23 apr 14:02aktual

Tahir Süleymanov Mingəçevir toplanışının boşa verildiyini düşünür

Tahir Süleymanov Mingəçevir toplanışının boşa verildiyini düşünür
“Stuxlik bu gəncləri Alp dağlarının ətəyindən və ya Vyana muzeylərindən yığıb gətirməyib”
Hakimlər Komitəsi təcrübəli hakimlərdən bir neçəsini cəzalandırıb. Daha doğrusu, iki həftə əvvəl ədalət təmsilçilərindən test normativi götürülüb. Rauf Cabbarov zədə səbəbindən prosesə qatılmayıb, daha bir FİFA referisi Rəhim Həsənov, o cümlədən Orxan Məmmədov və Rəvan Həmzəzadə isə sınaqdan keçməyib. Komitənin hakimlərin fiziki hazırlığını mövsümün sonunda yoxlamaq fikrinə düşməsi normal qəbul oluna bilməz. Elə veteran hakim, təcrübəli Tahir Süleymanov da bu fikirdədi: "Bacarıqlı hakimlərin yetişməsi, hazırlığı 1-2 ilin işi deyil, bunun üçün illər lazımdı. Frits Stuxlik bu gəncləri Alp dağlarının ətəyindən və ya Vyana muzeylərindən yığıb gətirməyib, onlar burda üzə çıxıblar. Azərbaycan hakimlik məktəbi tarixən öz istedadları ilə seçilib. Hər 5-6 ildən bir bir-iki bacarıqlı hakim üzə çıxır. Bu artıq ənənə halını alıb. Gənclərə diqqət, rəqabətin yaradılması yaxşı haldı, amma bunlar tədricən həyata keçirilməlidi. Nəzərə alsaq ki, son 20-25 il ərzində istedadlı referilərə qarşı "soyqırım" əməliyyatı davamlı olaraq məqsədli şəkildə aparılıb, təsəvvür edin, hakimlərimiz haralarda, hansı səviyyədə ola bilərdilər. Təəssüf ki, bu gün də tendensiya davam edir...
Rəqabət sağlam aparılmalı, zamanı gəldikdə təbii nəsildəyişməsi prosesi baş verməlidi. Hakimlərin yay-qış hazırlıq dövrləri olur. Tələblərə uyğun fiziki, nəzəri testlərdən sonra baş hakimlər, köməkçilər liqalar üzrə komitə tərəfindən təsdiq edilir. Mingəçevir hazırlığından sonra qısa müddətdə kütləvi olaraq aparıcı hakimlərin fiziki hazırlığı yerində deyilsə, deməli, təlim-məşq toplanışı yüksək səviyyədə keçirilməyib. Bu addımı atmaqla Stuxlik özü-özünü "vurmuş" olur. Digər tərəfdən, hakimlərin siyahısı çempionat başlamadan təsdiq edilir. Çempionatın gedişində bu qədər dəyişiklərin edilməsi yolverilməzdi. Necə ki, Əliyar Ağayevlə bağlı UEFA-dan hər dəfə bildirirdilər ki, yayı gözləyin, nəticələrə uyğun yerdəyişmələr sistemli işə uyğun vaxt yetişəndə ediləcək. Stuxlik isə dövlətin, xalqın bir ətək pulunu ala-ala, komitəni artıq şəxsi firması kimi idarə edir. Bütün bu proseslərə nəzarəti AFFA İcraiyə Komitəsi və cari işlərin aparılması, tənzimlənməsi üçün səlahiyyət verdikləri katiblik edir. Necə ki, komitələri də özləri təsdiq edirlər. Yəni heç kim özbaşınalıq etməməlidi, güclü, obyektiv nəzarət olmalıdı. Görünən odu ki, nəzarət yoxdu və Stuxlik istədiyini edir. Ona görə də fransalı Stivün Jozef-Monroz "Avropa mədəniyyəti"ni göstərir".
Tahir bəy cəzalananları etiraz səsini qaldırmağa səsləyir: "Ən mənfi hal hakimlərin özlərinin susmasıdı. Jurnalistlər araşdırır, yazır, futbol ictimaiyyəti diqqət mərkəzində saxlayır. Belə olmamalıdı, ilk növbədə hakimlər istər daxildə, istərsə ictimaiyyətdə öz haqqlarını müdafiə etməlidilər. Biz də vaxtilə meydana belə atılmışıq. Belə davam etdikcə, futbolda, hakimlikdə haqsızlıqlar bitməyəcək, ümumi futbol daha da tənəzzülə uğrayacaq".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar