14 apr 22:31aktual

Nizami “Çərkəzköy 1911”də debüt edib

Nizami “Çərkəzköy 1911”də debüt edib
3 oyun, 39 dəqiqə, 2 sarı vərəqə...
2017-nin dekabrında futboldan ömürlük uzaqlaşdırılan Nizami Hacıyevin karyerasını Türkiyədə davam etdirdiyindən xəbərdarsız. AFFA-nın məlum qərarından sonra Nizamiyə peşəkar futbolda top qovmaq yasaqlansa da, həvəskarların çempionatında oynamaqla bağlı problem yoxdu. Odu ki, həmyerlimiz BAL liqasında (Bölgəsəl Amatör Liqi) mübarizə aparan “Çərkəzköy 1911” klubu ilə anlaşdı.
Hacıyev artıq yeni komandasında debüt etməyə də imkan tapıb. Martın 6-da “Təkirdağspor”la keçirilən oyunda Nizami uzun fasilədən sonra yaşıl meydana ayaq basıb. O, 73-cü dəqiqədə 23 yaşlı Yunus Dəmirin əvəzinə oyuna qoşulub ki, matça əlavə olunmuş 2-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. “Çərkəzköy 1911” bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb. Çərkəzköylülər martın 10-da “Ədirnəspor”u qonaq ediblər (1:0). Sabiq “Keşlə”li bu dəfə də mübarizəyə əvəzetmədən qoşulub. 80-ci dəqiqədə “İnter”də komanda yoldaşı olmuş Sinan Akkoyunu əvəzləyib. Martın 17-dəki rəqib “Çorluspor 1947” olub. Səfərdə oynayan “Çərkəzköy 1911” qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vurub. Nizami 72-ci dəqiqədə Kadir Muharrem Pəhlivanın əvəzinə meydana çıxıb və 90-cı dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. Hacıyevin komandası martın 24-də doğma azarkeşləri önündə “Adaspor”u qonaq edib. Həmyerlimiz əvvəldən sona qədər ehtiyatda qalıb. Aprelin 7-də “Kavaklıspor”la səfərdə baş tutan görüşdə isə adı iştirak ərizəsinə salınmayıb.
Statistik göstəricilərdən də göründüyü kimi, Nizami həvəskarlar liqasında 3 oyunda meydana ayaq basmaqla cəmi 39 dəqiqə çıxış edib. Qol vura bilməsə də, passivinə 2 “sarı” yazdırmağı bacarıb. Çərkəzköylülər növbəti matça aprelin 16-da çıxacaq ki, rəqib “İstasyonspor”du.
Maraq üçün qeyd edək ki, Hacıyevin şərəfini qoruduğu komanda Çərkəzköyü təmsil etsə də, bu qəsəbə İstanbulla qonşu olan Təkirdağın tərkibindədi. “Qırmızı-göylər” BAL liqasının 11-ci qrupunda yer alır və hazırda topladığı 23 xalla 14 komanda arasında 12-ci yerdədi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar