19 apr 12:18aktual

Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək

Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək
Aslan Şahgəldiyev: “Başqa çıxış yolumuz yoxdu”
Kubokun finalının Naxçıvanda keçiriləcəyi hələ ki dildə söz olaraq qalmaqdadı. Düzdü, “kiçik torpaq”dan ötürülən məlumatda şəhər rəhbərliyinin və Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin həlledici qarşılaşmanı qəbul etməyə razılıq verdikləri deyilir. Lakin təxminən bir ay vaxt qalmasına baxmayaraq, hələ də rəsmi xəbər yoxdu. Belə olmasına ən çox sevinən isə, deyəsən, klublardı.
Əslində martın son günlərində yarımfinalçı klubların rəsmiləri ilə əlaqə saxlamış, “finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədi” sualına cavab tapmağa çalışmışdıq. Ümumi nəticədə məmnun olduqları üzə çıxmış, hansısa problem görmədikləri məlum olmuşdu. Nəzər salaq.
Səbuhi Səfiyarlı (“Qəbələ”nin rəisi): “Harda qərar verilsə, klublar orda da oynayacaqlar. Kim finala çıxacaqsa, yəqin ki, buna normal yanaşacaq. Xaricə getmirik, öz ölkəmizin ərazisidi. Düzdü, yol uzaq ola bilər. Bununla belə, Naxçıvanda olan azarkeşlərin də futbola baxmaq haqqıdı”.
Zamiq Hüseynov (“Sumqayıt”ın idman direktoru): “Finalın məkanı ilə bağlı danışmaq tezdi. Çünki dediyim kimi, qarşıda çətin yarımfinal oyunları var”.
Elman Himayətoğlu (“Zirə”nin baş meneceri): “Əsas olan meydanın və stadionun vəziyyətidi. Oyunun keçiriləcəyi yer finala çıxacaq komdanaların azarkeşləri üçün də önəmlidi. Əlbəttə, məsafə nə qədər uzaq olarsa, azarkeşlərin gedişində bir o qədər problem yaranacaq. Bütün hallarda yarışı təşkil edən qurum var və yekun qərarı da PFL verəcək”.
Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat katibi): “Bildiyiniz kimi, artıq bir dəfə Naxçıvanda final oynamışıq və həmin oyun bizdə xoş hisslər yaratmışdı. İki il öncə Naxçıvanda baş tutan finalda stadion tam dolmuşdu. Şəhərdə futbol ab-havası müşahidə olunurdu. Bu baxımdan finalın Naxçıvanda keçirilməsi xoş haldı”.
Təxminən üç həftə əvvəl finalda oynamaq şansı olanların nümayəndələri bu cür gəlişigözəl sözlərlə yadda qalmışdı. Ümumi götürəndə “Sumqayıt”lı Zamiq Hüseynovdan başqa hər biri Naxçıvan variantına müsbət yanaşdığını göstərmişdi. Bölgədə futbol, hər cür şərait, azarkeşlər üçün futbol bayramı, nə bilim, daha nələr...
Və ən maraqlısı, cəmi 2 il öncə eyni məqsədlə Naxçıvana səfər etmiş “Qarabağ”la “Qəbələ” rəsmilərindən heç birinin həmin stadionda oynamağa ağız büzməməsi, projektorların yoxluğunda isti havada oynamağın çətinliyindən danışmamasıydı. Lakin birdən-birə nə düşündülərsə, Klublar Komitəsinin srağagünkü iclasında işıqlandırma sisteminin yoxluğu yada düşdü. Futbolçuların isti havada top dalınca qaçması çətin olacaqmış.
Bu məsələdə son qərarı PFL qərar verəcək. Odu ki, məhz həmin iclasda iştirak etmiş qurum rəsmisi Aslan Şahgəldiyevin müzakirə olunan mövzuyla bağlı fikirlərini öyrəndik: “Bəli, səsləndirilən fikirlərlə yerində tanış oldum. Finalın Naxçıvanda baş tutmasına qarşı çıxan yoxdu. Sadəcə, işıqlandırma sisteminin olmaması müəyyən narahatlıq yaradır. “Zirə” rəsmisi “bizim üçün projektorun önəmi yoxdu, əsas odu, regionda olsun” dedi. Başqaları isə dediyim kimi, işıqlandırma sistemini ön plana çəkdilər. Çünki başqa heç bir problem yoxdu. Bu gün üçün edə biləcəyimiz bir şey yoxdu. Çünki qısa vaxtda bir oyun üçün projektor quraşdırmaq həm çətin, həm də mümkünsüz görünən məsələdi. Oyundan bir neçə gün əvvəl Naxçıvana yollanıb, havanın nə vaxt qaralmasına baxacağıq. Finalın saatını da buna uyğun tənzimləyəcəyik. Çünki final matçı elədi ki, oyun uzatma dəqiqələrinə, penaltilərə qədər uzana bilər. Üstəgəl, mükafatlandırma mərasimi. Belə deyək, təxminən 1,5-2 saat artıq vaxt nəzərə almalıyıq. Başqa çıxış yolumuz yoxdu. Bir də ki, məhz həmin klubların rəsmiləri qəzetinizə açıqlamalarında oyunun Naxçıvanda keçirilməsinə qarşı çıxmadıqlarını demişdilər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar