21 apr 13:04aktual

“Sabah” Təmkin Xəlilzadəni qovdu

“Sabah” Təmkin Xəlilzadəni qovdu
Yığma üzvünün gələcək taleyi qeyri-müəyyəndi
Qış fasiləsində bəh-bəhlə “Qəbələ”dən transfer olunan, deyilənə görə, keçidi qarşılığında bölgə təmsilçisinə 70 min manat ödəyən “Sabah” cümə axşamı Təmkin Xəlilzadə ilə bağlı gözlənilməz xəbər yaydı. Yığma üzvü komandadan kənarlaşdırılıb. Hər halda, klub saytının yaydığı xəbərə diqqət yetirək: “Sabah” FK-nın oyunçusu Təmkin Xəlilzadə dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər komandadan uzaqlaşdırılıb. Xəlilzadə milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb”.
Lakin xəbərdə futbolçunun hansı müddətə uzaqlaşdırılması və gələcək taleyi barədə bilgi almaq mümkün deyil. Sadəcə, əsas komandadan uzaqlaşdırılıb, vəssalam. Təmkin mövsüm başa çatandan sonra asanlıqla başqa klubla müqavilə bağlaya bilər, ya yox, bundan sonra məşqləri əvəzedici komandada keçmək imkanına malikdimi, yayda komandaya qoşulacaq, yoxsa icarəyə veriləcək və ya satılacaq – bu haqda məlumatsızıq. İlk növbədə bu məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Elnur Həmidovu aradıq: “İndiki məqamda yalnız onu deyə bilərəm ki, Təmkin Xəlilzadə əvəzedici heyətə göndərilmədən əsas komandadan uzaqlaşdırılıb. Bildiyiniz kimi, hazırda bütün diqqətlər çempionat oyunlarına yönəlib. Ona görə də futbolçunun gələcək taleyi barədə nəsə demək çətindi. Mövsüm başa çatandan sonra klub rəhbərliyi bununla bağlı hansısa qərar verəcək. Bu gün yalnız bunu deyə bilərəm”.
Xəbərin içindəki “daxili intizam qaydalarını dəfələrlə pozduğu üçün” ifadəsi diqqəti çəkməyə bilməz. Heç şübhəsiz, solaxay futbolçunun intizamsızlığı davamlı hal alıb deyə, sonda məlum qərar verilib. Diqqətli futbolsevərlər Təmkinin qış fasiləsindən sonrakı göstəricilərindən xəbərdardı. “Neftçi”ylə dünənki oyunu nəzərə almasaq, “Sabah” fevraldan bu yana 10 oyun keçirmişdi. Xəlilzadə bunların 8-də meydana çıxmaq imkanı qazansa da, “Səbail” və “Neftçi” ilə matçlarda erkən əvəzlənmiş, “Keşlə” ilə görüşdə isə mübarizəyə sonradan qoşulmuşdu. “Qəbələ”ylə oyunu isə cəza səbəbindən kənardan izləmişdi. Ümumi götürsək, mümkün 900 dəqiqədən yalnız 610-da meydanda olub. Və ən maraqlı məqam bir çox görüşləri imkanlarından aşağı səviyyədə keçirməsi idi. Çox güman, vəziyyətin belə alınmasına da intizamsızlığı təkan verib. Qızdırma, ayağında ağrılar – bəhanə imiş.
Onsuz da Təmkini yaxından tanıyanlar özündənrazı və bildiyini edən olduğunu deyir. Bir başqa “xəstəliyi” isə bukmeker kontorlarına pul qoyuluşu etməsidi. Eşitdiklərimizə inansaq, hələ “Zirə”də çıxış etdiyi dönəmdən məlum “bacarığ”a sahib imiş. Lakin “fərasəti” ona puldan çox peşmanlıq qazandırıb. Özünü ulduz futbolçu sayması da mənfi xüsusiyyətlərindən biridi. Şübhə etmirik ki, “Sabah” rəhbərliyinin qərarı sadaladıqlarımızdan hansısa biri ilə bağlı olub. Məşqlərə soyuq yanaşması, məşqçilərin tapşırığına əməl etməməsi və ya komanda yoldaşları ilə yola getməməsi kimi ehtimallar da var. Yayda başqa komandaya keçməsi üçün intizamsızlığa əl atması da ağlabatandı.
Hər halda, əsl səbəbi səbəbkarın özündən və klub-komandanın içindəkilərdən yaxşı bilən olmaz. Qərarın kökündə nələrin dayandığını öyrənmək üçün özüylə əlaqə saxladıq. Nə zənglərə cavab verdi, nə də “vatsap” mesajına. Təbii, susması, daha dəqiq desək, mətbuatdan gizlənməsi normal haldı. Günahkardısa, nə deyə bilər ki?! Amma adım kimi əminəm ki, zərrə qədər özünü haqlı saydığı məqam olsaydı, dəstəyi qaldırar, bülbül kimi ötərdi. Klubun sözçüsü Elnur Həmidov isə “daxili intizam qaydalarını pozub. Lakin təfərrüata vara bilmərəm” deməklə kifayətləndi.
Ümid edirik ki, ən qısa zamanda əsl səbəbi öyrənib, özünü “Real”lı Marselo səviyyəsində görən Təmkinin əməlləri haqda sizləri məlumatlandıracağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar