19 apr 13:40aktual

“Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib

“Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib
Atif Rüstəmli: “Biz bunu yerdə qoymayacağıq, sona qədər gedəcəyik”
“Səbail” – “Neftçi” görüşündən sonra iki klubun azarkeşləri arasında münaqişənin yaşanmasından xəbərdarsız. Bir daha xatırladaq ki, oyun başa çatandan sonra stadionu tərk edən fanatlar arenanın giriş-çıxış qapıları önündə söz savaşına çıxmış, daha sonra ağır təhqirlərə yol vermişdilər. Nəticədə kütləvi davanın yaşanmaması üçün polislər dəyənəklərini işə salıb aranı sakitləşdirmişdilər. Deyilənə görə, məlum olay üzündən fanatlardan biri polisin xidməti avtomobili ilə bölməyə aparılıb.
Məsələyə münasibət öyrənmək üçün “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxlayıb başverənlərə şərh verməsini xahiş edəndə stajlı fanat bunları demişdi: “Orda 3-5 nəfər arasında nəsə olubsa, bu o demək deyil ki, iştirakçılar “Forza Neftçi”nin uşaqlarıdı. Bizdən heç kim olmayıb. Oyundan çıxmışıq, heç nəyə qarışmadan getmişik. Üzvlərimizdən də heç kim polis bölməsinə aparılmayıb. Mən heç nə görməmişəm. Söz atışması olub, bu da normaldı. Amma siz deyən kimi ciddi münaqişə-filan yaşanmayıb”.
Əliyevin dilindən eşitdiklərimizdən sonra məlumatı bizə ötürən mənbə ilə yenidən əlaqə saxladıq və məlum oldu ki, həqiqətən də xoşagəlməz hadisə yaşanıb. Sadəcə, azarkeş qrupunun rəhbəri olayın ya mətbuatda işıqlandırılmasını istəməyib, ya da həqiqətən həmin an orda olmayıb. Belədə başqa üsuldan istifadə etməli olduq. “Səbail”in yeganə fanklubu olan “Dənizçilər”in rəhbəri Atif Rüstəmli ilə söhbətdə məsələdən müəyyən mənada xəbər tutduq: “Orda bizlik heç nə yox idi. Oyunboyu komandamıza lazım olan dəstəyi verdik, heç-heçəyə görə alqışladıq. Matç başa çatandan sonra “Neftçi” azarkeşləri bizim tribunanın yanından keçəndə bizimkilər tərəfə baxıb “ermənilər, ermənilər” qışqırdılar. Təbii, xoşagələn mənzərə deyildi. Bizim uşaqlardan bir neçəsi “kimdi erməni” soruşanda münaqişə başladı. Polis məsələyə müdaxilə etməklə aranı sakitləşdirdi. Bizdən heç kim bölməyə aparılmayıb. Sadəcə, polislər sakit olmağı və dağılışmağı tələb edirdilər. “Neftçi” azarekşlərinin bizə nəyə əsasən erməni demələri hər birimizdə maraq doğurub. Biz bunu yerdə qoymayacağıq, sona qədər gedəcəyik. Görək ö sözü nəyə görə işlədiblər. Qonaq tribunada “Neftçi”nin iki azarkeş qrupu vardı. Ona görə də münaqişəyə konkret hansı qrupun səbəb olduğunu dəqiq deyə bilmərəm. Fərqi yoxdu, fakt odu ki, “Neftçi”nin azarkeşləri idi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar