23 apr 14:07aktual

“Füzuli”nin baş məşqçisi AFFA-ya faktlarla yollanıb

“Füzuli”nin baş məşqçisi AFFA-ya faktlarla yollanıb
Cəmşid Məhərrəmov: “Birinci divizionda oyun satanlar bu gün Region Liqasında bu işi çətinlik çəkmədən görə bilərlər”
Ötən sayımızda Region Liqasının yarımfinalının aprelin 22-nə nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyununun təxirə salındığını xəbər vermişdik. Onu da bildirmişdik ki, bu qərarın verilməsinə liqanın İşçi Qrupunda “Füzüli” – “FC Baku” qarşılaşmasının nəticəsinin manipulyasiya olunmasıyla bağlı şübhələr səbəb olub. Belə ki, paytaxt təmsilçisinin bəzi adı məlum olmayan futbolçuları rəqibin heyətində çıxış edən oyunçuları müəyyən vəsait qarşılığında “oyunu satmağa” sövq ediblər. Məsələ ilə bağlı ötən sayımıza açıqlama verən “FC Baku”nun prezidenti Cavidan Qorçiyev yaşananlardan xəbərsiz olduğunu demiş, AFFA-nı ortaya dəlil-sübut qoymağa səsləmişdi.
“Füzuli”nin baş məşqçisi daxili “satqınlardan” və Elçin Məmmədovla baş hakimdən şübhələnir
Dünən isə supersport.az saytının əməkdaşı yaşanan xoşagəlməz olayla bağlı AFFA-ya şikayət edən “Füzuli”nin baş məşqçisi Vasif İsmayılovla əlaqə saxlayaraq fikirlərini öyrənib. Baş məşqçi “FC Baku”dan, AFFA nümayəndəsi Elçin Məmmədovdan, baş hakimdən şübhələndiklərini bildirib. Çalışdırıcı bəzi futbolçularının rəqib tərəfindən “satın alınması” səbəbindən cavab görüşündə zəif oynadığı qənaətindədi: “Qarşılaşmada şübhəli məqamlar çox idi. Klubumuz məlum matçla bağlı AFFA-ya şikayət edib. Ümid edirik ki, haqq-ədalət yerini tapacaq. AFFA nümayəndəsi Elçin Məmmədovdan, baş hakim Teymurdan çox narazıyıq, onlardan da şübhələnirik. Komandamı 16 qarşılaşmaya çıxarmışdım, heç bir matçda qapımıza haqsız penalti təyin olunmamışdı. Son oyunda biabırçılıq oldu. Baş hakim qapımıza olmayan, absurd 11 metrlik cərimə zərbəsi təyin etdi. O, oyunun hakimi yox, antiqəhrəmanı idi. Araşdırılmalıdı ki, onun hansı marağı olub? Əslində şübhəli məqamlar çoxdu. Elçin Məmmədov Füzuliyə gələndə bilindi ki, oyunu uduzacağıq. Çünki o, qarşılaşmadan əvvəl məni sorğu-suala tutub polislərə həbs etdirəcəyi ilə qorxutmağa çalışdı, hətta idman direktorumuzu da hədələdi. Onu tanıdığıma peşmanam. Məmmədov Bakıda qollu bərabərliklə bitən oyunda da var idi. Paytaxtda hakimlərin komandamıza qarşı qərəzli qərarları olsa da, heç-heçə edə bildik. Bununla bağlı şikayət etməsək də, bu dəfə geri çəkilən deyilik. Haqqın yerini alması üçün mübarizəmizi sona kimi aparacağıq. Elçin Məmmədov AFFA nümayəndəsidi, məni nəyə görə tutdurmalıdı? Komandanı baş məşqçi kimi oyuna çıxarmaq istədiyim, heç bir qanun pozuntusu etmədiyim halda mənə qarşı niyə belə hərəkət etdi? Elçin Məmmədovun əməlləriylə bağlı da AFFA-ya şikayət etmişik”.
“Füzuli”nin çalışdırıcısı “FC Baku”nu oyun alverində ittiham edib: “FC Baku”nun rəhbəri Cavidan müəllimin (Cavidan Qorçiyev) çıxışlarını izləyirəm, onunla 15-20 dəqiqə söhbət etdim, səmimi insandı, ancaq çox şeydən xəbərsizdi. Yaxın günlərdə komandasında kimlərin hansı işlərlə məşğul olduğunu o da biləcək”.
Baş məşqçi futbolçularının qəsdən uduzmasından şübhələnir: “Bəzi futbolçularımdan da şübhələnirəm. Oyun təhlil olunub. Yaxın günlərdə qaranlıq məqamlara aydınlıq gələcək. Komandamıza xəyanət edənlər aşkarlansa, futboldan ömürlük qovulmalıdılar. AFFA-dan haqq-ədalətin bərpa olunması qərarını gözləyirik. İnanırıq ki, günahkarlar layiqli cəzalarını alacaqlar. Rəqib komandaya texniki məğlubiyyət verilməlidi, hər şey ortadadı. Yarımfinalda “FC Baku” yox, “Füzuli” “Şahdağ”a qarşı oynamalıdı. Məqsədimiz Region Liqasının qalibi olaraq, birinci diviziona vəsiqə qazanmaqdı. Güllə, top səsiylə böyüyən azarkeş ordumuz AFFA-dan doğru qərar gözləyir. Artıq yarımfinal oyununa hazırlaşırıq. Mümkün deyil ki, AFFA rəqibə texniki məğlubiyyət verməsin. Futbol qurumunun rəhbərliyinə inanır, güvənirik. Bu məsələdə haqsız qərar komandamızın gələcəyini sual altında qoya bilər. Ədalətsiz qərar olsa, günahkarlar cəzalanmasa, ölkə prezidenti cənab İlham Əliyevə müraciət etmək məcburiyyətində qalacağıq. Haqqımızı heç kim əlimizdən ala bilməz”.
Cəmşid Məhərrəmov “11 min manat” söhbətini təkzib etmədi
“Füzuli”nin baş məşqçisinin sözlərindən belə aydın olur ki, rəhbəri olduğu komandada hansısa oyunçular müəyyən məbləğ qarşılığında rəqiblə separat danışıqlara gediblər və fahişə bədənini satdığı kimi, onlar da komanda yoldaşlarını “satıblar”. Yarımfinal görüşlərində Füzuli Diaqnostika Mərkəzinin sponsoru olduğu kollektivdə Cəmşid Məhərrəmov, Ramal Hüseynov, Ruslan Tağızadə, Ramazan Abbasov kimi elita və birinci divizion təcrübəsi olan futbolçular çıxış edib. Məhərrəmovun daha yaşlı olduğunu nəzərə alıb, ondan da başverənlərə münasibət bildirməsini istədik: “Yarımfinal qarşılaşmalarının bizim üçün çətin olacağını bilirdik. Birinci oyun da göstərdi ki, “FC Baku” asan rəqib deyil. Cavab görüşü ərəfəsində xoşagəlməz olaylar oldu ki, bu haqda rəhbərlik səviyyəsində AFFA-ya məlumat verilmişdi. Deyilmişdi ki, nəticədən asılı olmayaraq, hər şey “təmiz” olsa, daha yaxşı olar. “Təmiz” deyəndə bu gün mediada yayılan fikirləri deyirəm. İlk görüşdə hakim bizi çox sıxırdı. Hər hissəyə 7 dəqiqə əlavə olunmuşdu ki, bu da ümumilikdə 14 dəqiqə deməkdi. Cavab görüşündə isə hakim ilk hissəyə 2, ikinciyə 4 dəqiqə əlavə etdi. Bundan başqa, matçdan sonra baş məşqçimiz mənimlə əlaqə saxlayaraq, əlində oyunun kimlərsə tərəfindən verilməsi ilə bağlı dəlillər olduğunu bildirdi. Onu da əlavə etdi ki, şikayət üçün AFFA-ya gedirik. Bildiyiniz kimi, mən həm də Alfa Liqada çıxış edirəm. Həmin gün məşqim olduğundan onlarla birgə ola bilmədim. Ancaq onu deyə bilərəm ki, rəhbərliyin, məşqçilərimizin əlində təkzibolunmaz faktlar var və buna görə də bu iddanı qaldırıblar”.
“Füzuli”nin qapıçısına oyunu “vermək” qarşılığında 11 min manat verilməsi məsələsi nə dəcərədə düzdü” sualımıza isə təcrübəli futbolçu gülərək cavab verdi: “Qapıçımıza pulun verilib-verilmədiyini deyə bilmərəm. Ancaq oyunu verən futbolçuların adlarını baş məşqçimiz dəqiq bilir. Vasif müəllimə bu haqda məlumatı ona yaxın adamlardan biri çatdırıb. Bütün faktlar ona sənədli-sübutlu təqdim edib. Özü də mənə bildirdi ki, qısa vaxtda hər şeyin üstü açılacaq. Komandaya sponsorluq edən Diaqnostika Mərkəzinin baş həkimi də hələ ki adların gizli qalmasını istəyib. Orda başqa söz-söhbətlər də var. İnanıram ki, onların hamısını araşdırma aparan qurum özü ictimaiyyətə açıqlayacaq. Hadisələrin axarının necə olacağını gözləyən yetərincə insanlar var. Ümid edirəm ki, sonda ədalətli qərar qəbul olunacaq. Yeri gəlmişkən, sizə bir söz də demək istəyirəm. Media elə bir qüvvədi ki, bəzən komandanın şərəfini qoruyan futbolçuların belə bilmədiyi bəzi məsələləri jurnalsitlər daha yaxşı bilirlər. Bunu mən “Bakı”da oynayanda da hiss etmişəm. Siz “qapıçıya verilən 11 min manat”dan danışdız. Mənim çəkdiyimiz əziyyətə heyfim gəlir. Bir neçə il öncə mənim adıma müxtəlif söz-söhbətlər çıxdı. Çoxları hələ də ömürlük futboldan uzaqlaşdırıldığımı düşünür. Ancaq bu gün sübut olundu ki, Cəmşidin adına çıxarılan xoşagəlməz söhbətlər heç də həqiqət deyil. Özüm Qarabağ bölgəsindən olduğum üçün “Füzuli”dən təklif alanda düşünmədən “hə” cavabı verdim. Komanda cəbhə bölgəsini təmsil etdiyindən hər dəfə ora böyük məmnuniyyətlə gedirəm. Bir də birinci divizionda oyun satanlar bu gün Region Liqasında bu işi çətinlik çəkmədən görə bilərlər. İnşallah, obyektiv araşdırma nəticəsində onların adları bəlli olacaq”.
İşçi Qrupun üzvləri də araşdırmadan kənarda qalıb
Region Liqasının İşçi Qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə hələ ötən sayımızda danışmaq istəsək də, zənglərimiz cavabsız qalmışdı. Dünən, nəhayət, onunla əlaqə saxlaya bildik. Yusif bəy araşdırmanın nəticəsinin tezliklə açıqlanacağını söylədi: “Məsələ ilə bağlı AFFA-da müəyyən şəxslər məşğul olur. Heç bizə də bu haqda məlumat verilmir. Yəqin ki, yaxın vaxtlarda araşdırma yekunlaşacaq və ictimaiyyətə bu məsələ ilə bağlı geniş məlumat veriləcək. Araşdırmanın indi hansı mərhələdə olduğundan, bununla bağlı kimlərlə söhbət aparıldığından da xəbərsizik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar