19 apr 12:30aktual

Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi

Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi
"Şəxsi profilimə xoşagəlməz sözlər yazırdılar"
Premyer-liqanın 24-cü turu "Neftçi" üçün uğurlu alınmadı. "Ağ-qaralar" "Səbail"lə oyunda qızıldan qiymətli 2 xal itirdi. Xatırladaq ki, flaqman 81-ci dəqiqəyə qədər hesabda öndə idi. Belə ki, Mirabdulla Abbasov 50-ci dəqiqədə dəqiq baş zərbəsiylə "dənizçilər"in qapısına yol tapmışdı. Ancaq birdən-birə vəziyyət dəyişdi. 5 dəqiqə ərzində yaşananlar Roberto Bordinin komandası üçün sanki qorxulu yuxu idi. Ardıcıl buraxılan iki qol "Neftçi"yə şok yaşatdı. Düzdü, "ağ-qaralar" məğlubiyyətdən xilas ola bildi. Mamadu Mbocun 90+6-cı dəqiqədə vurduğu qol flaqmana 1 xal qazandırdı. Ancaq bu, Bordinin yetirmələrinin turnir cədvəlinin zirvəsində qalması üçün yetərli olmadı. Beləliklə, "Neftçi" cari mövsümdə ilk dəfə liderliyi əldən verdi.
Məğlubiyyətin səbəbləri kimi Bordinin ehtiyatlı oyununu, hesabı qorumaq istəyini, komandanın arxayınlaşmasını göstərənlər var. Təbii, bütün məqamlar üst-üstə gələrək nəticəni şərtləndirdi. Səbəblərdən biri də Mirabdullanın zədələnməsi oldu. Oyunda hesabı açan forvard 73-cü dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qaldı. Oyunsonrası mətbuat konfransında Bordin Mirabdullanın zədələndiyi epizodu matçın qırılma nöqtəsi adlandırıb. Abbasovdan söz düşmüşkən, hücumçu həmin oyundan sonrakı paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Əslində Abbasov qol vurandan sonra kameraya tərəf qaçaraq, müxtəlif jestlərlə "sus" işarəsi verdi. Ancaq hücumçu bununla da kifayətlənməyib. O, "instaqram" hesabında "Səbail"ə qolunu paylaşaraq "Təşəkkürlər, Allahım! Nifrət bəsləyənlər, susun!" sözlərini yazıb. Yadınızdadısa, bir müddət öncə Mahir Mədətovun atasının buna bənzər paylaşımı kəskin tənqdilərə səbəb oldu. Əlbəttə, futbolçuların belə hərəkətlərlə yox, vurduğu qollarla diqqət mərkəzinə düşməsi daha yaxşı olar. Xüsusən də yığma üzvlərinin. Onlar kiməsə cavab vermək, mesaj göndərmək əvəzinə öz oyununa köklənməli, daha çox qol vurmaq haqda düşünməli, üzərində daha çox çalışmalıdı. Yoxsa qol vuran kimi birilərinə bu cür mesaj göndərmələri kənardan heç də yaxşı görünmür. Özü də Mirabdullanın durumu Mahirdən fərqlidi. Belə ki, nə "Neftçi"nin, nə də yığmanın oyunlarında Abbasova hansısa təzyiq olmayıb. Əksinə, hətta Bordin hücumçuya şans verməyəndə belə, "ağ-qaralar"ın fanatları Mirabdullanı dəstəkləyib.
Bəs görəsən, Abbasovun həmin mesajı kimlərə ünvanlanmışdı? Bunu öyrənmək üçün futbolçunun özü ilə əlaqə saxladıq: "Əvvəla onu deyim ki, "Neftçi" azarkeşi ilə mənim heç bir problemim yoxdu. Sağ olsunlar, həmişə dəstək olublar. İstər oynayım, istər oynamayım - yaxşı və ya pis çıxış etməyimdən asılı olmayaraq, hətta "Sumqayıt"da olduğum vaxtda dəstəklərini nümayiş etdiriblər. Dediyim kimi, onlarla heç bir problemim yoxdu. Həmin sözləri onlara ünvanladığımı düşünənlər yanılır. Sadəcə, son vaxtlar az şans qazanırdım, istədiyim qədər oynamırdım, şəxsi profilimə də xoşagəlməz sözlər yazırdılar. Yazırdılar ki, arxayınlaşmısan, futbolu qurtarmısan və s. O hərəkəti belə sözlər yazanlara ünvanlamışdım. Həmin sözləri yazanlar tanımadığım insanlardı. Bircə onu deyə bilərəm ki, belə adamlar məni daha da motivasiya edir".
Yeri gəlmişkən, Mirabdulladan zədəsi haqda da soruşduq. Yuxarıda qeyd etdiyimiz kimi, o, "Səbail"lə oyunda zədələnərək meydanı tərk etməli olmuşdu. Görəsən, Abbasov "Sabah"la oyunda forma geyməyə hazırdı? Hücumçunu dinləyək: "Şükür, hər şey yaxşıdı. Zədəm ciddi deyil. Komanda ilə birgə məşq edirəm. Heç bir problemim yoxdu. Oynamağa hazıram".
Hazırda "Neftçi" "Qarabağ"dan 2 xal geridədi. Bu komandalar son turda bir-biri ilə qarşılaşacaq. Bəziləri həmin oyuna qədər intriqanın davam edəcəyini düşünür. Bəziləri isə fərqli proqnoz verir. Mirabdullanın da bu məqamla bağlı fikirlərini öyrənməyi lazım bildik. Ancaq hücumçu "hər şey baş verə bilər. Bu üzdən proqnoz verməkdə çətinlik çəkirəm" deməklə kifayətləndi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar