24 apr 15:11aktual

“Füzuli”nin baş məşqçisi təhdidlə bağlı DİN-ə məktub ünvanladı

“Füzuli”nin baş məşqçisi təhdidlə bağlı DİN-ə məktub ünvanladı
Vasif İsmayılov: “Maraqlandıqda məlum oldu ki, Elçin Məmmədovun nə ezamiyyə vərəqəsi var, nə də polkovnikdi”
“Füzuli” – “FC Baku” matçının nəticəsi ilə razılaşmayan, bəzi futbolçularının oyunu satdığını iddia edən və bununla bağlı əlində faktlar olduğunu mətbuata açıqlayan bölgə təmsilçisinin baş məşqçisi Vasif İsmayılov dünən AFFA-da olub. Vasif bəy topladığı dəlil-sübutları Region Liqasının İşçi Qrupunun üzvlərinə və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə təqdim edib. Onunla əlqə saxlayanda “indi Bakıdayam, buna görə də danışmaq istəmirəm. Məni çox təhdid edirlər. Başıma bir iş gələcəyindən çəkinirəm. Bu üzdən də Füzuliyə qayıtdıqdan sonra sizə açıqlama verə bilərəm” söylədi. Vəziyyətin ağır olduğunu deyən baş məşqçini çətinliklə olsa da, suallarımızı cavablamağa razı sala bildik.
- Artıq mənə futbol lazım deyil. Sakit həyat yaşamaq istəyirəm. Özümün, ailə üzvlərimin həyatına görə narahatam. Bu arada məni çox təhdid etdilər, müxtəlif yollarla qorxutmağa çalışdılar. Bu mənə lazımdı?
- Sizi konkret kimlərin təhdid etdiyini deyə bilərsiz?
- Mən bunu ancaq ölkə başçısına açıqlaya bilərəm. Çünki artıq heç kimə inamım qalmayıb. Yalnız onunla görüşdə nələrin yaşandığını qorxmadan, çəkinmədən deyəcəm. Bir yerdə ki kimsə özünü yalandan polis polkovniki kimi təqdim edir, daha nədən danışım?!
- Özünü yalandan polis polkovniki kimi təqdim edən kimdi?
- Füzulidə baş tutan cavab qarşılaşması günü idi. Saat təxminən 11-ə işləmişdi. Gördüm Hakimlər Komitəsində çalışan Elçin Məmmədov artıq ordadı. Salamlaşdıqdan sonra ona “başa düşmürəm, nəyə görə siz həmişə “FC Baku”nun oyunlarında olursuz?” dedim. Doğrudan da bu komandanın əhəmiyyətli matçlarının hamısında Məmmədov nümayəndə olub. Tutaq ki, Bakıda baş tutan ilk görüşdə inspektor idi, bəs bu dəfə? Həmin gün Sumqayıtda “Uğur” – “Energetik” matçı ola-ola ora getməyib, Füzuliyə gəlməsi mənə maraqlı gəldi. Hərçənd ki, bu gəlişin arxasında nəyin durduğunu bilirdim. Bilirsiz, mənə cavabı nə oldu?
- Nə?
- Bu sualları Rövnəq müəllimə ver. Sən demə, yenə bizim oyunumuza inspektor kimi təyinat alıb. Başa düşmürəm, AFFA-da başqası yoxdu ki, Elçin yenidən təyinat alır? Rövnəq müəllimin adını çəkəndə “mən onun işçisi olanda sən yoldaşlarının “torbasını tikirdin”. Hamı hamını yaxşı tanıyır” söyləmişdim ki, “mən polkovnikəm” deyib, üzünü polislərə tutaraq “bunu tutun” göstərişi verdi. Oyundan öncə komandanın məşqçisini tutdurmaq istəyən inspektorun marağı nə ola bilər? Məndən sonra komandanın idman direktoru gəldi və onu da tutduracağı ilə hədələdi. Artıq hər şey aydın idi. Ona görə də paltardəyişmə otağına girib futbolçularıma “Elçin bura gəlibsə, bu oyunda qapımıza heç nədən penalti veriləcək. Meydandan qovula bilərsiz, ona görə də bir qədər ehtiyatlı oynayın” tapşırığını verdim. Hər şey də düşündüyüm kimi oldu. Matçdan sonra iradımı bildirəndə “AFFA-ya şikayət et” dedi. Bu gün artıq bütün sübutları assosiasiyaya təqdim etdim. Bundan başqa AFFA-da olanda Elçindən Füzuliyə gəlməsi ilə bağlı ezamiyyə vərəqəsini istədim. İstənilən hakim-inspektor Füzuliyə gələndə onun ezamiyyə vərəqəsinin üstünə “Füzuli”nin möhürü vurulur. Bunu hamı yaxşı bilir. Maraqlandıqda məlum oldu ki, Elçin Məmmədovun nə ezamiyyə vərəqəsi var, nə də polkovnikdi. Sən demə, yalandan özünü belə təqdim edirmiş. Bütün bunlardan sonra nə futbol istəyirəm, nə də başqa şey. Sadəcə, mənə sakit baş lazımdı.
- Bəs sizi təhdid edənlər kimlərdi? “FC Baku”nun rəhbərliyi, Elçin Məmmədov, yoxsa başqa şəxslər?
- Böyük ehtimalla, Elçin və onun ətrafı məni təhdid edir. Kişi “polkovnikdi”, yəqin dostu-tanışı da pokovniklərdi. Onların da vasitəsi ilə istədiyini edir. Birini tutdurur, başqasına hədə-qorxu gəlir. Bu məsələni ölkə başçısının nəzarətə götürməsini istəyirəm. Yalnız ona kimin mənə nə dediyini, kimlər tərəfindən təhdid olunduğumu açıb danışa bilərəm. İlham Əliyevdən başqa heç kimə güvənmirəm.
- Futbolçularınıza oyunu vermək qarşılığında pul təklif olunduğu barədə söhbətlər gəzir. Bu haqda nə deyə bilərsiz?
- Bu haqda AFFA-ya ətraflı məlumat vermişəm. “FC Baku”nun prezidenti Cavidan müəllim (Qorçiyev) çox səmimi, futbolu sevən adamdı. Ancaq bəziləri ondan istifadə edirlər. Yaxşı olardı ki, klub prezidenti kimi komandasının içində olaydı, kollektivi nəzarətdə saxlayaydı. Bununla bağlı özü ilə də söhbətim olub. Bəziləri onun səmimiyyətindən sui-istifadə edir.
- Gəlin konkret danışaq. Oyunçularınıza belə təklif olub və ya olmayıb?
- Yenə deyirəm, indi elə durumdu ki, hər şey ola bilər. Adı oyun satmaqda hallananlardan biri özünü öldürəcəyini bildirib. İndi ad çəkib məsələnin ictimailəşməsini istəmirəm. Təhdid olunuram, biri ad çəksəm, özünü öldürüəcəyini deyir. Başımı itirmişəm. AFFA rəhbərliyi özü bu barədə açıqlama verəcək.
- Heç olmasa, onların neçə nəfər olduğunu deyə bilərsiz?
- Xeyr. Şübhə altına düşənlərin adları aidiyyatı qurumlara təqdim olunub. Ancaq sizə onu da deyim ki, bu gün görüşdüyüm AFFA rəsmiləri nəsə bu məsələyə bir qədər laqeyd münasibət göstərdilər. Belə başa düşdüm ki, bu da “Füzuli”nin güclü arxa-dayağının olmamasından irəli gəlir. Mənimlə söhbətdə sanki heç nə baş verməyibmiş kimi danışdılar. Ögey münasibət gördüm.
- Sizinlə kimlər görüşdü?
- Yusif Vəliyev, soyadını xatırlmadığım Rza adlı şəxs və Seymur Səlimli. Fürsətdən istifadə edib onu da AFFA-da oturanların diqqətinə çatdırmaq istəyirəm ki, “Füzuli” Ermənistanın yox, Azərbaycanın komandasıdı. Komandanın baş məşqçisi də erməni yox, azərbaycanlıdı. Özü də Füzulinin Böyük Bəhmənli kəndində doğulub və aprel döyüşlərində ən fəal könüllülərdən biri olub. Bilən bilir ki, mən və ətrafım ordumuza neçə kömək etmişik.
- Aprel döyüşündə iştirak edən, ermənidən qorxmayan siz indi təhdidlərdən niyə qorxub geri çəkilirsiz?
- Mən hazırda Füzuli Diaqnostika Mərkəzində işləyirəm. Klubun prezidenti Cümşüd Məmmədov da həmin tibb müəssisəsinin baş həkimidi. İş adamı olan Süleyman müəllimlə birgə onlar komandaya baxırlar. Mən ondan qorxuram ki, məni təhdid edənlər hər şeyi açıq-aydın danışdığıma görə sabah baş həkimə “sağ ol” deyib, yerinə başqasını təyin edərlər. Sülyman müəllim iş adamıdı, sahibkardı. Adını qeyd etdiyim insanlara, ailəmə görə qorxuram. Onları qorumaq üçün məcburam ki, geri çəkilim. AFFA-da olduğum müddətdə Daxili İşlər Nazirliyinə də məktubla müraciət etdim, təhdid olunduğumu vurğuladım. Elxan Məmmədova da eyni məzmunda məktub yazdım. Mən çox şeylər bilirəm. Bildiklərimi də aidiyyatı qurumlara çatdırmışam. Hamı bilir ki, Füzuli futbol bölgəsidi. Bu rayonda həmişə futbol olub. Stadionumuz cəbhə bölgəsindən cəmi 5 kilometr aralıda yerləşir. Bizim əsas məqsədimiz Region Liqasının qalibi olub, Avropaya yollanmaq idi. İstəyirdik ki, “Qarabağ”dan sonra biz də Qarabağ həqiqətlərini dünyaya çatdıraq. Lakin qarşımızı kəsdilər. Region Liqasında Mingəçevirdən sonra ən çox azarkeş Füzulidə olub. Ötən il yarımfinalda 0:3 hesabıyla məğlub olduq. Onda niyə narazılıq etmədim? Çünki bilirdim ki, haqlı uduzmuşuq. Bu dəfə isə vəziyyət fərqli idi. Heyəti gücləndirmişdik və çempion ola bilərdik.
- Ancaq özünüz də etiraf etdiz ki, həmin heyətdə “satqınlar” da var...
- Var və onları da tezliklə hamı tanıyacaq. Mən bu addımımla həm də AFFA-ya yaxşlıq etmiş oldum. Qoy orda oturanlar bilsinlər ki, oyun satanlar kimlərdi. Vaxtında həmin oyunçular barədə ölçü götürülməsə, sabah başqa klublar da eyni şərəfsizliyi edib, hansısa gənci də çirkaba sürükləyə bilərlər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar