02 apr 14:58aktual

UEFA-dan “Zirə”yə “yaşıl işıq”

UEFA-dan “Zirə”yə “yaşıl işıq”
Lisenziya Komissiyası qərarını mayda açıqlayacaq

Məlum olduğu kimi, “Zirə” ötən mövsüm çempionatın gümüş medallarına yiyələnsə də, Avroliqada iştirak edə bilmədi. Buna səbəb klubun UEFA-nın lisenziya tələbinə cavab verməməsi idi. Belə ki, avrokuboklarda iştirak üçün klub ən azı 3 il peşəkar səviyyədə fəaliyyət göstərməlidi. Bu il isə qəsəbə təmsilçisi üçün bu problemin aradan qaldırılacağı gözlənilən idi. Çünki artıq “Zirə” bir mövsüm divizionda, iki mövsüm isə premyer-liqada çıxış edib. Gözlənilən oldu. Ancaq sən demə, 3 yaşı iyulda tamam olacaq klubla bağlı fərqli qərar da çıxarıla bilərmiş. Lisenziyalaşdırma Qrupunun bu haqda yaydığı bəyanatla tanış olun: “UEFA-nın Klubların Lisenziyalaşdırılması və “maliyyə feyr-pleyi” qaydalarında əks olunmuş tələbə əsasən avrokuboklarda iştirak edən klublar müvafiq lisenziya əldə etməlidi. Həmin lisenziyanın alınması üçün klublar qaydalarda göstərilən bütün mütləq meyarlara cavab verməlidi. Bunlardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. Lisenziyalaşdırma mövsümü olaraq avrokuboklar mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyununda start verilir.
Məlum olduğu kimi, premyer-liqada çıxış edən “Zirə” 2014-cü il iyulun 18-də təsis olunub və birinci divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olan və idman nəticələrinə əsasən Avroliqada iştirak etmək hüququ qazanan bu klub 3 ildən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Yuxarıda qeyd olunduğu kimi, avrokuboklar mövsümünün iyunda başlaması və “Zirə”nin 2014-cü ilin iyulunda təsis olunması nəzərə alınaraq, klubun növbəti mövsümə qədər olan fəaliyyəti UEFA qaydalarına əsasən 3 ildən az hesab olunur. Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. Qitə futbol qurumu müraciətin baxılması üçün prosesə başlayaraq, həm AFFA, həm də “Zirə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər quruma qaydasında və vaxtında təqdim olunub. UEFA martın 29-da müraciəti müsbət cavablayıb. Bu qərara əsasən, “Zirə” 2017/18 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi. Qeyd edək ki, UEFA-nın qərarı “Zirə”nin avtomatik UEFA lisenziyası alması anlamına gəlmir. Klub növbəti mövsüm üçün həmin lisenziyanın alınması məqsədilə lisenziyalaşdırma qaydalarında əks olunan bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim etməlidi. Onu da vurğulayaq ki, 2017/18 mövsümündə avrokuboklarda və premyer-liqada iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin mayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar