19 apr 13:21aktual

Obradoviç təklifini bəzi klublar dəstəkləmədi

Obradoviç təklifini bəzi klublar dəstəkləmədi
Riad Rəfiyev: “Naxçıvandakı stadionda projektorlar yoxdu”
Çərşənbə axşamı səhər saatlarında AFFA-nın inzibati binasında canlanma müşahidə olunurdu. Klub rəsmiləri və üzdə olan digər şəxslərin saat 10-da adı çəkilən məkana təşrif buyurmasının səbəbi Klublar Komitəsinin aprel ayı üçün nəzərdə tutulan iclasıydı. Bəribaşdan qeyd edək ki, martda olduğu kimi, bu dəfə media mənsubları üçün press-reliz hazırlanmamışdı. Belədə iclasda hansı məsələlərin müzakirə olunduğunu bilmək üçün görüşün sonunu gözləməliydik.
Masa arxasında əyləşənlərə gəlincə, “Qarabağ”ı Asif Əsgərov, “Neftçi”ni Kamran Quliyev, “Səbail”i Ramin Həsənov, “Qəbələ”ni Zaur Əzizov, “Sabah”ı Nəsimi Musayev, “Zirə”ni Natiq İsmayılov, “Sumqayıt”ı Riad Rəfiyev, “Keşlə”ni isə Eldəniz Yusifov təmsil edirdi. Onlarla yanaşı, U-21-in baş məşqçi Milan Obradoviçlə PFL rəsmiləri Aslan Şahgəldiyev və Nihad Məmmədov da müzakirələrdə iştirak edənlər arasında idi.
Bağlı qapılar arxasında baş tutan görüş 2 saatdan bir az artıq zamanı əhatə etdi ki, iclas yekunlaşandan sonra ənənəyə uyğun olaraq, Klublar Komitəsinin sədri Riad Rəfiyev jurnalistlər önünə çıxdı.
- Müzakirəyə çıxarılan məsələlərdən başlayaq...
- Bütün premyer-liqa təmsilçilərinin rəsmilərinin iştirak etdiyi növbəti iclasımız baş tutdu. Bəzi məsələlər var idi ki, onların müzakirəsi olduqca vacib idi. Əsas mövzu növbəti mövsüm üçün gənc futbolçulara qoyulan limit idi ki, bununla bağlı U-21-in baş məşqçisi Milan Obradoviçi də görüşə dəvət etmişdik. Müzakirələrimiz oldu, bütün rəsmilər fikirlərini bildirdilər. Təbii, limitlə bağlı Obradoviçin də fikirlərini dinlədik. Digər məsələ oyunların başlama vaxtı ilə bağlıydı. Bildiyiniz kimi, havalar isinib, bu isə günlərin uzanması deməkdi. Fikrimcə, matçları bir az gec saatlara təyin etmək daha yaxşı olar. Onsuz da havalar mülayimdi. İntizam Komitəsinin cəza və cərimələrlə bağlı qərarlarında bəzi bəndlər var ki, haqlı narazılığa səbəb olur. Həmin bəndlərə yenidən baxılması təklif olundu. Həmçinin UEFA-nın uşaq futbolunun inkişafına ayırdığı vəsaitlə bağlı da müzakirə aparıldı. Çünki növbəti ay bütün klublar bununla bağlı hesabatı AFFA-ya təqdim etməlidi. Vəssalam, əsasən bu mövzularla bağlı danışdıq.
- Gənc futbolçuların limit məsələsində Obradoviçin tövsiyəsi nə idi?
- Onun fikrincə, növbəti mövsümdən etibarən əsas heyətdə limitə düşən iki gənc futbolçunun yer alması faydalı ola bilər. Burda söhbət azı 1998-99 doğumlu oyunçulardan gedir. Təbii, bu, baş məşqçinin təklifi idi. Bu məsələ nə səsverməyə çıxarıldı, nə də hansısa qərar qəbul olundu. Sadəcə, müzakirə mövzularından biri idi.
- Klubların bu təklifə münasibəti necə oldu?
- Fərqli fikirlər səsləndirildi. İstəyənlər də oldu, qarşı çıxanlar da.
- Növbəti iclas nə vaxta planlaşdırılıb?
- Mayın 14-nə.
- Stiven Jozef-Monrozun məlum hərəkəti barədə söhbət olmadı?
- Bu cür olaylara qiyməti başqa orqanlar verir. Bizim səlahiyyətimizə aid məsələ deyil.
- Hər halda, klub rəsmilərinə futbolçularla mütəmadi təlim-tərbiyə işlərinin aparılması barədə tövsiyə vermək olardı.
- Təbii, Stivenin etdiyi yaxşı hal deyil. Belə olmasını heç kim istəməzdi. Lakin bu, klublara aid olan məsələdi. “Sumqayıt” klubu olaraq, təkcə əsas komanda ilə yox, aşağı yaş qrupları ilə də davranış qaydaları barədə söhbətlər aparılır, media ilə necə münasibət qurmalı olduqları öyrədilir.
- Kubokun final qarşılaşması mayın 19-na nəzərdə tutulub və çox güman, həlledici oyun növbəti dəfə Naxçıvanda keçiriləcək. Bu məsələdə klubların mövqeyi necədi? Çünki 2 il əvvəl azarkeşlərin “kiçik torpağ”a gedib-qayıtmaqla bağlı narazılığı baş qaldırmışdı.
- Əslində finalın regionda baş tutması yaxşı fikirdi. Biz də klublar olaraq, bu təklifi dəstəkləyirik. Lakin bəzi nüanslar var ki, onlar üzərində müzakirələr apardıq. Məsələn, Naxçıvandakı stadionda projektorlar yoxdu. Mayın 19-da havaların isti olacağını nəzərə alsaq, oyunun günorta saatlarına salınması çətin görünür. Hansı tədbirlər görüləcək, necə olacaq – ümid edirik ki, növbəti iclasımıza qədər hansısa dəyişiklik olsa, bu haqda bizə məlumat veriləcək.
- İntizam Komitəsinin qərarlarındakı haqlı narazılıqlardan söz açdız. Detallara vara bilərsiz?
- Hansı nömrəli bənd olduğu yadımda deyil, amma orda belə bir bənd var ki, qırmızı vərəqə alan futbolçunun cəzası 2 oyundan 6 oyuna qədərdi. Bəzən iki eyni hərəkətə görə ayrı-ayrı futbolçular birbaşa “qırmızı” alır, birinə məsələn, 2 oyun cəza verilir, digərinə 3 oyun. Belədə ikili standart yaranır. Burda qəsd əlamətinin olduğunu iddia etmirik. Sadəcə, boşluq var. Bizim istəyimiz də həmin bəndə düzəliş edilməsi və futbolçunun hərəkətinə uyğun cəzaların bir qədər dəqiqləşdirilməsidi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar