23 apr 13:38aktual

Balayevli “Tobol”dan ilk xal itkisi

Balayevli “Tobol”dan ilk xal itkisi
Rusiya premyer-liqasının 24-cü turunda Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” səfərdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib. Samara təmsilçisi minimal hesabla (0:1) uduzub. Yığmamızın hücumçusu ilk dəqiqələrdən meydana olsa da, 68-ci dəqiqədə əvəzlənib. Hazırda “Krılya Sovetov” 27 xala malikdi və 16 iştirakçı arasında 12-ci yerdədi.
Dmitri Nazarovlu “Ertsgebirge” Almaniyanın 2-ci bundesliqasının 30-cu turunda səfərdə “Hamburq”la qarşılaşıb. Tərəflər hərəyə bir dəfə fərqlənib. Nazarov görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. “Ertsgebirge”nin hazırda 33 xalla turnir cədvəlində 13-cü pillədə olduğunu da qeyd edək.
Almaniyanın 3-cü liqasında isə 34-cü turun qarşılaşmaları gerçəkləşib. Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Zonnenhof Qrossaşpax”la münasibətlərinə aydınlıq gətirib. Münster klubu 1:0 hesabıyla qalib gəlib. Rüfət start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib. Dadaşovun komandası 34 turdan sonra 48 xalla beşincidi.
Emil Balayevin şərəfini qoruduğu “Tobol” Qazaxıstan çempionatının 6-cı turu çərçivəsində evdə “Jetısu” ilə üz-üzə gəlib. Matçda qol səsi çıxmayıb. Emil yenə də start heyətində yer alıb və sonadək oynayıb. Bu tura qədər maksimum nəticə göstərən “Tobol” ilk xal itkisi ilə üzləşib. Belə ki, bu komanda hazırda 16 xalla 2-ci pillənin sahibidi.
Hollandiya ikinci liqasında 35-ci turun qarşılaşmaları baş tutub. Ziya Əzizov yenə forma geyməyib. “Neymegen” səfərdə “Volendam”ı 3:2 hesabıyla məğlub edib. Ziyanın oynamaması artıq adi hala çevrilib. “Neymegen”nin 51 xalı var və sıralamada 11-cidi.
Latviya çempionatında 7-ci turun oyunları reallaşıb. Azərbaycanlı futbolçular Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geydiyi “Dauqavpils” səfərdə “Liepaya” ilə üz-üzə gəlib. Qonaqlar minimal fərqlə (3:2) qalib gəlib. Vüqarla Elvin start heyətində meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Sərkərov 36-cı dəqiqədə əvəzlənib. Turalın adı isə, ümumiyyətlə, bu matçın iştirak ərizəsinə daxil edilməyib. Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 58-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla hesabı 1:1 edib. Millinin sabiq forvardı 90+2-ci dəqiqədə isə komandasının qələbə qoluna imza atmaqla matçın yekun nəticəsini müəyyənləşdirib. Əsgərov 63-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. “Dauqavpils” hazırda 7 xalla 5-ci yerdədi.
Portuqaliya sequndasının 30-cu turunda Renat Dadaşovlu "Eştoril” doğma meydanda “Oliveyrense” ilə qarşılaşıb. Futbolçumuzun komandası 3:1 hesabıyla qalib gəlib. Dadaşov qarşılaşmanın 37-ci dəqiqəsində meydana çıxıb. “Eştoril” 30 oyuna topladığı 51 xalla 3-cü pillədən "boylanır".
Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” İspaniya sequndasının 35-ci turu çərçivəsində “Malaqa”nı qəbul edib. Meydan sahibləri 1:4 hesabı ilə uduzub. İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Hazırda 47 xala malik “Alkorkon” turnir cədvəlində 11-ci pillədədi.
Bosniya və Hersoqovina premyer-liqasında 27-ci turun oyunları keçirilib. Amit Quluzadənin məxsus olduğu “Çelik” doğma meydanda “Tuzla” ilə üz-üzə gəlib. Oyunda qalib müəyyənləşməyib - 1:1. Amit yenə şans qazanmayıb. “Çelik” hazırda 36 xalla 7-ci pillədə qərarlaşıb.
Türkiyənin 1-ci liqasında 30-cu turun qarşılaşmaları baş tutub. Ozancan Kökçünün formasını geyindiyi “Girəsunspor” “Dənizlispor”u qəbul edib. Meydan sahibləri 3 cavabsız qolla məğlub olub. Ozancan 76-cı dəqiqədə meydana çıxıb. 29 xalı olan “Girəsunspor” sıralamada 15-cidi. Turun digər matçında isə Dəniz Yılmazlı “Gənclərbirliyi” "doğma divarlar" arasında “İstanbulspor”la üz-üzə gəlib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Dəniz 80-ci dəqiqədə əvəzlənib. “Gənclərbirliyi”nin 64 xal var və turnir cədvəlinin vahid lideridi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar