21 apr 12:30aktual

Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib

Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib
Rüstəm Rəhimov: “Burda işləsəydi, futbolumuza xeyir verə bilərdi”
“Neftçi”nin tanınmış yetirmələrindən Vitali Şevçenko srağagün flaqmanın qonağı olub. Hazırda Ukraynada yaşayan 67 yaşlı keçmiş hücumçu ilə görüşdə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev və beynəlxalq dərəcəli hakim, Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov iştirak edib. Səmimi söhbət zamanı keçmiş günlər yada salınıb, komandanın indiki durumu və gələcək planları müzakirə olunub. Xatirə olaraq Şevçenkoya "Neftçi”nin forması hədiyyə edilib.
Qeyd edək ki, 1951-ci ildə Bakıda dünyaya göz açan Şevçenko 1968-71-ci illər ərzində "Neftçi”nin heyətində 90 oyun keçirib, 22 qol vurub. 1971-ci il mövsümündə SSRİ çempionatının "33 ən yaxşı oyunçu”su sırasına düşüb. “Dinamo” (Kiyev), “Çernomorets” (Odessa), “Lokomotiv” (Moskva) klublarında da oynamış hücumçu “Neftçi”də çıxış edərkən SSRİ yığmasına cəlb edilib və 1970-72-ci illərdə bu komandanın heyətində 13 oyunda 4 qol vurub. 1975-də Kiyev "Dinamo”sunun heyətində SSRİ çempionatının, UEFA Kuboklar Kubokunun və UEFA Superkubokunun qalibi olub. O, baş məşqçi kimi Rusiya və Ukrayna komandalarından başqa, Boliviyanın "Bolivar”, İsrailin "Hapoel” (Beer-Şeva) və "İroni” klublarını çalışdırıb. Məşqçi kimi də bir sıra titullar, uğurlar qazanıb.
Şevçenkonun Bakıya səfərinin təfərrüatını Rüstəm Rəhimovdan öyrəndik: “Onun xalası burda olur, bir az səhhətində problem var. Xalasının yanına gəlib. Gəlmişkən, “Neftçi”yə də baş çəkdi, görüşdük, söhbət etdik. İndi hava limanına aparıram, yola salacam. Futbolumuzu izləyir, maraqlanır. Mənfi və müsbət cəhətləri də görür, hiss edir. Düşünürəm ki, Şevçenko vaxtilə bura gəlib işləsəydi, futbolumuza da xeyir verə bilərdi. Yəqin ki, məşqçi kimi nəticələrindən də xəbərdarsız. İşlədiyi klublarda nəticə verib. Savadlı mütəxəssisdi. Ancaq artıq 67 yaşı var. İndi belə alındı, bizdə işləmədi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar