahiş ediləcək. Fikrimcə, hansısa çətinlik olmayacaq”.
Şamil bəylə əlaqə saxlamışkən, daha bir məsələyə aydınlıq gətirməyə bilməzdik. Yadınızdadısa, yanvarda Bakıda əsən şiddətli külək mərkəzi arenadakı sektorlardan birinin tavanını uçurmuşdu. Şamil bəylə sonuncu danışığımızda sığorta şirkətinin tavanı aprelin ortalarına kimi təmir etdirəcəyi ilə bağlı məlumat almışdıq. Lakin “Qarabağ” – “Keşlə” görüşündə tribunanın üstünün hələ də açıq olduğunu gördük. Odu ki, stadion rəhbərindən məsələ ilə bağlı növbəti dəfə bilgi aldıq: “Tavanın bərpası iyuna qədər həllini tapacaq. Bəli, ilkin məlumatda bizə aprel ayı deyilmişdi. Lakin tavanı istehsal edən Avropadakı zavoddan işin bir qədər yubanacağını dedilər. Çünki tavan elə materialdandı ki, əldə yenisi yoxdu. Kiçik parça lazımdı deyə, yenidən istehsal olunmalıdı. Bu isə vaxt aparan prosesdi. Ona görə də bir qədər gözləməyi məsləhət görüblər. Uzağı iyunun sonuna qədər mütləq yeni tavan quraşdırılacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar