19 apr 13:36aktual

Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib

Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib
Xəyalə Əzizzadə: “Elçin kimilərə görə kişilik də hörmətdən düşür”
Ötən saylarımızın birində FİFA referisi Xəyalə Əzizzadənin başına gələnlər barədə məlumat vermişdim. Qəzetimizin sadiq oxucuları, yəqin ki, uzun illər beynəlxalq qarşılaşmalarda, qadınlar arasında keçirilən dünya və Avropa çempionatının seçmə mərhələ oyunlarında ölkəmizi təmsil edən sumqayıtlı ədalət təmsilçisinin “Futbol+”ə müsahibəsini xatırlayır. Müsahibə ilə tanış olmayan və ya onun söylədiklərini unudanlara qısaca Xəyalə xanımın başına gələnləri xatırlatmaq istəyirəm. Hakim və Hakim-İnspektorlar Komitəsində məlum rəhbər dəyişikliyindən sonra ötən ilin payızında yeni sədr Frits Stuxlikin istəyi ilə kişi və qadın hakimlərdən test götürülüb. Əzizzadə qəzetimizə müsahibəsində testin yağışlı havada keçirildiyini, ilk cəhddə normativi yerinə yetirdiyini bildirmişdi. Lakin hansısa səbəbdən Stuxlik və komitədə təmsil olunan funksionerlər Xəyalə xanımdan yenidən qaçış zolağına çıxmağı tələb ediblər. Xanım referi “FİFA-nın tələblərinə əsasən yağışlı havada qaçış testi götürmək qadağan olunur” demiş, ümumiyyətlə, belə hava şəraitində normativ verməyin düzgün olmadığını da vurğulamışdı. Buna baxmayaraq, Əzizzadə yenidən tələb olunan məsafəyə qaçdığını, tapşırığın öhdəsindən gəldiyini də bildirmişdi. Lakin nədənsə avstriyalı funksioner onun testi verə bilmədiyi qənaətinə gəlib və xanım referini cəzalandırıb. 2019-cü il üçün FİFA-ya göndərilən siyahıya adı salınmayan Əzizzadə çempionat oyunlarından da kənarda qalıb. Haqsızlıqla üzləşdiyini bildirən Xəyalə xanım məsələyə obyektiv qiymət verilməsi və yenidən sevdiyi peşəyə qyıtması üçün Prezident Administrasiyasına müaciət etdiyini və məktubunun araşdırlması üçün AFFA-ya göndərildiyini də müsahibəsində qeyd etmişdi. Həmin vaxt assosiasiya rəhbərliyindən hələ məsələyə reaksiya verilmədiyindən Xəyalə xanım baş katib Elxan Məmmədovun başverənlərə diqqət ayıracağını, sonda haqq-ədalətin qalib gələcəyini demişdi. Bundan başqa, o Stuxlikin yox, komitədə təmsil olunan Elçin Məmmədovun ona problem yaratdığını da vurğulamış və Məmmədovun qərəzli mövqe tutmasından şikayətlənmişdi.
Çərşənbə günü Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun həyətində təsadüfən Xəyalə xanımla üz-üzə gəldim. İdman geyimində və çiynində idman çantası olan xanımla salamlaşdıqdan sonra “deyəsən, beynəlxalq oyuna gedəcəksiz və ona görə də məşq edirsiz” demişdim ki, Əzizzadə “heç də hər şey düşündüyünüz kimi deyil” söylədi. Onunla aramızda baş tutan söhbəti sizlərin də bilməsini istəyirəm.
- Yenə nə olub? Prezident Administrasiyasına şikayətdən sonra problemin həll olunacağını bildirmişdin...
- Ötən dəfə sizə dedyim kimi, administrasiyaya üzləşdiyim haqsızlıqla bağlı şikayət ünvanlamışdım. Ordan mənimlə əlaqə saxladılar və bildirdilər ki, məktubunuz AFFA-ya göndərilib və sizin şikayətinizə baxılacaq. Ondan sonra Elxan Məmmədovla da görüşüb problemi müzakirə etmişdik. Bir müddət gözlədikdən sonra gördüm qarşı tərəfdən səs-soraq yoxdu. Belədə e-mail vasitəsilə Hakimlər Komitəsinə müraciət etdim. Cavabları belə oldu ki, məsələni ictimailəşdirdiyinizə görə sizinlə yollarımızı ayırırıq. Cavabı oxuyanda şoka düşdüm. Necə yəni “məsələni ictimailəşdirdiyinə görə sizinlə yollarımızı ayırırıq”? Belə biabırçılıq olar? Siz mənə haqsızlıq edin, mən də sakit dayanım? Harda görülüb ki, haqqını tələb edən insana qarşı belə davransınlar.
- Sizin komitəyə müraciətinizi kim cavablamışdı?
- Frits Stuxlik. Ancaq inanmıram ki, o belə addım atsın. Böyük ehtimalla onun beynini dolduran Elçin Məmmədovdu. Məmmədov hansısa səbəbdən mənimlə prinsip aparır. Ola bilsin, ötən dəfə haqqında səsləndirdiyim fikirlər xoşuna gəlməyib. O çox kinli adamdı. Elçin avstriyalını da təsir altına salmağı bacarıb. Görün son günlər neçə hakim fiziki testi verə bilməmək adı ilə kənarda qalıb. Bütün bunlar onun işidi. Mövsümün sonuna yaxın 12 ədalət təmsilçisinin – aralarında FİFA referisi adı daşıyanlar da var – cəzalandırılması nə deməkdi? Məmmədovun əlinə yaxşı fürsət düşüb, vaxtilə kiminlə problemi var idisə, indi bir-bir sıradan çıxarmağa çalışır. Azərbaycanda kişi sözünə həmişə hörmətlə yanaşılıb. Sözün həqiqi mənasında kişi olan şəxslər heç vaxt özündən zəif, zənən xeylaqları ilə prinsip aparmayıblar, bir çox məsələlərdə güzəşt ediblər ki, qarşımdakı zərif cinsin nümayəndəsidi. Ancaq Elçin üçün belə prinsiplər heç vaxt olmayıb. Onun kimilərə görə kişilik də hörmətdən düşür.
- Dediklərinizin hamısı yazılır. Səsləndirdiyiniz fikirlərə görə sonra peşman olmayacaqsız ki?
- Mən həmişə sözümün arxasında olmuşam. Daha bəziləri kimi yox.
- Bu gün siz yenə fərdi qaydada məşq edirsiz. Bunu belə başa düşmək olar ki, yenidən hakimliyə qayıdacağınıza ümid edirsiz.
- Ümid sonda ölür. İnanıram ki, uzağı bir neçə aydan sonra yenə sevdiyim işlə məşğul olacam. Mənə haqsızlıq edənlərlə mübarizəni davam etdirirəm. Bugünlərdə yenidən ölkə başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışam. Artıq məktubuma cavab da gəlib. Qarşıdakı günlərdə qəbulda olacam. Onda görəcəyik haqlının haqqını tapdayanlar nə cavab verəcəklər? Mən İlham Əliyevdən ədalətin bərpa olunmasını xahiş etmişəm. Bunlar isə məni prezidentimə müraciət etdiyimə görə cəzalandırırlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar